Mətbuat Şurası rusiyalı jurnalisti Azərbaycana qarşı qərəzli mövqedən əl çəkməyə çağırıb

Mətbuat Şurası rusiyalı jurnalisti Azərbaycana qarşı qərəzli mövqedən əl çəkməyə çağırıbAzərbaycan Mətbuat Şurası rusiyalı teleaparıcı, jurnalist Vladimir Slovyovun "Crocus City Hall" konsert zalında törədilmiş qorxunc terror aktı ilə bağlı mövqeyini, Azərbaycanı bu hadisə ilə əlaqələndirmək yönümlü informasiya təxribatını qətiyyətlə pisləyir.

"Report"un məlumatına görə, bu barədə Mətbuat Şurasının yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, "Crocus City Hall" konsert zalında törədilmiş və xeyli günahsız insanın ölümünə səbəb olmuş terror aktı xüsusunda yaranmış durum hadisə ilə bağlı yayılmış informasiyalara həssas yanaşılmasını aktuallaşdırır: "Təəssüf ki, Rusiyada bu həssaslığı heç də hər kəs ciddi şəkildə düşünmür. Teleaparıcı, jurnalist Vladimir Slovyov belələrindən biri, bəlkə birincisidir. Məlum terror aktında Azərbaycan izini axtarmaq yönümlü mülahizələri bu şəxsin ölkəmizə qarşı ənənəvi qərəz ritorikasının sərhədlərini aşır. V.Solovyov özünün eyhamları ilə Azərbaycana münasibətdə informasiya təxribatı aparır. Nəzərə almır ki, terrorçunun heç bir milli və dini mənsubiyyəti ola bilməz. Üstəlik, hadisəni törətməkdə təqsirli bilinən şəxslər müəyyənləşib və Solovyovun konsprioloji təfəkkürünü işə salmasına heç bir ehtiyac yoxdur".

Vurğulanıb ki, V.Solovyovun "Crocus City Hall"da törədilmiş təxrtibata etnik fon verməsi azərbaycanlıları, ümumən Azərbaycanı hədəfə almaq, Rusiyada etnik münaqişə alovlandırmaq, həmvətənlərimizə münasibətdə antipatiya yaratmaq cəhdidir: "Bu şəxsin hansı dairələrin "sifarişlərini" yerinə yetirdiyi məlumdur. Onun erməni əsillilər - rusiyalı jurnalist Marqarita Simonyanla və media maqnatı Aram Qabrielyanovla "işbirliyinin" təsdiqləyən faktlar həm Rusiya, həm də Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur. Bu "trio" hələ 2016-cı ildə ölkəmizi terrorçu İŞİD-lə əlaqələndirmək istəmişdi. Solovyovun "Crocus City Hall" olayı ilə bağlı eyhamları eyni yarıtmaz dəst-xəttin davamıdır. Hiss olunur ki, başlıca məqsədi Azərbaycan-Rusiya münasibətlərinin hazırkı yüksək səviyyəsinə xələl gətirməkdir. Şübhə yoxdur ki, V.Solovyovun "Crocus City Hall" terrorunda Azərbaycan izlərini axtarmaq cəhdi onun ermənipərəst təəssübkeşliyindən qaynaqlanır. Bu, media prinsipləri, söz və ifadə azadlığının imkanları ilə aşkar manipulyasiyadır. Jurnalistin hadisə və proseslərə yanaşması, habelə qitmətləndirmə tərzi Rusiya ictimaiyyətini, o cümlədən, media cameəsini ciddi şəkildə düşündürməlidir. Çünki Solovyov cəmiyyəti yanlış yönləndirməklə məşğuldur. Onun tutduğu mövqe əsl həqiqətləri və reallıqları korporativ maraqlara qurban verməkdir. Bu, bir peşə sahibinin nəinki başqa, ən əsası vətəndaşı olduğu ölkəyə vurduğu son dərəcə ağır zərər və ziyandır".

"Azərbaycan Mətbuat Şurası V.Solovyovun "Crocus City Hall" konsert zalında törədilmiş qorxunc terror aktı ilə bağlı mövqeyini, Azərbaycanı bu hadisə ilə əlaqələndirmək yönümlü informasiya təxribatını qətiyyətlə pisləyir. Şura Rusiya mediasına, eləcə də ölkə ictimaiyyətinə müraciət edərək, Vətəni və xalqı qarşısında heç bir məsuliyyət hissi duymadığı aşkar görünən, peşəni qərəz alətinə çevirmiş jurnalistin hərəkət və davranışlarına biganə qalmamağa çağırır. Mətbuat Şurası ümidvardır ki, V.Solovyova qarşı zəruri ictimai qınaq formalaşacaq, bu şəxsin əməllərinə layiqli hüquqi qiymət veriləcək", - bəyanatda qeyd olunub.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1064   Tarix: 25 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Focus": "Madyarın qərarı Ukrayna üçün zərbə olacaq"

Macarıstanın Baş naziri Peter Madyarın Ukraynanın Avropa İttifaqına (Aİ) sürətləndirilmiş şəkildə qoşulması ilə bağlı bəndi Aİ sammitinin ilk gününün yekun sənədindən çıxarması Kiyevə zərbə olacaq. xəbər verir ki, bu barədə Almaniyanın "Focus" jurnalında məqalə dərc edilib. Yazının müəllif

20 iyun
.

Rusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü

Şəki Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini döyməkdə təqsirləndirilən Bünyad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Məmmədov 3 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. İttiham

20 iyun
.

Bakıda 19 yaşlı qız eyvandan yıxıldı

Bakıda 19 yaşlı qız binadan yıxılıb. -ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. 2007-ci il təvəllüdlü Z.Hüseynova yaşadığı binanın 3-cü mərtəbəsinin eyvanından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Z.Hüseynovanın vəziyyəti ağırdır

22 iyun
.

Azərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi

Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb. xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədəki diplomati

22 iyun
.

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. Oxu.Az "Reuters" agentliyinə ist

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 896-ya yüksəlib. Son hesabata əsasən, ölkədə sutka ərzində infeksiyaya 21 yeni yoluxma hal

19 iyun
.

Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur

Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur. Sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksin

24 iyun
.

Avropa İttifaqına daxil olma qaydaları dəyişir

Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir. xəbər verir ki, bu barədə iki məmura istinadən "Politico" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-y

26 iyun
.

Bakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında

Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla

18 iyun
.

Kafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi

Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo

19 iyun