Azərbaycanda məmuru güllələyən danışdı: "Həyat yoldaşıma..." - YENİLƏNİB - VİDEO

Azərbaycanda məmuru güllələyən danışdı: "Həyat yoldaşıma..." - YENİLƏNİB - VİDEO16:41

Ağdaş rayonunda vəzifəli şəxsin güllələnərək qətlə yetirilməsi olayının təfərrüatı məlum olub. Milli.Az xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, dünən saat 22 radələrində "Dəhnə" kafesində "Azərsu" ASC-nin "Ağdaş Sukanal" Törəmə Səhmdar Cəmiyyətinin kommersiya şöbəsinin rəisi, 1978-ci il təvəllüdlü Babayev Elçin Niyazi oğlunu tapança ilə güllələyən 1979-cu il təvəllüdlü İsmayılov Pərviz Əlövsət oğlu qətli qısqanclıq zəminində törətdiyini deyib. O, ilkin ifadəsində iddia edib ki, E.Babayev həyat yoldaşına mesaj yazdığı üçün bu cinayəti törədib.

Araşdırmalar zamanı o da məlum olub ki, P.İsmayılov bir neçə il əvvəl qaraçı millətindən olan qadını da güllələyərək öldürüb. Həmin vaxt qadınla yeyib-içən P.İsmayılov daha sonra silaha əl atıb və onu güllələləyib.

Tanışları dünən qətlə yetirilən E.Babayevi müsbət xarakterli şəxs kimi xarakterizə ediblər. Onun həyat yoldaşı bir neçə il əvvəl vəfat edibmiş.

Qeyd edək ki, dünənki cinayət P.İsmayılov E.Babayevlə birgə kafedə yeyib-içdikdən sonra baş verib. 37 yaşlı Pərviz üzərində gəzdirdiyi tapança ilə uşaqlıqdan tanıdığı Elçinə döş qəfəsi nahiyəsindən 3 dəfə atəş açıb.

Araşdırmalar davam etdirilir.

----------

14:00

Ağdaş rayonunda vəzifəli şəxsin güllələnərək qətlə yetirilməsi olayının təfərrüatı məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, dünən saat 22 radələrində "Dəhnə" kafesində "Azərsu" ASC-nin "Ağdaş Sukanal" Törəmə Səhmdar Cəmiyyətinin kommersiya şöbəsinin rəisi, 1978-ci il təvəllüdlü Babayev Elçin Niyazi oğlunu tapança ilə güllələyən 1979-cu il təvəllüdlü İsmayılov Pərviz Əlövsət oğlu qətli qısqanclıq zəminində törətdiyini deyib. O, ilkin ifadəsində iddia edib ki, E.Babayev həyat yoldaşına mesaj yazdığı üçün bu cinayəti törədib.

Araşdırmalar zamanı o da məlum olub ki, P.İsmayılov bir neçə il əvvəl qaraçı millətindən olan qadını da güllələyərək öldürüb. Həmin vaxt qadınla yeyib-içən P.İsmayılov daha sonra silaha əl atıb və onu güllələləyib.

Tanışları dünən qətlə yetirilən E.Babayevi müsbət xarakterli şəxs kimi xarakterizə ediblər. Onun həyat yoldaşı bir neçə il əvvəl vəfat edibmiş.

Qeyd edək ki, dünənki cinayət P.İsmayılov E.Babayevlə birgə kafedə yeyib-içdikdən sonra baş verib. 37 yaşlı Pərviz üzərində gəzdirdiyi tapança ilə uşaqlıqdan tanıdığı Elçinə döş qəfəsi nahiyəsindən 3 dəfə atəş açıb.

Araşdırmalar davam etdirilir.

----------

10:10

Ağdaş rayonunda vəzifəli şəxsi odlu silahla öldürən şəxs tutulub.
Dekabrın 28-də saat 22 radələrində Ağdaş rayonundakı "Dəhnə" kafesində Ağdaş şəhər sakini, "Azərsu" ASC-nin "Ağdaş Sukanal" Törəmə Səhmdar Cəmiyyətinin kommersiya şöbəsinin rəisi, 1978-ci il təvəllüdlü Babayev Elçin Niyazi oğlu ilə orada yeyib-içdiyi dostu, Ağdaş sakini, 1979-cu il təvəllüdlü İsmayılov Pərviz Əlövsət oğlu arasında insident olub. Pərviz İsmayılov tapançadan 3 dəfə atəş açaraq, şöbə rəisini öldürüb, özü isə silahını da götürərək qaçıb.

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları həmin silahlı şəxsin insanlar üçün təhlükəli olduğunu nəzərə alaraq dərhal gücləndirilmiş iş rejiminə keçib və onu qısa zamanda taparaq istintaqa təhvil veriblər.

