İntihar edən oğlanın anasından ŞOK İDDİA: "Oğlumun ölümündə sevdiyi qızın ailəsinin əli ola bilər"
Status yazıb intihar edən 22 yaşlı oğlanla bağlı bəzi təfərrüatlar orataya çıxıb.
Sonxeber.az xəbər verir ki, ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə müraciət edən Məhəbbət Məmmədovun anası Şərqiyə Məmmədova iddia edir ki, oğlu öldürülüb:
"Oğlumun öldrülməsində sevdiyi qızın ailəsinin əli ola bilər. Məhəbbət intihar etməyib. Oğlumun ölümündə əmisi oğlanlarının da əli var. Əminə ifadə verəndə deyib ki, mən Məhəbbətlə evlənmək məqsədi ilə deyil elə-belə danışırdım. Eləcə də Əminə ifadəsində bildirib ki, Məhəbbətin məni şantaj etdiyini ailəsinə də deyib. Ailəsi də ona deyib ki, narahat olma, biz özümüz həll edəcəyik".
Verilişə zəng edən Əminənin atası bildirib ki, bu hadisə baş verəndən qızı böyük stress keçirir:
"Qızımla Məhəbbət danışanda o azyaşlı olub. Bu hadisə olandan sonra həyat yoldaşım onların qapısına gedib. Amma mənim həyat yoldaşım Şərqiyyə xanıma oğlunu öldürəni bilirəm deməyib. Sadəcə deyib ki, get düşmənini axtar. Məhəbbəti yaxşı uşaq kimi tanımışam. Anası bir dəfə bizə elçi də gəlib. Həyat yoldaşım deyib ki, qızımın yaşı tamam olmayıb, uşağım oxumaq istəyir. Qızım Şamaxıda oxuyurdu. Nə mən, nə də həyat yoldaşım bu uşaqların yazışdığını və danışdığını bilmirdik. Bu hadisə olandan sonra Məhəbbətlə qızımın danışdığını bilmişik".
Şərqiyə Məmmədova bildirib ki, Əminə və anası bu gün qızıma zəng edib hədələyiblər:
"Qızımı boşanma ilə təhdid ediblər. Biz hər şeyi gözə alıb, verilişə çıxmışıq".
Məhəbbətin bacısı Röya isə bildirib ki, Əminə elədiklərini boynuna almadı:
"Anası və qızı dedi ki, neyləmişiksə yaxşı etmişik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2303 Tarix: 13 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...
Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
5 noyabrHərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə
5 noyabr"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!
"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn
5 noyabrDaha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabrBakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabrKuryerlər aylıq 15 manat vergi ödəyəcək
Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili
5 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabr