Ayağına mismar batan uşaq düzgün müayinə olunmadığından səhhətində ciddi problem yaranıb - İDDİA
Ayağına mismar batan 10 yaşlı uşaq sonradan müalicə olunsa da, səhhətində ciddi problem yaranıb.
Sonxeber.az xəbər verir ki, Tərtər rayonu Hüsənli kənd sakini Teymur Hüseynov "Xəzər Xəbər"ə açıqlama verib. O, övladının ayağında problem yaranmasına görə, rayon mərkəzi xəstəxanasının baş tibb bacısı Vüsalə Məmmədovanı ittiham edir. O deyib ki, övladının ayağına mismar batdığı üçün xəstəxana müraciət edib. Vüsalə Məmmədova uşağı müayinə edib və müalicə yazıb. Ancaq bir neçə ay sonra uşağın ayağında irin və şiş əmələ gəlib.
"Keçən il mart ayının 4-də uşaq həyətdə oynayarkən ayağına mismar batdı. Təcili tibbi yardımı yığdım. Dedilər ki, biz evə gəlmirik. Apardıq Tərtərə. Adil və Vüsalə həkimə saat 4-5 radələrində vəziyyəti danışdım. Dedilər iynə vura bilmərik. Ancaq təmizləyəcəyik".
Övladının ayağının sağalmadığını görən ata sonradan paytaxtdakı klinikalara müraciət edib. Həkimlər uşağın ayağının tezliklə əməliyyat edilməli olduğunu deyiblər.
"Orada 2-3 dənə özəllərə müraciət etdik. Baxdılar və dedilər ki, yarılıb çıxarılmalıdır. Dedilər ki, ayağında yad cisim var. Ayağına mismar batarkən rezin içində qalıb və çirk edib".
Şikayətçinin sözlərinə görə, o uşağın səhhətində yaranmış problem ilə bağlı ilkin müalicəni aparmış Vüsalə Məmmədovaya məlumat versə də şikayətlərinə önəm verməyib.
Ətraflı "Xəzər Xəbər"in süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1614 Tarix: 27 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18 sentyabr 2021