Qeyd edək ki, Pərviz İsmayılov daha əvvəl bir qızı ov tüfəngi ilə qətlə yetirdiyi üçün 10 ildən çox məhkumluq həyatı yaşayıb. Onun Elçin Babayevi də qısqanclıq zəminində qətlə yetirdiyi bildirilir.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

------------------

28.12.2016

23:02

Ağdaş rayonunda qətl hadisəsi törədilib.
Hadisə bu gün axşam saat 22:00 radələrində Ağdaş şəhərindəki kafelərdən birində qeydə alınıb.

Ağdaş şəhər sakini, "Azərsu" ASC-nin "Ağdaş Sukanal" Törəmə Səhmdar Cəmiyyətinin kommersiya şöbəsinin rəisi vəzifəsində çalışan Elçin Babayev kafedə birgə yeyib-içdiyi dostu ilə aralarında insident baş verib. Adı hələ ki, məlum olmayan şəxs Elçin Babayevə üstündə gəzdirdiyi tapançadan bir neçə dəfə atəş açıb. Ağır xəsarətlər alan şöbə rəisi hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən şəxs qaçıb gizlənib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları silahlı şəxsin insanlar üçün təhlükəli olduğunu nəzərə alaraq dərhal gücləndirilmiş iş rejiminə keçib və onun qısa zamanda tapılaraq istintaqa təhvil verilməsi üçün bütün qüvvələr səfərbər edilib. Hazırda rayonun giriş və çıxış yolları nəzarətə götürülüb.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Mənbə: APA

1

2


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 3559   Tarix: 29 dekabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO

"Ölümü"nü səhnələşdirən dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsə qarş

25 aprel
.

80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü

Türkiyədə nəvə nənəsini vəhşicəsinə öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Konya şəhərinin Selcuklu qəsəbəsində baş verib. 31 yaşlı Talha Çorum yaşadıqları evdə 80 yaşlı nənəsi Sahura Dudu Bahçecinin başını divara çırpıb. Həmçinin xalası Hasibe Erdemiri yumruqlayaraq, xəsarət yetirib. Xəstəxanay

20 aprel
.

Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO

Bakıda kişi "Instagram"da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib. Belə ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir) "Instagram"da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT mütəxəssisi kimi təqdim etmişdi. Ayan işdən sonra Tahirl

26 aprel
.

DƏHŞƏT: Yaşlı qadın azyaşlı nəvəsini boğaraq öldürdü - FOTO

Çeboksarıda (Rusiya) nənə özünü pis aparan doqquz yaşlı nəvəsini öldürüb. Məlumata görə, uşaq anası və nənəsinin yanında böyüyüb, atası ayrı yaşayıb. Bir gün əvvəl uşaq evdə nənəsi ilə qalıb. Ana işdən evə qayıdanda oğlunu ölü tapıb. 61 yaşlı nənə nəvəsini boğub. Bu hərəkətə səbəb oğlanın təqaüdçünü

13 aprel
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19 aprel
.

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...

Gecə saatlarında Sumqayıtda ər və arvadın qətlə yetirilməsinin bəzi detalları üzə çıxıb. qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı qətldə şübhəli bilinən Fikrət Məmmədovun narkotik vasitə istifadəçisi olması müəyyənləşib. İddiaya görə, o, tez-tez valideynlərindən pul tələb edirmi

19 aprel
.

14 yaşlı qızdan DƏHŞƏTLİ QƏTL: Narkotik aludəçisi olan atasını ÖLDÜRDÜ - VİDEO

Türkiyənin Qaziantep şəhərində 14 yaşlı qız narkotik aludəçisi olan atasını yatarkən naməlum səbəbdən bədəninin müxtəlif nahiyələrindən bıçaqlayaraq öldürüb. -a istinadən bildirir ki, qan donduran cinayət Qaziantepin Şahinbey rayonunda baş verib. Hadisədən sonra qız nəzarətə götürülüb

21 aprel
.

Tofiq Yaqublunun həbs müddəti uzadıldı

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsdə saxlanma müddəti uzadılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib. Məhkəmə prokurorun əsaslandırılmış təqdimatını təmin edib. Qərara əsasən, T.Yaqublunun həbs müddəti 2 ay uzadılıb. Xatırladaq ki, Tofi

6 aprel
.

Yol pulunu verməmək üçün sürücünü döyüb öldürdülər

Rusiyanın Volqoqrad vilayətində sərnişinlər taksi sürücüsünə pul verməkdən imtina edərək onu döyərək öldürüblər. yerli mediaya istinadla xəbər verir ki, İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, hadisə şənbə günü gecə baş verib. Sərnişinlər Zina Mareseva küçəsində 1

27 aprel