"Toyda "tok" vurdu, klinik ölüm keçirdi"
Lent.az "Ömrün bir anı" rubrikasında məşhurların başına gələn maraqlı hadisələri təqdim edir. Bu dəfə müğənni Yusif Mustafayevin ömür yolundan bir xatirə ilə tanış olacaqsınız. Yusif Mustafayev toyda elektrik cərəyanının onu vurmasından və kliniki ölüm keçirməsindən danışıb.
"1981-ci il mayın 1-də Salyana kənd yerinə toya getmişdim. Axşam tərəfi 6-7 radələri olardı, mikrofonu əlimə aldım ki, səsi yoxlayım, məni "tok" vurdu. Yer palçıq idi. Hər şey ildırım sürəti ilə oldu, bir onu bildim ki, bütün bədənim əsdi, "tok" məni götürüb çırpdı palçığın içinə.
Kimsənin ağlına gəlməyib ki, elektrik axınını kəssin. Axırda bir nəfər mikrofonun naqilini cərəyandan ayırıb. Qoşanağaranın çubuğu ilə dilimi boğazımdan çıxarıblar. Təcili aparıblar rayon mərkəzinə, reanimasiyaya yerləşdiriblər. Cəlilabada atamgilə zəng vurub qorxutmamaq üçün deyiblər ki, Yusifin kor bağırsağı sancıb, durun gəlin.
Ailəmiz özünü başı alovlu çatdırıb mənə. 14 saat kliniki ölüm vəziyyətində olmuşam. Səhər saat 10 olardı, gözümü açdım ki, atam, əmilərim, qardaşım durub başımın üstündə. Dedim, nə olub? Hamı heyrətlə qışqırdı ki, qayıtdı, ölmədi...
O ərəfədə dünya ilə əlaqəm tamamən kəsilmişdi. Sadəcə, o yadımdadır ki, kliniki ölüm vəziyyətində özümü üzünə ağ örpək sərilmiş heykəl kimi görürdüm, bir böyük, qara yarasaya bənzəyən varlıq üstümdəki ağ örpəyi qaldırmağa çalışırdı, imkan vermirdim. Sonralar dedilər ki, ağ örpək sənin ruhundur, özünü əcəlin hücumundan qoruyub", - müğənni bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1238 Tarix: 26 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18 sentyabr 2021