Avropa İttifaqına daxil olma qaydaları dəyişir

Avropa İttifaqına daxil olma qaydaları dəyişirAvropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir.

Oxu.Az xəbər verir ki, bu barədə iki məmura istinadən "Politico" nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-yə daxil olmaq üçün qoyulan tələbləri yumşaltmadan genişlənmə prosesini sürətləndirmək yollarını axtarırlar. Rəsmilərin sözlərinə görə, bu təkliflər Avropa Komissiyasının namizədlərin "mərhələli inteqrasiyası" strategiyasının bir hissəsidir. Dövlətlərin üzvlük müraciətlərinə baxıldığı müddətdə islahatlar həyata keçirildikcə onlara daha geniş hüquqların verilməsi nəzərdə tutulur.

"Politico"nun məlumatına əsasən, müzakirə olunan üstünlüklər siyahısına Aİ-nin bəzi maliyyələşdirmə proqramlarında iştirak, güzəştli ticarət müqavilələri və ittifaqa qəbuldan əvvəl vahid bazara qismən çıxış daxildir. Bununla yanaşı, hər bir namizəd ölkənin özünəməxsus üstünlüklər paketi olacaq. Məmurlardan birinin bildirdiyinə görə, güzəştlərə çıxış hər bir ölkənin Aİ qaydalarına nə dərəcədə uyğun gəlməsindən və nə qədər islahat aparmasından asılı olaraq fərdi şəkildə təmin ediləcək.

Kütləvi informasiya vasitəsinin izahına görə, bu yanaşmanın məqsədi namizəd ölkələrə Aİ yolunda qalmağa kömək etmək və eyni zamanda, onlara islahatların aparılması üçün stimullar təqdim etməkdir. Qeyd olunub ki, mərhələli inteqrasiya dövlətlərə Aİ-yə daxil olmağa ehtiyac qalmadan üzvlüklə eyni olan iqtisadi faydalar təklif edə bilər. Məqalədə vurğulanır ki, bu təklif əvvəlki planlarla müqayisədə artıq daha çox siyasi dəstək qazanıb.

"Müəyyən paralel, lakin zəruri iqtisadi inteqrasiyaya ehtiyac var. "Daha çox şey müqabilində daha çoxu" prinsipi yaxşı sınaqdan keçirilib və digərlərindən daha yaxşı nəticələr əldə edən namizədləri dəstəkləmək üçün qəbul edilməlidir", - deyə genişlənmə strategiyasını hazırlayan Avropa Parlamentinin litvalı deputatı Pyatras Auştryaviçyus bəyan edib.

"Politico" xəbər verir ki, Avropa Komissiyası bu təşəbbüsün Aİ ölkələrinin paytaxtları tərəfindən dəstəklənməsinə nail olmaq niyyətindədir. Rəsmilər liderlərin oktyabr və ya dekabr aylarında keçiriləcək Avropa Şurasının iclasında daha geniş proqram üzərində işi təsdiqləyəcəklərinə ümid edirlər.

"Bu yanaşma həm də güclü siyasi dəstəyə baxmayaraq, sürətli üzvlük vədləri olmadan Aİ-yə daxil olması, yəqin ki, illər çəkəcək Ukrayna kimi namizəd ölkələrin prosesə tam cəlb olunmasını təmin etmək məqsədi daşıyır", - deyə mətbuat orqanı yazır.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 275   Tarix: 26 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Naxçıvanda mövcud problemlərin həlli üçün güclü iradə və maliyyə resursları vardır

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər. Səfər çərçivəsində Naxçıvanda bir sıra obyektlərin açılışında, təməlqoyma mərasimlərində və həyata keçirilən işlərin vəziyyəti ilə tanış olduqdan sonra Prezidenti İlha

12 avqust
.

Azərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi

Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb. xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədəki diplomati

22 iyun
.

Ağdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır

Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl

29 iyun
.

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar. AZƏRTAC xəbər verir ki, Türkmənistan Prezidentinə işğal dövründ

23 iyun
.

Çörək almağa gedən gənc qız itkin düşdü

Sumqayıtda 20 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Aysel Rüstəmli iyunun 28-i saat 17:00 radələrində yaşadığı evdən çörək almaq məqsədilə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Yaxınları onun itki

30 iyun
.

Yaşıl iqtisadiyyat və gələcəyin iqtisadi modeli - AÇIQLAMA

Yaşıl iqtisadiyyat nədir? Yaşıl iqtisadiyyat təbiətlə dost, ağıllı iqtisadiyyatdır. Planetə zərər vermədən işləmək, istehsal etmək -yaşıl iqtisadiyyat budur. Yaşıl iqtisadiyyatda az tullantı ilə çox fayda əldə edirik, ekologiya daha təmiz qalır. Yenidən istifadə və təkrar emal əsasdır. Bəs yaşıl iqtisadiyya

26 avqust
.

NASA-nın məxfi sənədlərində Ayda yadplanetli bazasının ehtimalı qeyd olunub

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ictimaiyyətə açıqladığı yeni məxfi sənədlərdə Ay səthində yadplanetlilərə aid bazanın olması ehtimalından bəhs edilir. -ın məlumatına əsasən, sözügedən faktla bağlı "Daily Mirror" nəşri xəbər yayıb. Məlumata görə, ABŞ hakimiyyətini

17 iyun
.

Tovuzda gənc oğlan çayda batdı

Tovuz rayonunda gənc oğlan çayda çimərkən batıb. -ın məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb. Ağdam rayon sakini - 2004-cü il təvəllüdlü İlham Şirinov Tovuz çayında çimərkən boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəl

16 iyun
.

MEDİA və Audiovizual Şuranın tərkibində yeni qurumun yaradılması niyə aktualdır?

"Hazırda biz müasir informasiya cəmiyyətinə qədəm qoymuşuq və son dövrün texnoloji yenilikləri, rəqəmsəl texnologiyaların informasiya sistemlərinə tətbiq olunması, süni intellektin xüsusi bir vasitə kimi informasiya sisteminə daxil olması bu sahədə islahatları zəruri edir". xəbər verir ki

16 iyun