Sonuncu şahid: Müdirin etdiyinə dözməyən ər arvadının qurbanı oldu - VİDEO
Qadın ərini ürəyindən bıçaqlayaraq öldürüb.
Belə ki, Rafael (Adlar şərtidir) bir aydan çoxdur işdən qovulmasına baxmayaraq, hər səhər iş adı ilə evdən çıxırdı. O, eyni küçələrlə fikirli-fikirli addımlayır, nə edəcəyini və hara gedəcəyini bilmirdi. Bəzən avtobus dayanacağında əyləşir, metro ilə bir stansiyadan digərinə gedir, bəzən də yeraltı keçidlərdə gəzişirdi. O, hər gün günorta saatlarında köhnə iş yerinə - təsərrüfat malları dükanına baş çəkir, gizlincə dükana baxırdı.
Rafael son 1 həftədir pulu bitdiyindən evə ərzaq belə ala bilmirdi. Bu səbəbdən həyat yoldaşı Vəfa ilə aralarında problem yaranırdı. Bir gün Vəfa "bu nədir almısan, nə olub?" deyə soruşanda Rafael "müdir maaşımı vermir, işdə sıxıntılar var" deyə cavab verir.
Həmin gecə Vəfa bir daha həyat yoldaşından "necə olacaq bəs bu maaş məsələsi?" deyə soruşanda Rafael onun üstünə qışqırır və Vəfaya bir sillə vuraraq yataq otağını tərk edir.
Rafael ertəsi gün köhnə iş yerinə gələrək müdirindən onu yenidən işə götürməsini istəyir. Amma müdiri onu dükandan qovur.
Rafael evə gəlir və Vəfaya hər şeyi etiraf edir. Aralarındakı küskünlük və mübahisə daha da qızışır. Rafael Vəfanın boğazını sıxaraq onu təhqir edir. Vəfa Rafaelin əlindən qaçaraq mətbəxdən bıçaq götürür və Rafaeli ürəyindən bıçaqlayır.(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1302 Tarix: 03 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis tərəfindən təmin olunub
17 oktyabrBaşı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
4 oktyabrGəncədə zəhərlənən şəxslərin adları məlum oldu
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl
4 oktyabrDİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"
3 oktyabrMəktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video
Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb
13 oktyabrBakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video
Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx
4 oktyabrÖtən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub
3 oktyabrQaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış
9 oktyabr