Hərbi qulluqçuların övladları təhsil haqqından AZAD EDİLƏ BİLƏR? - AÇIQLAMA

Hərbi qulluqçuların övladları təhsil haqqından AZAD EDİLƏ BİLƏR? - AÇIQLAMAVətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin diqqət mərkəzindədir. Müharibə əlilləri, veteranlar və şəhid ailələrinə göstərilən qayğı da xüsusi olaraq qeyd olunmalıdır. Məlum olduğu kimi, 44 günlük müharibə zamanı şəhid və əlil olmuş hərbi qulluqçuların övladları təhsil haqları dövlət tərəfindən qarşılanır. Yəni bu kateqoriyaya aid olan uşaq pulsuz təhsil ala bilər. Bəs Azərbaycanda hərbi qulluqçuların övladları təhsil haqqında azad oluna bilər?

Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Sonxeber.az-a açıqlamasında deyib ki, hal-hazırda Azərbaycanın 51 təhsil müəssisəsinin bakalavr magistr pilləsində 100 minə yaxın ödənişli əsaslarla təhsil alanlar var:

"Ölkə prezidenti cənab İlham Əliyevin 2019-cu ildə imzaladığı qərara əsasən ali təhsil müəssisələrinin olan yeri 45 faizi 2020-ci ildən sonra isə 50 faizə qədəri pulsuz yerlərdir. Müəyyən kateqoriyaya aid olan insanlar var ki, onlar ödənişli əsaslarla qəbul olsalar da, ölkə prezidentinin müvafiq sərəncamları ilə təhsil haqqından azaddırlar. Azərbaycanın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə şəhid, əlil olmuş şəxslərin övladları, birinci və ikinci qrup əlil olan valideynlərin uşaqlarının təhsil haqqından azad olması var. 44 günlük müharibədən sonra ölkə başçısı müvafiq bir sərəncam imzaladı. Qazilər və veteranların özləri təhsil haqqından azad oldular".

Ekspertin sözlərinə görə, digər hərbçi övladlarının təhsil haqqından azad olunması ilə bağlı bir müzakirə yoxdur:

"Kimlər ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əlil olub yaxud şəhid ailəsidirsə onlar təhsil haqqından azad oluna bilər. Hərbçilər isə vəzifə öhdəliklərini yerinə yetirirlər. Kifayət qədər Azərbaycanda ödənişli əsaslarla oxuyan var ki, onların sayı 29 min nəfərdir. 29 min nəfər bilavasitə ödənişli əsaslarla oxumaqlarına baxmayaraq, onlarda güzəştli kateqoriyalara aid edilirlər. Onların təhsil haqları dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Yəni biz bu gün rahatlıqla deyə bilərik ki, Azərbaycanda orta məktəbin tamamilə pulsuz olduğu kimi, ali təhsilində ən azı 70 faizə qədər ödənişsizdir. Bu gün Azərbaycanda təhsilin əlçatanlığı təmin olunub. Əhatə dairəsini isə bilavasitə genişləndirib. Amma hər hansı bir statusa malik olmayan hərbçi ailələrinin övladlarına güzəşt nəzərdə tutulmur".

Kamran Əsədov qeyd edib ki, onlar digər sahədə çalışan şəxslər kimi peşə vəzifəsini yerinə yetirir: "Amma peşə vəzifəsini yerinə yetirən zaman xüsusi xəsarət alıb yaxud statusa malik olurlarsa, o zaman güzəştlər tətbiq oluna bilər. Belə halda isə hər hansı güzəşt nəzərdə tutulmur".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1507   Tarix: 07 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021