Azərbaycanda ailə başçısını itirən ailələrə uşaqpulu bərpa edilə bilər - AÇIQLAMA
"Uşaq pulu" adlanan ödəniş isə xüsusən yeni doğulan və yeniyetmə yaşına çatmayan uşaqlı ailələrə edilən yardımdır. Azərbaycanda uşaqpulunun verilməsi hələ də aktual olaraq qalır. Bəs Azərbaycanda ailə başçısını itirmiş ailələrə uşaq pulu bərpa edilə bilər?
Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Sonxeber.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə uşaq pulu məsələsinə indiki halda hökumətin yanaşması ictimai tələblə uzlaşmır:
"Uşaqpulunun geri qaytarılması ən azından gələcək üçün mümkünsüz görünür. Amma nəzərə almaq lazımdır ki, ailə başçısını itirmiş və müəyyən az gəlirli həssas sosial qruplar üçün müxtəlif mexanizmlər vasitəsilə müəyyən ödənişlər edilir. Bununla yanaşı, sosial müavinətlər verilir. Bura həm ünvanlı sosial yardım mexanizmindən istifadəni, həm də ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsini nümunə göstərmək olar. O cümlədən 18-23 yaşına çatmamış və ali təhsil alan övladları olan ailələrə münasibətdə sosial müavinətin göstərilməlisini aid etmək olar".
Ekspertin sözlərinə görə, hökümət müəyyən mənada düşünür ki, bu mexanizmlər müvafiq çatışmazlığı aradan qaldırır:
"Amma təbii ki, bizim bu istiqamətdə bizim bu istiqamətdə konkret təkliflərimiz var. Bu təkliflər Azərbaycanda uşağa görə müavinətin ödənilməsi, xalq arasında uşaqpulu adlandırılan müavinət növünün ödənilməsi mexanizminin diferensial əsaslarını özündə birləşdirir. Bu o cümlədən sosial, demoqrafik və eyni zamanda insan kapitalı siyasətini dəstəkləyən bir mexanizm kimi istifadə olunmasını nəzərdə tutur. Bununla bağlı, təklif aidiyyəti üzrə çatdırılmışdır. Dəfələrlə ictimai sferada səsləndirilmişdir. Dediyimiz kimi, görünən ondan ibarətdir ki, hökumət və bu istiqamətdə dövlət siyasətini həyata keçirən orqanlar bu mexanizmin bərpa edilməsi təkliflərinə müqavimət göstərirlər. Ümid edirəm ki, Azərbaycanda yaxın gələcəkdə müvafiq təklifin istifadəyə verilməsi ilə bağlı müəyyən irəliləyişlərə nail ola biləcəyik".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1965 Tarix: 26 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18 sentyabr 2021