Hacıbaba Hüseynovun nəvəsi: "Cürətləri yox idi, babamın üzünə söz desinlər"

Hacıbaba Hüseynovun nəvəsi: "Cürətləri yox idi, babamın üzünə söz desinlər""Asəf Zeynallı adına musiqi məktəbinin xanəndəlik sinfini bitirmişəm. Ondan əvvəl Tofiq Quliyev adına musiqi məktəbində təhsil almışam. O vaxt Muğam müsabiqəsinə sənədlərimi vermək istəyirdim. Dedilər ki, yaxşı olar ki, müsabiqəyə getmə. Səbəbini soruşanda isə sadəcə dedilər ki, sənədlərini verməsən yaxşı olar. Xəbərim yox idi orada nələr baş verir?! Dedilər ki, bilsələr ki, sən Hacıbaba Hüseynovun nəvəsisən, müsabiqədə qalmağına imkan verməyəcəklər. Sözün düzü həvəsdən düşdüm. Hansı ki, həvəslə hazırlaşırdım. Bir çox sənətkarlar babamın üzünə gülürdülər, ürək edib üzünə söz deyə bilmirdilər. Mənim babam sənətdə kişi kimi ad qoyub getdi. "O səs Türkiyə" musiqi yarışmasına sənəd vermişdim. Toyuma 5 gün qalmış cavab gəldi ki, iştirak etmək üçün Türkiyəyə gəlin. Ya gərək toyu təxirə salardım, ya da müsabiqəni. Müsabiqəni təxirə saldım"

Bunu Moderator.az-a böyük sənətkar, xalq artisti Hacıbaba Hüseynovun nəvəsi Fatimə Hüseyn deyib. O daha sonra əlavə edib.
Hacıbaba Hüseynovun nəvəsi: "Cürətləri yox idi, babamın üzünə söz desinlər""Sonradan həyat yoldaşım sənətdə olmağımı istəmədi. Mən də sənətimə son qoydum. İndi icazə versə belə istəmərəm ki, sənətə qayıdım. Həqiqətən də o qədər biyabırçılıqdır ki. Utancvericidir! Bu günki müğənnilərin yerinə çox utanıram! Müğənni var ki?! Kimə müğənni deyəsən?! Mən cavanları nəzərdə tuturam. İndiki müğənnilərlə adımın hallanmağını, eyni səhnəni paylaşmağımızı istəməzdim. Bu sənət gözəl sənətdir. Amma nə qədər yaxşı olursan ol, yaxşı olsan belə pislərlə eyni tərəziyə qoyulacaqsan. Mən bunun şahidi oldum. Kaş həkimlik yaxud da başqa sənətdə olardım. İstəsən belə heç kimi inandıra bilməzsən ki, mən öz gücümə qabağa gedirəm. Sənətin bu qədər ucuzlaşacağını bilsəydim, sənətə, istedada deyil də başqa şeylərə önəm veriləcəyi bir zaman gəlib çıxacağımızı bilsəydim qətiyyən sənətə addım atmazdım. Sadəcə olaraq anam çox istəyirdi ki, babamın sənəti yaşadılsın, davam etdirilsin" deyə sənətkarın nəvəsi deyib.

Fatimə Hüseyn babası Hacıbaba Hüseynovun bu gün layiqincə dəyərin verilməməsindən narahatdır.

"Bəzən yada salırlar, mahnıları efirdə ifa olunur. İndi o qədər oxuyan, müğənni var ki, heç köhnə xanəndələr, korifeylər yada düşmür. Heç kimə maraqlı deyil. Çünki aparıcılara, jurnalistlərə reytinq lazımdır. Biz heç kimi qınamırıq. Tələbat indi cavan müğənnilərədir" deyə o bildirib.
Hacıbaba Hüseynovun nəvəsi: "Cürətləri yox idi, babamın üzünə söz desinlər"


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1502   Tarix: 01 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avropa İttifaqına daxil olma qaydaları dəyişir

Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir. xəbər verir ki, bu barədə iki məmura istinadən "Politico" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-y

26 iyun
.

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. Oxu.Az "Reuters" agentliyinə ist

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 896-ya yüksəlib. Son hesabata əsasən, ölkədə sutka ərzində infeksiyaya 21 yeni yoluxma hal

19 iyun
.

"Müasir dövrdə yaşıl enerji də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının əsas istiqamətlərindən birinə çevrilmişdir" - DEPUTAT

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin strateji tərəfdaşlığını müəyyən edən əsas amillər sırasında siyasi etimad, iqtisadi qarşılıqlı asılılıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları və regional sabitlik xüsusi yer tutur. Son illər bu istiqamətlər üzrə həyata keçirdiyi ardıcı

4 iyul
.

Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi

5 sentyabr
.

Ağdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır

Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl

29 iyun
.

Bakıda 19 yaşlı qız eyvandan yıxıldı

Bakıda 19 yaşlı qız binadan yıxılıb. -ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. 2007-ci il təvəllüdlü Z.Hüseynova yaşadığı binanın 3-cü mərtəbəsinin eyvanından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Z.Hüseynovanın vəziyyəti ağırdır

22 iyun
.

Filippində 6.4 bal gücündə zəlzələ baş verib

Filippində 6.4 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Almaniya Geofizika Tədqiqatları Mərkəzi (GFZ) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar arxipelaqın böyüklüyünə görə ikinci adası olan Mindanaoda hiss edilib. Mütəxəssislər seysmik hadisənin episentrinin yer səthindən 29 kilomet

26 iyun
.

34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi

Naxçıvan Muxtar Respbulikasının Kəngərli rayonunda Vətən müharibəsi iştirakçısı ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Pənahov iş yerində idman edərkən dünyasını dəyişib. Qeyd edək ki, 34 yaşlı mərhum E.Pənahov ailəli olub, üç övlad

26 iyun
.

Binəqədidə İÇMƏLİ SU PROBLEMİ: "Üç gündür susuz qalmışıq, cavab verən də yoxdur"

"Binəqədi rayonunda içməli suyun verilişində fasiləyə səbəb ərazini qidalandıran içməli su xəttində baş verən qəza olub. Bu məlumat -a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilib. "Ərazidə təmir işləri görülərək xətt bərpa edilib. Axşam saatlarına qədər bütün ərazilər üzrə suyu

16 iyun