Psixi və nevroloji əlil olan şəxslərə hansı sosial xidmətlər göstərilir? -CAVAB

Psixi və nevroloji əlil olan şəxslərə hansı sosial xidmətlər göstərilir? -CAVABƏlilliyi olan şəxslər üçün irqindən, dinindən, dilindən, cinsindən və mənşəyindən asılı olmayaraq müavinat ayrılır. Sosial müavinatlar əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılması üçün verilir. Sosial müavinatlar müxtəlif xəstəliklərə görə təyin olunur. Bəs psixi və nevroloji xəstəliklər nəticəsində əlilliyi yaranmış şəxslərə hansı sosial xidmətlər göstərilir?

Məsələ ilə bağlı Tanınmış teleaparıcı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Murad Həşimov Sonxeber.az-a açıqlama verib

O bildirib ki, psixi və nevroloji xəstəliklər nəticəsində əlilliyi yaranmış, sosial xidmətə ehtiyacı olan vətəndaşlarımız da daim dövlətin diqqət mərkəzindədir:

"Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq davamlı həyata keçirilən sosial dəstək tədbirləri həssas əhali qruplarından olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların sosial reabilitasiyası və reinteqrasiyasına hesablanıb. Bu istiqamətdə son illər mühüm sosial layihələr icra olunub və bu işlər davam etdirilir. Psixi və nevroloji xəstəliklər nəticəsində əlilliyi yaranmış, sosial xidmətə ehtiyacı olan vətəndaşlarımız da daim dövlətin diqqət mərkəzindədir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 4 psixonevroloji sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Sakinlərin stasionar şəraitdə rahat yaşayışı və sosial-reabilitasiyası üçün müasir şəraitin yaradıldığı bu müəssisələr Göygöl rayonu, Şamaxı və Gəncə şəhərləri, həmçinin Xəzər rayonu Buzovna qəsəbəsində yerləşir.

Murad Həşimov bildirib ki, ümumilikdə 543 şəxs dövlət qayğısı ilə əhatə olunur:

"Hazırda bu müəssisələrdə ümumilikdə 543 şəxs dövlət qayğısı ilə əhatə olunur. Onlardan 262-si kişi, 281-i qadındır. Psixonevroloji sosial xidmət müəssisələrində psixi və yüngül formalı əqli pozuntuları ilə əlaqədar əlilliyi yaranan və əlilliklə əlaqədar özünəqulluq qabiliyyəti, habelə qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan 18 yaşdan yuxarı şəxslərə stasionar formada sosial xidmətlər göstərilir.

Həmin müəssisələrdə bu kateqoriyadan olan vətəndaşlarımız sosial-tibbi, sosial- hüquqi, sosial-psixoloji xidmətlərə cəlb edilməklə yanaşı, keyfiyyətli ərzaq məhsulları, təmiz geyim və yataq dəstləri ilə təmin olunurlar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1425   Tarix: 26 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Anam mənə çoxlu kitab alıb, hamısını oxuyacağam" - Şəhidin 6 yaşlı oğlu - Video

2020-ci ildə - Zəfər ilində doğulmuş şəhid övladları da bu gün birincə sinfə qədəm qoyurlar. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Təhsil TV" videoçarx hazırlayıb. Videoda Suqovuşanın Talış kəndində qəhrəmancasına şəhid olan Cahid Qəniyevin oğlu Fərid Qənizadənin ilk dərs günü lent

15 sentyabr
.

"Bəy Mamed" yaşayış kompleksinin həyətini hasarlayıb özünə villa tikdirir" (FOTO)

Səbail rayonu Əhəd Yaqubov küçəsi 17 ünvanında yerləşən "Ulubəy" MTK şirkətinin inşa etdiyi "Yeni Şəhər" yaşayış kompleksinin sakinləri yaşadıqları ərazidə çoxsaylı problemlərin olduğunu bildirirlər. Qaynarinfo xəbər verir ki, "Qafqazinfo"ya kollektiv şəkildə müraciət edə

14 sentyabr
.

Tələbələrə ŞAD XƏBƏR: Təhsil krediti ilə bağlı yeni meyarlar formalaşır - Deputatdan AÇIQLAMA

Təhsil kreditlərindən yararlanmaq istəyən tələbələr üçün sosial meyarların necə müəyyənləşdirilməsi mühüm məsələlərdən biridir. Xüsusilə ailənin rəsmi gəliri ilə real maddi vəziyyəti arasında fərq olduğu hallarda yalnız sənədlərdə göstərilən gəlirin əsas götürülməsi bəzi tələbələrin bu imkanlardan kənard

14 sentyabr
.

Nəqliyyatın sıxlığını azaltmaq üçün nə etmək lazımdır? - AÇIQLAMA

Yeni tədris ilinin başlaması ilə şəhər yollarında, xüsusilə məktəblərin yerləşdiyi ərazilərdə nəqliyyat sıxlığının artması gözlənilir. Səhər saatlarında valideynlərin övladlarını məktəbə aparması, məktəb qarşısında avtomobillərin nizamsız saxlanılması və piyada hərəkətinin artması bu ərazilərdə həm tıxac

15 sentyabr
.

Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ

Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilə

15 sentyabr
.

Yeməyi sevən aşpaz olmaq istəyir, dişi ağrıyan isə diş həkimi... - Video - Fotolar

Bu gün Azərbaycanda Bilik Günü ilə əlaqədar paytaxtın müxtəlif yerlərində çantası özlərindən böyük, ağ bantlı birincilərə rast gəlmək mümkündür. Sinif otağına daxil olmamışdan əvvəl xoşbəxt görünən balacalar valideynlərinin onlarla dərsə girməyəcəyini biləndə hönkür-hönkür ağlayırlar. Hətta ağlamaq onları

15 sentyabr
.

Nazirdən Bilik Günü ilə bağlı paylaşım

Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, nazir bütün təhsil işçiləri, şagird və tələbələri təbrik edib. "Əziz şagirdlər, tələbələr, müəllimlər, valideynlər və bütün təhsil işçiləri!. Bu gün məktəbə ilk dəfə qədəm qoyan balalarımız

15 sentyabr
.

"Bu o demək deyil ki, sertifikasiya sualları çətinləşəcək"

"Biz düşünürük ki, sertifikasiya Azərbaycan təhsili üçün böyük müsbət addım idi və ümumən nəticələri müsbət qiymətləndirə biləcəyik. 2024-cü ildən başlayaraq ibtidai təhsilə gələn uşaqlarımızın demək olar ki, hər biri sertifikasiyadan keçmiş müəllim tərəfindən tədris alacaq". "Qafqazinfo"

14 sentyabr
.

Bugün məktəb, sabah böyük həyat - KÖŞƏ YAZISI

"A məktəb yolları, məktəb yolları,. Sizi bir an belə unutmadım mən. Bəxtiyar Vahabzadənin bu misralarında təkcə uşaqlıq xatirəsinin kövrəkliyi yoxdur. Burada insanın ömrü boyu yaddaşında daşıdığı bir həqiqət var: məktəb sadəcə bir binadan, sinif otağından, parta və lövhədən ibarət deyil. Məktə

15 sentyabr