Kral və kraliçanı başsız qoyan, 3 min nəfəri edam edən məşhur cəllad

Kral və kraliçanı başsız qoyan, 3 min nəfəri edam edən məşhur cəlladŞarl-Anri Sanson, Kral XVI Lüdoviq, Mariya Antuanetta, Danton və Robespyer də daxil olmaqla, ümumilikdə 3000-ə yaxın adamı edam edən məşhur fransız cəllad idi.

Onun bütün ailəsi edam xidməti ilə məşğul idi. Sansonlar nəsli 1688-ci ildən bəri edamları icra edirdi və bu peşə nəsildən nəsilə ötürülürdü.

Lent.az məşhur cəlladın həyat yoluna qısa nəzər salır.
Kral və kraliçanı başsız qoyan, 3 min nəfəri edam edən məşhur cəlladŞarl-Anri Sanson 1739-cu ildə anadan olub. O, uşaq vaxtı Ruen monastırlarından birinin nəzdindəki məktəbdə oxuyurdu. Amma 1753-cü ildə o məktəbi tərk etməil olur. Belə ki, tələbələrdən birinin atası övladının cəlladlar sülaləsindən olan bir şəxslə oxuduğunu öyrənir. Nəticədə, reputasiyasını korlamamaq və özəl təhsil almaq üçün oğlan məktəbi tərk etməli olur. Sansonun özü də peşəsini heç sevmirdi və həkim olmaq arzusunda idi, amma bu arzusu uğursuz nəticələr göstərdiyi üçün alınmır.

O, 1778-ci ildə, 39 yaşında ikən atasının yerinə cəllad kimi keçir. Sanson Böyük Fransa İnqilabı hadisələrində fəal iştirak edir. O, hakimiyyətin kimin əlində olmasından asılı olmayaraq, dövlət hakimiyyətinin iradəsinin itaətkar icra edirdi. Hesab olunur ki, Şarl-Anri Sanson həyatı boyu 2918 nəfəri edam edib.

İnqilab zamanı Sansonlar əvvəlki imtiyazlarını itirdilər və nəzərəçarpacaq dərəcədə yoxsullaşdılar. Ailənin rifahı 1793-1794-cü illərdə Parisin kütləvi edam dalğası ilə üzləşdiyi "terror əsri" ilə bir qədər yaxşılaşır.

Sanson insanları o biri dünyaya göndərməyin "xərclərini" öz cibindən ödəməli olurdu, buna görə də prosesin xərclərini azaltmağa çalışdı. Gilyotinin ixtirası bu baxımdan əsl kəşf oldu. Yeni alət Sansonun əvvəllər istifadə etdiyi baş kəsmə qılınclarını əvəz edir. Yeni üsulla edam edilən ilk şəxs sui-qəsddə iştirak etdiyi iddia edilən 69 yaşlı aristokrat de Laport idi. Perrona qalxan qoca maraqla gilyotini yoxladı və dedi: "Vicdanım təmizdir. Mən öz vəzifəmi yerinə yetirmişəm. İndi sən öz işini et."

Ancaq digər mənbələrə görə, cinayətkar Nikolas Jak Pelletier gilyotinlə edam edilən ilk şəxs olub. 1792-ci il aprelin 25-də onun başı kəsildi.

Şarl-Anri Sansonun xatırlatdığı kimi, o dövrdə hər bir edam inqilabçı xalqın mahnıları və rəqsləri ilə müşayiət olunurdu. "Böyük Terror" dövründə əlamətdar bir ənənə yarandı - kəsilmiş baş lövhələrə düşdükdə, saçları ilə qaldırılaraq ictimaiyyətə göstərildi. Bu jesti yerinə yetirərkən cəlladın kiçik oğlu Qabriel Sanson bir gün yıxılaraq boynunu sındırır.

Şarl-Anri Sanson yuxusunda belə inana bilməzdi ki, bir gün kral XVI Lüdoviqi edam edəcək. Amma bu hadisə 1793-cü il yanvarın 27-də Parisin İnqilab meydanında baş verdi.

Maraqlıdır ki, Sansonlar edam etdikləri kralın şərəfini qorumağa hazır idilər. Bu Şarl Anrinin siyasətçi Jak-Antuan Dülora göndərdiyi məktub məlumdur. Cəllad Dulorun qorxaqlıqda ittiham etdiyi kral XVI Lüdovikin müdafiəsinə qalxmışdı. Sanson kralın soyuqqanlılığından məmnun idi.

"O, bütün sınaqlardan bizi heyran edən soyuqqanlılıq və cəsarətlə keçdi", - deyə cəllad xatirələrində demişdi.

