Azərbaycanda tələbə təqaüdləri 345 manata qədər artırılmalıdır! - AÇIQLAMA

Azərbaycanda tələbə təqaüdləri 345 manata qədər artırılmalıdır! - AÇIQLAMAMəlum olduğu kimi, tələbələrin təqaüdlərinin artırılması ölkədə aktuallığını qoruyub saxlayır. Sonuncu dəfə tələbə təqaüdlərinin artımı ölkə prezidentinin sərəncamı ilə 2023-cü il yanvarın 1-dən artırılıb. Lakin verilən təqaüd məbləğləri tələbələrin ehtiyaclarını qarşılamır. Çünki tələblər təhsil haqları, kirayə pulu yol xərcləri daxil olmaqla ehtiyaclarını qarşılayır və bunun üçün işləmək məcburiyyətində qalırlar. Bu da özlüyündə onların dərslərinə olan davamiyyətinə mənfi təsir göstərir. Bəs Azərbaycanda tələbələrin təqaüdləri 345 manata qədər qaldırıla bilər?

Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Sonxeber.az-a açıqlama verib. Onun sözlərinə görə, Azərbaycanın 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır. Onun 110 minə qədəri ödənişli əsaslarla oxuyur. Azərbaycanda ali təhsil müəssisələrinə bakalavr və magistratura, doktorantura, o cümlədən subbakalavr və eyni zamanda peşə təhsilində təhsil alanlar müxtəlif məbləğlərdə təhsil alırlar:

" Hal- hazırda fəlsəfə doktoru hazırlığında doktorantlara 240 manat, elmlər doktoruna 400 manat təqaüdlər verilir. Eyni zamanda magistraturada əlaçı olanlara 195 manat, zərbəçilərə 160 və adi göstəricilərə 110 manat verirlər. Bakalavara maksimum 175 manat, adilər 100 manatdır. Ölkədə hal-hazırda kommunal xidmətlərin yüksəkliyini, qida ehtiyacının kifayət qədər çoxaldığını nəzərə alsaq ciddi şəkildə biz vəsaitin azlığını müşahidə edirik. Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan bakalavrların təqaüdləri çox aşağıdır. Bu günləri əlaçı 175 manat, zərbəçi isə 145 manatdır. Kifayət qədər az bir məbləğdir. Nəzərə alsaq ki, Azərbaycanda minimum yaşayış həddi var və bu şəxslərin yaşı 18-dən çoxdur. Başqa yerlərdə demək olar ki, çalışmırlar. Hesab edirəm ki, onların təhsil haqlarının artmasına ehtiyac var".

Ekspert bildirib ki, bu gün Azərbaycanda minimum əməkhaqqı 345 manatdır və minimum ehtiyaclar var:

"Düşünürəm ki, istər bakalavrlar, istərsə də subbakalavrlar və peşə təhsilində təhsil haqları daha aşağıdır. Elmlər doktoru hazırlığında 400 manat kifayət qədər az bir məbləğdir. Çünki onlar iş yerlərindən ayrılmaqla doktorantura oxuyurlar. Bu doğru deyil. Düşünürəm ki, doktorantura təqaüdləri azı min manatın üzərində olmalıdır. Magistrların təqaüdü 400 manatdan yuxarı olmalıdır. Bakalavriat pilləsində təhsil alanların təqaüdləri isə 300 manatdan çox olmalıdır. Çünki onlar kirayə haqqı daxil olmaqla yol xərclərini ödəyirlər. Onların həqiqətən xərcləri çoxdur. Bu onların vəsait itirməsinə gətirib çıxara bilir. Mən düşünürəm ki, tələbələrin təqaüdləri artmalıdır. Azərbaycanın kifayət qədər iqtisadi gücü var. Bizim həmin tələbələrə yaxşı təqaüd vermək imkanımız var. Birmənalı şəkildə tələbələrin təqaüdləri minimum ehtiyac səviyyəsində artırılmalıdır".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2065   Tarix: 26 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021