Qisas döyüş meydanında alındı

Qisas döyüş meydanında alındı2023-cü ilin 19-20 sentyabr tarixlərində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı da daxil olmaqla, bütün ərazilərimizdə suverenliyimiz bərpa olundu. Xocalı soyqırımının qisası alındı. Lakin düşməndən fərqli olaraq, bu qisas dinc, müdafiəsiz əhalidən deyil, döyüş meydanında alındı.

İşğal dövrünün ən qaranlıq səhifələrindən biri olan, "Əsrin faciəsi" adını alan Xocalı soyqırımının 32-ci ili tamamlanır. Bu illər ərzində xalqımız erməni terrorçuları və onların havadarlarının törətdikləri vəhşiliklərin qurbanlarını dərin hüzn və ehtiramla anır.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsində deyilir:

Xocalı özü azaddır

Lakin bu il fərqlidir. Çünki artıq Xocalı özü azaddır. Soyqırımı qurbanlarının illərlə haray çəkərək ruhlarının sərgərdan dolaşdığı bu torpaqlar düşmən işğalından təmizlənib. Antiterror tədbirləri nəticəsində separatizm, terror yuvalarının məhv edilməsinə aparan yolda Xocalıda üçrəngli bayrağımızın dalğalanması bəlkə də bu əməliyyatların mənəvi cəhətdən kulminasiya nöqtəsi idi. Çünki Xocalı soyqırımını törədənlər illərlə bunu milli mübarizə ruhumuzun qırılma anı kimi təqdim edirdilər.

Qisas döyüş meydanında alındı

Amma düşmən yaşlı, qadın, uşaq demədən qətlə yetirdiyi, bəşəri dəyərləri tapdalayaraq insanlıq cinayəti sayılan əməllərə yol verdiyi "Əsrin faciəsi" ilə istəyinə nail ola bilmədi. Əksinə, Xocalı soyqırımı başda olmaqla, qısa müddətdə ardıcıl faciələr yaşayan Azərbaycan xalqı bir olmağı, diri olmağı bacardı. "Qisas qiyamətə qalmaz" şüarı ilə səbirlə, təmkinlə hədəfə doğru addımladı. Nəhayət 2023-cü ilin 19-20 sentyabr tarixlərində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı da daxil olmaqla, bütün ərazilərimizdə suverenliyimiz bərpa olundu. Xocalı soyqırımının qisası alındı. Lakin düşməndən fərqli olaraq, bu qisas dinc, müdafiəsiz əhalidən deyil, döyüş meydanında alındı.

Xocalı sakinləri öz evlərinə qayıdacaq
Bu il Xocalı soyqırımının qurbanlarını elə Xocalıda anacağıq. 32 ildən sonra Xocalı sakinləri bu il öz doğma el-obalarına qayıdacaqlar. Bu müjdəli xəbəri ilk dəfə Prezident İlham Əliyev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı xalqa müraciətində verib. Lakin bu dəfə onları nə terror, nə də soyqırımı təhlükəsi gözləyir. Çünki Azərbaycan dövləti, ali rəhbərliyi, Silahlı Qüvvələrimiz illər öncə, xocalılıların yaşadıqları dəhşətlərin yenidən yaşanmasına əsla imkan verməyəcəklər. Səbirlə, təmkinlə çıxdığımız haqq yolunda əldə etdiyimiz tarixi zəfərlər ölkəmizdə separatizmin, terrorun kökünü birdəfəlik qurudub.

Dünyanı ədalətə dəvət edirik

Doğrudur, Azərbaycan ədaləti özü təmin edib. İşğal faktına son qoyub, illərdir kağız parçası olmaqdan başqa bir işə yaramayan BMT qətnamələrinin müddəalarını öz gücünə yerinə yetirib. Lakin bu, dünyanın Xocalıda baş verənləri, yaşanan dəhşət və vəhşəti gözardı etməyinə əsas vermir. Bu gün erməni kartından istifadə edərək ölkəmizə müxtəlif təzyiqlər etməyə çalışanlar, ermənidən daha çox erməni olanlar öncə Xocalı soyqırımına ədalətli münasibət sərgiləməlidirlər. Xocalı soyqırımının dünyada tanınması Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan "Xocalıya ədalət" beynəlxalq kampaniyası, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri, ölkəmizin diplomatik səyləri nəticəsində hazırda onlarla ölkə "Əsrin faciəsi"ni soyqırımı kimi tanıyıb. Çexiya, Bosniya və Herseqovina, Kolumbiya, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Sudan, Cibuti, Qvatemala və Şotlandiyanın qanunverici orqanları, həmçinin ABŞ-nin bir çox ştatı bu istiqamətdə müvafiq qətnamələr qəbul edib. Avropa İnsan Haqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını "müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər" kimi müəyyən edib.

Cinayət cəzasız qalmır

Bütün bu qeyd olunanlar Ermənistanın o vaxtkı rəhbərliyinin, suveren ərazilərimizdə separatizmin başında duran və Xocalı soyqırımının əmrini verənlərin məsuliyyətə cəlb edilməsi üçün hüquqi baza yaradır. Hazırda xalqımıza qarşı bəşəri və hərbi cinayətlər törətmiş separatçıların rəhbərlərindən bir çoxu həbs edilib. Xocalı soyqırımının iştirakçıları olanların etirafları aparılan istintaq prosesi ilə sənədləşdirilir, aktlaşdırılır. Lakin məsuliyyətdən qaçıb canını qurtaranlar da var. Onların da tezliklə ədalət məhkəməsində törətdikləri dəhşətli cinayətlərə görə cavab verəcəyi gün uzaqda deyil.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 665   Tarix: 25 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

5 noyabr
.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə

5 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

5 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr