DSMF və "McDonald’s Azərbaycan" arasında əməkdaşlığa dair memorandum imzalanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) və "McDonald’s Azərbaycan" QSC arasında əməkdaşlığa dair anlaşma memorandum imzalanıb.
1news.az xəbər verir ki, DSMF-in İdarə heyətinin sədri Himalay Məmişov bildirib ki, sənəd korporativ sosial məsuliyyət çərçivəsində layihələrin həyata keçirilməsi üzrə qarşılıqlı faydalı, uzunmüddətli və effektiv əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlığı nəzərdə tutur. Tərəflər əhalinin sosial cəhətdən həssas kateqoriyaya aid insanlara, həmçinin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası üçün Vətən Müharibəsində mübarizə aparan şəhid və qazilərin övladlarına dəstək olmaq məqsədilə sosial layihələr həyata keçirəcək.
"McDonald’s Azərbaycan" QSC -nin baş direktoru Oskar Boqopolskiy qeyd edib ki, sosial məsuliyyət "McDonald’s" şirkətinin korporativ siyasətinin vacib hissəsidir və DSMF-lə əməkdaşlıq bu istiqamətdə şirkətin fəaliyyətinin sərhədlərini daha da genişləndirir.
"Biz bu əməkdaşlığın uzunmüddətli olacağına əminik və nəzərdə tutulan layihələrin başlanmasını səbirsizliklə gözləyirik. Bu barədə ictimaiyyətə daha ətraflı məlumat təqdim ediləcək. Şəhid və Vətən Müharibəsinin qazilərinin övladlarına dəstək olmaq hər birimizin mənəvi borcudur və biz bu istiqamətdə öz töhfəmizi verməyə hazırıq", - O.Boqopolski qeyd edib.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 900 Tarix: 27 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18 sentyabr 2021