Sanson paltarını çıxaranda XVI Lüdoviq müqavimət göstərmədi və özü də həlimliklə cəlladın əllərini bağlaması üçün uzatdı.

16 oktyabr 1793-cü ildə Şarl Anri Sanson Kraliça Mari Antuanettanı edam etdi. İki il sonra cəllad istefa verdi.

Kral və kraliçanı başsız qoyan, 3 min nəfəri edam edən məşhur cəlladO, bütün edamların gilyotinlə əvəz edilməsinə nəzarət edən komissiyanın üzvü idi. Əqidəsinə görə, o, respublikaçı idi və müasirlərinin qeyd etdiyi kimi, ən nəcib xasiyyətə malik idi.

"Onun səs tonu, geyimi və davranışı son dərəcə centlmen idi", - deyə müasirləri qeyd edirdi. O, edam edəcəyi qurbanları ilə həmişə mehriban davranırdı. Buna görə, Şarl-Anri Sanson "Böyük Sanson" və "Gilyotinin dostu" ləqəbləri ilə 3 000 edam həyata keçirməsinə rəğmən böyük şöhrət qazanmışdı.

21 oktyabr 1796-cı ildə cəllad vəzifəsini böyük oğluna ötürərək təqaüdə çıxır. Şarl-Anri Sansonla bağlı gülməli bir hekayə də yaranıb. Rəvayətə görə, o bir gün Napoleon Bonapartla rastlaşır və imperator ondan bu qədər insanı edam etdikdən sonra necə rahat yata bildiyini soruşub. Buna Sanson imperatora əks sualla cavab verir: "Əgər krallar, diktatorlar və imperatorlar dinc yatırlarsa, cəllad niyə dinc yatmasın?".

Məşhur cəllad 1806-cı ildə vəfat edib.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1190   Tarix: 03 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?

Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd

18 iyun
.

Binəqədidə İÇMƏLİ SU PROBLEMİ: "Üç gündür susuz qalmışıq, cavab verən də yoxdur"

"Binəqədi rayonunda içməli suyun verilişində fasiləyə səbəb ərazini qidalandıran içməli su xəttində baş verən qəza olub. Bu məlumat -a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilib. "Ərazidə təmir işləri görülərək xətt bərpa edilib. Axşam saatlarına qədər bütün ərazilər üzrə suyu

16 iyun
.

Gürcüstanda 20 yaşlı azərbaycanlı qız faciəli şəkildə öldü

Gürcüstanın Saqareco vilayətində yaşayış evində baş verən partlayış nəticəsində İlia Dövlət Universitetinin 20 yaşlı tələbəsi Lamiyə Allahverdiyeva dünyasını dəyişib. -yə istinadən xəbər verir ki, hadisə mətbəxdə qaz sızması nəticəsində baş verən partlayış zamanı qeydə alınıb. Partlayış nəticəsində gən

23 iyun
.

Kasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı

"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba

24 iyun
.

Ebola virusu Avropa və Asiyaya yayıla bilər - Yaxın bir ayda risk altında olan ölkələr

Ebola virusuna yoluxmuş Afrika sakinlərinin 30 gün ərzində Avropa və Asiyanın əsas tranzit hava limanlarında olması ehtimalı yüksəkdir. -ın xəbərinə görə, bu barədə yapon alimlərinin - Ryo Kinosita, Motoi Sudzuki və Daysuke Yoneokinin "medRxiv" portalında dərc olunmuş riyazi modelləşdirməsind

16 iyun
.

Çörək almağa gedən gənc qız itkin düşdü

Sumqayıtda 20 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Aysel Rüstəmli iyunun 28-i saat 17:00 radələrində yaşadığı evdən çörək almaq məqsədilə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Yaxınları onun itki

30 iyun
.

Bakıda 19 yaşlı qız eyvandan yıxıldı

Bakıda 19 yaşlı qız binadan yıxılıb. -ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. 2007-ci il təvəllüdlü Z.Hüseynova yaşadığı binanın 3-cü mərtəbəsinin eyvanından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Z.Hüseynovanın vəziyyəti ağırdır

22 iyun
.

Bakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında

Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla

18 iyun
.

Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı

Ötən ilin iyulunda Yevlaxın Malbinəsi kəndində 1985-ci il təvəllüdlü Ruslan Mustafayevi güllələyərək öldürən şəxsin məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhumun 1957-ci il təvəllüdlü həmkəndlisi Əli Rəsulova hökm oxunub. Bildirili

23 iyun