Həyat yoldaşını itirən qadınların da pensiya yaşı 5 il endirilir? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, yoldaşı vəfat edəndən sonra evlənsə belə, uşağına baxan ata pensiyaya tez çıxacaq. Yeni dəyişikliyə əsasən, kişilərə münasibətdə qadın vəfat etdiyi və uşağın kişinin himayəsində olduğu və növbəti ailə qurduğu halda da kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. Bəs, həyat yoldaşını itirmiş qadınlar pensiyaya tez çıxa bilər?
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Sonxeber.az-a açıqlamasında bildirib ki, Azərbaycanda qadınların pensiya yaşı kişilərdən fərqli olmalıdır. Statistikaya görə qadınlar kişilərdən çox yaşayır. Qadınlar kişilərdən çox yaşadığına görə onların pensiya hüququndan istifadə imkanları daha çoxdu
"Onlar bu zaman pensiya almaq hüququ əldə edir. Kişilərin çoxu pensiya yaşına çatmadan dünyasını dəyişir. Onların pensiya kapitalında yığılan pullar istifadə olunmur. Düzdür qanunvericiliklə həyat yoldaşı vəfat edirsə, həmin kapital onun həyat yoldaşına yaxud övladlarına verilir. Qadınların pensiya yaşı üçün bəlli kateqoriyalar və tətbiq edilir. Ancaq həyat yoldaşını itirmiş qadınların pensiya yaşının endirilməsi aktual deyil. Kişilərin pensiya yaşı azaldılmalıdır nəinki qadın. Hesab edirəm ki, bu dövlətin maliyyə yükü deməkdir. Pensiya yaşının bir qədər endirilməsi vacibdir. Eyni zamanda pensiya haqları qaldırılmalıdır. Təkcə bəlli bir dövlət qulluğunda çalışan qadın və kişilərin deyil, bütünlükdə əmək fəaliyyəti ilə məşğul olmuş insanların pensiya təminatında, maaşın 80 faizi miqdarında pensiya məbləği müəyyənləşdirilməsi daha yaxşı olar".
Sosioloqun sözlərinə görə, belə olarsa, insanlar 65 yaşına çatana kimi rahatlıqla pensiyaya çıxa bilərlər. Eynən Avropada olduğu kimi edilməlidir. Amma buna niyə gedilmir? Çünki, pensiya məbləği onların yaşayış təminatına imkan vermədiyinə görə, onlar pensiyaya çıxdıqdan sonra işləmək məcburiyyətində qalır:
"Həm də bu əlavə problem yaranır. Eyni zamanda gənclər iş tapmaqda çətinlik çəkirlər. Əgər onlar pensiyaya getsələr və yaxşı məbləğdə pensiya alsalar, gənclər onların yerini tuta bilərlər. Bu zaman onlar iş imkanı əldə etmiş olar. Ancaq biz baxırıq ki, həm pensiya alırlar, həm də işləyirlər. Çox yaxşı olar ki, həyat yoldaşını itirmiş qadınların pensiya yaşını endirməkdən daha çox, iki məsələyə nail olmalıyıq. Pensiya məbləğinin məvacibin 80 faizi qədər olmalıdır. İnsanlar zərurət yarandığı zaman pensiya yaşına çatmadan da pensiya kapitalından istifadə imkanı qazanmalıdır. Yəni xəstəliklərə qarşı yaxud hansısa ehtimal vəziyyətlərdə həmin kapitaldan vətəndaşa istifadə şəraiti yaradılmalıdır. Hər kəs öz əmək fəaliyyəti müddətində pensiya almalıdır. Qadınlar üçün başqa addımlar atıla bilər. Evdar xanımların uşaq böyütmə müddəti əmək stajı sayılsın. Bu da qadınlar üçün əmək pensiyası hüququ tanıya bilər. Necə ki, kişilərdə tələbə yaxud hərbi xidmətdə olduğu müddəti pensiya kapitalı olaraq hesablanır, qadınlara da eyni addımı tətbiq etmək olar. Qadın uşağı özü üçün boyütmür. Bu baxımdan evdar xanımların uşaq böyütmək müddəti əmək stajı olaraq sayılmalıdır. Bu da onların pensiya hüququnu tapmağa imkan verir. Əgər ömür müddəti uzanmırsa, artmırsa kişi və qadınlarda pensiya yaşı aşağı endirilməsi vacibdir".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Dünən Bakıda nadir təbiət hadisəsi yaşanıb
Hüseyndən keçmiş xanımına ATMACA: "Onunla yox, bununla HƏ" - VİDEO
Qaynananın yeni evli gəlinə yazdığı mesajlar viral oldu - FOTO
Tualet kağızı keçmişdə qalır - Ona alternativ yaradıldı
Əllərdə keyimə və iynələnmə hansı xəstəliyin əlamətidir?
Türkiyədə 8-ci sinif şagirdinin məktəbdə törətdiyi qətliamın TƏFƏRRÜATI - FOTO - VİDEO
Dronla çobanlıq: Qoyun sürüsünü 30 saniyəyə toplandı - VİDEO
"Cəhənnəm olsun, getsin sübut eləsin" - Xalq artistindən Almaxanıma CAVAB
Arda Güler tribunada minlərlə insan arasında görün kimi axtardı
Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə tutuldu
"Uşaqlarımı hələ bir-biri ilə görüşdürməmişəm"
Göydən sərvət yağdı: pəncərədən milyonları səpdi - VİDEO
TƏCİLİ: Azərbaycanda şagirdləri daşıyan avtobus AŞDI - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO
Məktəbə silahı hücum edən İsanın qəribə görüntüləri yayıldı