Azərbaycanda bu universitetlər birləşdirilə bilər! - AÇIQLAMA
Azərbaycanda bəzi universitetlər var ki, ixtisas baxımından biri digərini təkrarlayır. Daha doğrusu bir ixtisas özəllər daxil olmaqla bir çox universitetlərdə təsris olunur. Bu baxımdan Azərbaycanda eyni ixtisasları təkrarlayan universitetlər birləşdirilə bilər?
Məsələ ilə bağlı, təhsil məsələləri üzrə ekspert Vüsal Kərimov Sonxeber.az-a açıqlamasında bildirib ki, dünyada bəzi universitetlər var ki onlar ixtisaslaşıb. Baza və keyfiyyət baxımından həmin universitetlərin mövzusu gündəmdir:
"Bir tərəfdən bəli razıyam. İxtisaslaşmış universitetlər xaricində çoxprofilli ali təhsil müəssisələridə müəllimlik, iqtisadiyyat və digər ixtisasları tədris edirlər. Əlbəttə ki, bu baxımdan həmin universitetlərin keyfiyyəti sorğulanır. Bəzən bunun əksini müşahidə edirik. Son dönəmlərdə yaradılmış müxtəlif ixtisasları özündə cəmləyən universitetlər köklü yaxud əvvəldən bu sahə üzrə ixtisaslaşmış müəssisələrdən daha keyfiyyətli təhsil proqramları hazırlaya bilirlər. Mən deyərdim ki, ixtisaslaşmış universitetlərin manevri daha azdır. Yəni müəyyən məsələlərdə çoxprofilli universitetlər daha yaxşı təhsil proqramları hazırlaya bilir. Eyni zamanda tədris proqramları yenilənir və daha çevik qərar verirlər. Lakin ixtisaslaşmış universitetlərdə təchizat, ixtisaslı müəllim heyətinin çoxluğu daha yaxşı tədris aparmağa imkan verir".
Ekspertin sözlərinə görə, dünyada təkprofilli universitetlərin sayı azalmağa başlayır. Artıq universitetlər böyüyür və müxtəlif ixtisaslaşmalar var:
"Nümunə olaraq Azərbaycan Tibb Universitetini qeyd edə bilərik. Azərbaycanda Naxçıvan Dövlət Universitetini çıxmaq şərtilə yeganə tibb təhsilini verən müəssisə Azərbaycan Tibb Universitetidir. İndi burada bir sual yaranır. Bəs digər universitetlər tibb sahəsi üzrə mütəxəssis hazırlaya bilməzlər? Əlbəttə ki mümkündür. Sadəcə olaraq maddi-texniki bazası baxımından çətinlik yaşana bilər. Amma hər halda düşünürəm ki, digər universitetlərə müxtəlif ixtisasların birləşdirməsinə imkan vermək lazımdır. Digər tərəfdən universitetlərin reytinqlərdə irəliləyişin müsbət təsir edə bilər. Bizdə tək profilli universitetlər yaxşı reytinq götürə bilmirlər. Çünki elm dediyimiz bir şey müxtəlif aspektləri əhatə edir. Dünyanın müxtəlif yerlərində, xüsusilə Amerika və Avropaya baxsaq görərik ki, orada universitetlər fərqli istiqamətlər üzrə təhsil verən böyük kampuslar ilə fəaliyyət göstərir. Tək fəaliyyət göstərən universitetlər isə elə də ciddi nəticə əldə etməyib".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Keçmiş nazirin oğluna vəzifə verildi
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi
Sabah leysan olacaq, qar yağacaq
Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon
XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA