Cavanşir Quliyev: "Ölüm xəbərimə çox əyləndim" - FOTO

Cavanşir Quliyev: "Ölüm xəbərimə çox əyləndim" - FOTO"Hazırda həkimlərin göstərişi və məsləhəti ilə evdə müalicə olunuram. Həkimdən soruşdum ki, əməliyyatdan sonra necə yaşamalıyam? Dedi ki, yavaş yaşa! Həyatda yavaş yaşayan insanlar da var, yavaş yaşamayanlar da. Mənim yadıma düşəndə yavaş yaşayıram. Həkimin tövsiyəsi tez-tez yadımdan çıxır. Hələ ki, sənətlə, musiqi ilə məşğul ola bilmərəm".

Bunu Moderator.az-a açıqlamasında bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev deyib.

"Çox ağır üç əməliyyat keçirdim. Beynimə 4 yerdən qan sızmışdı. Şükür yaxşıyam, əl-ayağım işləyir. O da vaxtında müdaxilənin nəticəsidir. Bir çox xəstələrə vaxtında müdaxilə edilmədikdə ya şikəst qalırlar, ya da ölürlər. Mənə də müdaxilə vaxtında oldu. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür borcum var. Bu dəstək vaxtında gəldi. Ölüm xəbərlərimə çox güldüm, əyləndim. Yazıçı Mark Tven yadıma düşdü. Onun bir gün ölüm xəbəri yayılır. Bu xəbəri yayan redaksiyaya zəng edərək bildirir ki, ölüm xəbərimi bir az şişirtmisiniz (gülür). Mənim də ölüm xəbərimi bir az şişirtmişdilər. İnanmıram ki, bunu kimsə mənə qarşı pis niyyətlə etsin. Jurnalistlərlə heç vaxt problemim olmayıb. Bu sadəcə texniki yanlışlıq olub. Reytinq xatirinə hadisələri qabaqlamaq istəyiblər. O da bu dəfə tutmadı. Çox adam deyir ki, Allah səni istəyir. Mən burada tək yaşayıram. Ailəm Türkiyədədir. Yaxşı ki, bu hadisə baş verəndə ailəmin yanında idim. Bakıda tək olsaydım, mənə heç kim kömək edə bilməzdi. Səhər saat 6-da huşumu itirib, yerə yıxıldım. Məni təcili xəstəxanaya, oradan da əməliyyat masasına apardılar" , - deyə bəstəkar bildirib.

Cavanşir Quliyev musiqimizin bugünkü vəziyyətindən də danışıb.

"Cəmiyyətin vəziyyəti necədirsə, onun musiqisi də elədir. Çünki onlar bir-birinə sıx bağlıdır. Məsələn, toya gedən müğənnidən ev yiyəsi, toy əhli nə istəyirsə, o da onu oxuyur. Çünki pul verirlər. Və yaxud müğənni toy yiyəsinin bəyənmədiyi mahnını bir dəfə oxuyandan sonra daha oxumur. Bu minvalla cəmiyyətdə bu musiqi formalaşır. Sabah konsertə gedəndə də təxminən o cür musiqi istəyirlər. Televiziyada da elə musiqi görmək istəyirlər. Niyə? Televiziyalarda reytinqləri ölçürlər. O reytinqə görə televiziya kanalları bir nəticəyə gəlir. O mahnılar reytinq, reytinq isə pul gətirir. Ona görə də vəziyyətimiz belədir. Soruşsanız ki, yaxşıdır, yoxsa pis? Deyərəm ki, yaxşı deyil. Mən də bu gün bəzi məsələlərlə razı deyiləm. Deyəndə ki, razı deyiləm, deyirlər ki, razı deyilsənsə, düzəlt.

Vallah mən də, həmkarlarım da nəsə etməyə çalışırlar, amma bizim sayımız azdır, ona görə də səsimiz az eşidilir. Bəzən olur ki, parlaq bir artist çıxır səhnəyə, bir çox şeyi dəyişir. Aygün Kazımova elə etdi. Onu tənqid etsələr də, baxırdılar. Sabah başqa biri çıxa bilər ortaya, o da nələrisə dəyişə bilər", - deyə bəstəkar bildirib.

Cavanşir Quliyev sosial verilişlərdən də danışıb.

"Televiziya kanalları bizim təkliflərimizə razılıq vermir. Çünki təklif etdiyim layihələrdə reytinq görmürlər. Zəmanə belə zəmanədir. Sovet vaxtında televiziya kanalı bir dənə idi. O vaxt reytinq söhbəti yox idi. Müxtəlif redaksiyalar var idi. Orada savadlı insanlar işləyirdi. O zaman hər verilişdə bilik, informasiya var idi. Tamaşaçılar müəyyən şeyləri öyrənirdilər. İndi azadlıqdır, kanallar da çoxdur. Musiqi ilə, sosial verilişlərlə bağlı sərbəstlikdir. Hər ölkədə sosial verilişlər var. Bu verilişlər bizə xaricdən gəlib. Onlara baxırsan ki, xeyli mədənidirlər. Amma çox maraqlıdır ki, biz hər bir gözəl şeyi eybəcərləşdirə bilirik. Bizim verilişlərə baxırsan, elə bilirsən ki, kənddəki bazarda qadınlar savaşır. Birini evləndirirlər, birini boşayırlar. Bu adam boşanıb, artist deyil, sənət adamı deyil ki, həyatını işıqlandırıb, şou yaradasan. Danışıq mədəniyyəti aşağı səviyyədədir. Görüntüsü bərbad! Efir gözəlliyi, estetikliyi sevir. O vaxt verilişə neftçi belə dəvət edəndə seçirdilər ki, yaraşıqlı, simpatik biri olsun. Mənə elə gəlir ki, sosial verilişlər bağlanmalıdır", - deyə sənətkar bildirib.

Qeyd edək ki, fevralın 12-si Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayılmışdı. Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu üzə çıxdı.
Cavanşir Quliyev: "Ölüm xəbərimə çox əyləndim" - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 686   Tarix: 13 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...

Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

5 noyabr
.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

5 noyabr
.

Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar

Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi

4 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?

Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər

5 noyabr
.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

5 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr