"Türkiyə-Azərbaycan Universitetinin yaradılması müttəfiqliyin yeni hədəfidir" - Əhliman Əmiraslanov

"Türkiyə-Azərbaycan Universitetinin yaradılması müttəfiqliyin yeni hədəfidir" - Əhliman Əmiraslanov"Türkdilli dövlətlər arasında əməkdaşlığın ən parlaq nümunəsi olan Türkiyə-Azərbaycan qardaşlığının əbədiliyi hər iki dövlətin xarici siyasətinin prioritet istiqamətlərindəndir".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov bildirib.

Əhliman Əmiraslanov qeyd edib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, dünyada Türkiyə ilə Azərabycan qədər biri-birinə yaxın dövlətlər yoxdur:

"BMT, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq edən hər iki dövlətin birgə səyi ilə yaradılan TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqi, maddi və mənəvi dəyərlərimizin dünya səviyyəsində təbliğində əhəmiyyətli rol oynayır. Türkdilli Ölkələrin Parlament Assambleyası uğurla fəaliyyət göstərir və bir neçə parlamentlərarası təşkilatlarla sıx əməkdaşlıq edir. Türk Dövlətləri Təşkilatı artıq Beynəlxalq münasibətlər sistemində öz rolu olan aktordur və Azərbaycan bu təşkilatda xüsusi rol oynayır. Türkdilli ölkələr arasında əməkdaşlıq kəskin dini, siyasi qütbləşmənin, millətçi əhval-ruhiyyənin yaratdığı şüarlardan yaranan birlik modeli deyil. Bu, daha çox dünyanın yeni çağırışlarına adekvat cavab verən, çox strateji məqamları özündə ehtiva edən sivil əməkdaşlıq modelidir. Mədəniyyət, elm, təhsil, səhiyyə, turizm, gənclər və idman kimi sahələrdə birgə fəaliyyət hər iki xalq arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir. Ölkələrimiz arasında təhlükəsizlik sahəsində əməkdaşlıq genişlənir. Qarşılıqlı münasibətlərdə xüsusilə fərqlənən hərbi sahədəki əməkdaşlıq bütünlükdə bölgədə sabitliyin qorunmasına xidmət edir. Bu gün Azərbaycan-Türkiyə qardaşlıq, dostluq, sıx əməkdaşlıq və strateji müttəfiqlik münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər, özünün ən qürurverici anlarını yaşayır. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Bugünkü reallıq həm də onunla xüsusi əhəmiyyət kəsb edir ki, liderlər hörmətli Ərdoğan-Əliyev dostluğu, Türkiyə-Azərbaycan qardaşlığı ilə vəhdətdə müasir dünya siyasi düzənində hər kəsin hesablaşacağı vahid gücə çevrilib. Bu yaxınlıq həmdə Türkiyə-Azərbaycan qardaşlığının dünyaya yenilməzlik mesajıdır. Fevralın 14-də inaqurasiyada çıxışında Türk dünyasını "Bizim Ailəmiz" adlandıran möhtərəm cənab Prezident İlham Əliyev Türk Dünyası ilə əməkdaşlıqı ölkəmizin fəaliyyətinin ilk prioritet istiqamətlərdən biri olduğunu bildirdi. Bu baxımdan Azərbaycan-Türkiyə müttəfiqliyi digər türk respublikalarının da türk birliyi ideyası ətrafında daha sıx birləşməsinə böyük təkan verəcək".

Əhliman Əmiraslanov vurğulayıb ki, seçkilərdən sonra Fevralın 19-da ilk rəsmi səfərini Türkiyəyə edən Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Ankarada Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi oldu:

"Ankara görüşü zamanı müzakirə olunan bütün məsələlər və imzalanmış sənədlər iki ölkə arasında təhsil, kənd təsərrüfatı və vergi siyasəti sahəsində münasibətlərin tənzimlənməsini və əməkdaşlığın daha da təkmilləşdirilməsini nəzərdə tutur. Dövlət başçılarının verdiyi açıqlamalarda Türkiyə və Azərbaycanın hazırkı beynəlxalq vəziyyətdə regional təhlükəsizlik məsələlərinə ortaq baxışı, enerji və nəqliyyat-loqistika sahələrində əməkdaşlıq, ticarət dövriyyəsinin artırılması, müdafiə sənayesi sahəsində birgə istehsal, Türkiyə-Azərbaycan birgə Universitetinin açılması kimi mühüm layihələr öz əksini tapıb. Burada diqqət çəkən məsələlərdən biri Türkiyə-Azərbaycan Universitetinin yaradılması oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Türkiyə-Azərbaycan Universitetinin yaradılması, adicə bir təhsil məsələsi deyil, birliyimizin növbəti rəmzidir. Uzun illər idi ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması müzakirə edilirdi. Sözügedən məsələnin reallaşması o deməkdir ki, Azərbaycan və Türkiyə, eləcə də bütün türk dünyası üçün yüksək səviyyəli kadrlar hazırlanacaq. Bu da bizim gələcəyimiz, ortaq kökə, ortaq ənənələrə, ortaq tarixə, ortaq mədəniyyətə sahib olduğumuz bağların daha da dərinləşməsinə səbəb olacaq. Bu addım iki qardaş ölkə arasında təhsil əlaqələrinin yeni nümunəsidir, əməkdaşlığın yeni müstəviyə daşınmasıdır. Azərbaycan-Türkiyə Universiteti hər iki dövlətin alimlərinin, təhsil işçilərinin birlikdə daha sıx işləməsinə, bir-birinə inteqrasiya etməsinə, birgə fəaliyyət sərgiləməsinə böyük imkanlar yaradacaq. Şübhəsiz, bu Universitetin məzunları da ümumtürk dünyası üçün yeni və lazımlı mütəxəssislər olacaqlar. Bunun örnəkləri var. Qazaxıstanda, Qırğızıstanda və başqa yerlərdə Türkiyənin həmin ölkələrlə birgə yaratdığı universitetlər fəaliyyət göstərir. Oranın məzunları həm Türkiyənin, həm də həmin ölkələrin siyasi-mədəni həyatında, elm-təhsil sahəsində ciddi fəaliyyət göstərirlər. Azərbaycan-Türkiyə Universitetinin açılması da təhsil, elm və araşdırma sahələrində yeni üfiqlər açacaq. Universitetdə ilkin mərhələdə tibb fakultəsinin də fəaliiyət göstərməsinin nəzərdə tutulması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialları, həmçinin Azərbaycan-Fransız, İtaliya-Azərbaycan universitetləri modelləri var. Bu nümunələrdən çıxış edərək Türkiyə-Azərbaycan Universitetinin yaradılması müsbət effekt verəcək. Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə artıq bu universitetə qəbul olan şagirdlər bu universitetdə Türkiyə modeli ilə təhsil almaq imkanına malik ola biləcəklər. Düşünürəm ki, Türkiyə-Azərbaycan Universiteti həmdə Türk Dünyasının beyin mərkəzi olacaq. Türkiyə-Azərbaycan Universitetinin yaradılması birliyimizin rəmzi olmaqla yanaşı, strateji müttəfiqliyimizin yeni hədəfidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 747   Tarix: 26 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Anam mənə çoxlu kitab alıb, hamısını oxuyacağam" - Şəhidin 6 yaşlı oğlu - Video

2020-ci ildə - Zəfər ilində doğulmuş şəhid övladları da bu gün birincə sinfə qədəm qoyurlar. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Təhsil TV" videoçarx hazırlayıb. Videoda Suqovuşanın Talış kəndində qəhrəmancasına şəhid olan Cahid Qəniyevin oğlu Fərid Qənizadənin ilk dərs günü lent

15 sentyabr
.

"Bəy Mamed" yaşayış kompleksinin həyətini hasarlayıb özünə villa tikdirir" (FOTO)

Səbail rayonu Əhəd Yaqubov küçəsi 17 ünvanında yerləşən "Ulubəy" MTK şirkətinin inşa etdiyi "Yeni Şəhər" yaşayış kompleksinin sakinləri yaşadıqları ərazidə çoxsaylı problemlərin olduğunu bildirirlər. Qaynarinfo xəbər verir ki, "Qafqazinfo"ya kollektiv şəkildə müraciət edə

14 sentyabr
.

Tələbələrə ŞAD XƏBƏR: Təhsil krediti ilə bağlı yeni meyarlar formalaşır - Deputatdan AÇIQLAMA

Təhsil kreditlərindən yararlanmaq istəyən tələbələr üçün sosial meyarların necə müəyyənləşdirilməsi mühüm məsələlərdən biridir. Xüsusilə ailənin rəsmi gəliri ilə real maddi vəziyyəti arasında fərq olduğu hallarda yalnız sənədlərdə göstərilən gəlirin əsas götürülməsi bəzi tələbələrin bu imkanlardan kənard

14 sentyabr
.

Nəqliyyatın sıxlığını azaltmaq üçün nə etmək lazımdır? - AÇIQLAMA

Yeni tədris ilinin başlaması ilə şəhər yollarında, xüsusilə məktəblərin yerləşdiyi ərazilərdə nəqliyyat sıxlığının artması gözlənilir. Səhər saatlarında valideynlərin övladlarını məktəbə aparması, məktəb qarşısında avtomobillərin nizamsız saxlanılması və piyada hərəkətinin artması bu ərazilərdə həm tıxac

15 sentyabr
.

Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ

Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilə

15 sentyabr
.

Yeməyi sevən aşpaz olmaq istəyir, dişi ağrıyan isə diş həkimi... - Video - Fotolar

Bu gün Azərbaycanda Bilik Günü ilə əlaqədar paytaxtın müxtəlif yerlərində çantası özlərindən böyük, ağ bantlı birincilərə rast gəlmək mümkündür. Sinif otağına daxil olmamışdan əvvəl xoşbəxt görünən balacalar valideynlərinin onlarla dərsə girməyəcəyini biləndə hönkür-hönkür ağlayırlar. Hətta ağlamaq onları

15 sentyabr
.

Nazirdən Bilik Günü ilə bağlı paylaşım

Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, nazir bütün təhsil işçiləri, şagird və tələbələri təbrik edib. "Əziz şagirdlər, tələbələr, müəllimlər, valideynlər və bütün təhsil işçiləri!. Bu gün məktəbə ilk dəfə qədəm qoyan balalarımız

15 sentyabr
.

"Bu o demək deyil ki, sertifikasiya sualları çətinləşəcək"

"Biz düşünürük ki, sertifikasiya Azərbaycan təhsili üçün böyük müsbət addım idi və ümumən nəticələri müsbət qiymətləndirə biləcəyik. 2024-cü ildən başlayaraq ibtidai təhsilə gələn uşaqlarımızın demək olar ki, hər biri sertifikasiyadan keçmiş müəllim tərəfindən tədris alacaq". "Qafqazinfo"

14 sentyabr
.

Bugün məktəb, sabah böyük həyat - KÖŞƏ YAZISI

"A məktəb yolları, məktəb yolları,. Sizi bir an belə unutmadım mən. Bəxtiyar Vahabzadənin bu misralarında təkcə uşaqlıq xatirəsinin kövrəkliyi yoxdur. Burada insanın ömrü boyu yaddaşında daşıdığı bir həqiqət var: məktəb sadəcə bir binadan, sinif otağından, parta və lövhədən ibarət deyil. Məktə

15 sentyabr