Məktəbdə şagirdlərə dərs keçilmədiyi iddia edildi: Polisə müraciət olundu
Lerik rayonu Ə.Məmmədov adına Livədirqə kənd tam orta məktəbindən narazılıq var.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Övladı orada təhsil alan valideyn iddia edib ki, məktəbdə şagirdlərə dərs keçilmir. Direktorun da təhsil ocağına gəlmədiyi bildirilib.
Məsələ barədə Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.
İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, görüntülər barədə məktəb direktorunun və fransız dili müəllimlərindən izahatları alınıb:
"Onlar izahatlarında valideyn Bahaddin Babayev tərəfindən məktəbin bəzi müəllimləri barədə bu cür çəkilişlərin bir neçə dəfə edildiyini, ayrı-ayrı vaxtlarda məktəbə gəlib icazəsiz məktəb binasına daxil olaraq tədris prosesinə müdaxilə etmək istədiyini, hətta direktor və bəzi müəllimlərlə arasında mübahisə yarandığını və onları təhqir etdiyini bildiriblər.
Eyni zamanda, qeyd edək ki, bu çəkiliş fiziki tərbiyə, informatika dərsi zamanı və ya məktəbdə keçirilən hər hansı bir tədbir vaxtı çəkilib və sonradan üzərinə səs əlavə olunub. Bütün bu məsələlərlə bağlı məktəb kollektivi tərəfindən ayrı-ayrı vaxtlarda müvafiq aktlar tərtib olunub və hüquq-mühafizə orqanlarına rəsmi müraciət edilib. Hazırda araşdırma aparılır".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a bildirilib ki, məsələ ilə bağlı Lerik Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılıb:
"Toplanmış material müvafiq qərar qəbul edilməsi üçün məhkəməyə göndəriləcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1461 Tarix: 13 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...
Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
5 noyabrHərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə
5 noyabr"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!
"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn
5 noyabrDaha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabrBakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabrKuryerlər aylıq 15 manat vergi ödəyəcək
Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili
5 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabr