"16 yaşa qədər yeniyetmələrin sosial şəbəkələrə üzv olması qadağan olunmalıdır" - TƏKLİF
Bir neçə ölkə "TikTok" sosial şəbəkəsinə qadağa qoyub. Belə bir addım Azərbaycanda da atıla bilərmi?
Məsələ ilə bağlı sosioloq Elçin Bayramlı Sonxeber.az-a açıqlama verib.
Ekspert sosial şəbəkələr sayəsində bir çox gənclər və yeniyetmələr kütləvi şəkildə psixoloji narkomaniyaya düçar etdiyini bildirib:
""TikTok" və "İnstagram" kimi sosial şəbəkələr sayəsində bir çox gənclər və yeniyetmələr kütləvi şəkildə psixoloji narkomaniyaya düçar olublar. Bu sosial şəbəkələrdə hər cür biabırçılıqlar var. Əsas məqsəd özünü reklam etmək, dəstək, bəyənmə, pul qazanmaqdır və bunun üçün ağlına gələn-gəlməyən hər cür qeyri-etik, əxlaqsız hərəkətlər etməyə başlayıblar. Bu artmaqda olan tendensiyadır. Artıq bunun qarşısını almaq vaxtıdır.
İki mübarizə üsulu var. Bunlardan biri dövlət səviyyəsində, digəri isə cəmiyyətin özüdür. Normal , ağıllı cəmiyyət belə kanalları sadəcə olaraq şikayət edir, bloklayır. Beləliklə sıradan çıxırlar. Bu normal cəmiyyətlərə aiddir və biz normal cəmiyyət olmadığımıza görə, bu üsul bizdə alınası deyil. Deməli problemi yalnız inzibati yolla həll etmək imkanı qalır. Ya bu şəbəkələr bağlanmalıdır, ya da onlara nəzarət artırılmalı və sərt cəza tədbirləri görülməlidir. 18 yaşa qədər, ən pis halda 16 yaşa qədər uşaq və yeniyetmələrin sosial şəbəkələrə üzv olması qadağan olunmalıdır. Dövlət müəyyən texniki tətbiqlər ilə nəzarətdə saxlamalıdır".
Sosioloq mənəvi dəyərlərə zidd olan materiallar yayanlar, özbaşınalıq, saxtakarlıq, dələduzluq, müasirlik adı altında əxlaqsızlıq təbliğ edənlər cəzalandırılmasını bildirib:
"Bir çox ölkələrdə belə qadağalar var. Hətta bir sıra Avropa ölkələrində, ABŞ-nin bəzi ştatlarında, Çində və bəzi müsəlman ölkələrində "TikTok" ya blok olunub, ya da üzərində müəyyən alqoritmlər məhdudiyyət tətbiq edilib. Çin əhalisi sutkada 40 dəqiqədən artıq "TikTok"da videolara baxa bilmir. Ən əsası xüsusi bir alqoritm vasitəsilə elə sistem qurulub ki, Çin auditoriyası "TikTok"dakı ancaq faydalı kontentləri görür. Zərərli kontentləri görmür. Belə nümunələr və bir texnologiyaya imkanlar var ki, müdaxilələr olunsun. Hər hansı bir formada bu məsələ tənzimlənməlidir. Əks halda tamamilə biabırçılıq olacaq.
İndi əksər gənclər elm arxasınca getmək, dil öyrənmək, yaradıcılıq sahəsində inkişaf etmək əvəzinə sadəcə telefonu götürüb biabırçı videolar çəkir və tiktoka qoyurlar. Bəziləri canlı yayım açır, açıq əxlaqsızlıq təbliğ edir. Bəziləri narkomaniyanı, pedofiliyanı, kriminalı və cəhaləti təbliğ edir. Bəziləri satış və ya xidmət adı ilə insanları aldadıb pulunu mənimsəyir.
Baxmayaraq ki, rəhbərlik etdiyim saytın "TikTok" kanalı yüksək baxışlara malikdir, burada paylaşdığımız videolara yüz minlərlə, milyonlarla baxış olur, yenə də məndən olsa, "TikTok"un bağlanmasının tərəfdarıyam. Həmçinin də İnstagram. Əgər bağlaya bilmiriksə, xüsusi qanun qəbul edilməli və ciddi nəzarət olunmalıdır. Son zamanlarda bəzi cəzalanma hadisələri var. Bu təqdirəlayiqdir. Bunu artırmaq lazımdır ki, mənəvi dəyərlərə zidd olan materiallar yayanlar, özbaşınalıq, saxtakarlıq, dələduzluq, müasirlik adı altında əxlaqsızlıq təbliğ edənlər cəzalandırılsın.
İnternetdən istifadə üçün milyonlarla faydalı resurslar var. Texnologiya ancaq müsbət istiqamətdə istifadə edildikdə yaxşıdır, mənfi yönümlü istifadə edəcəyiksə bu bizə heç bir fayda verməyəcək, əksinə zərər verəcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Keçmiş nazirin oğluna vəzifə verildi
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Bu günə olan qızıl və gümüş qiymətləri
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Sabah leysan olacaq, qar yağacaq
Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi
Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon