Ailə başçısını itirənlər dövlət tərəfindən mənzillə təmin edilə bilər? -AÇIQLAMA
Bu gün ən çox edilən təkliflərdən biri vətəndaşların mənzillə təmin edilməsi və münasib qiymətə ipoteka kreditindən yararlanmalarıdır. Məlum olduğu kimi, Azərbaycanda ailə başçısını itirmiçş ailələrə həmin şəxsin pensiyası verilir. Bəs sözügedən kateqoriyaya mənsub şəxslər sosial təminatıın yaxşılaşdırılması ilə bağlı dövlət tərəfindən mənzillə təmin edilə bilər?
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Sonxeber.az-a açıqlama verib:
"Azərbaycanda ailə başçısını itirməyə görə ailənin mənzil təminatı ilə bağlı hər hansı bir sosial proqram icra olunmur. Bununla bağlı heç dövlət proqramında belə hər hansı məlumata rast gəlinməyib. Eyni zamanda qanunvericilikdə aztəminatlı ailələrin yaxud ailə başçısını itirmiş ailənin dövlət tərəfindən mənzil təminatı ilə bağlı müddəa yoxdur. Ayrı-ayrı dövlət qurumları öz əməkdaşları üçün belə bir şərait yarada bilir. Arada belə istisna hallar olur. Amma oda sırf dövlət qurumu və onun vəsaiti hesabına keçirilən layihələrdir. Orada təbii ki, əməkdaşın işlədiyi kollektivdə fəaliyyəti qiymətləndirilir. Daha sonra isə bu addımlar atıla bilər. Lakin bu tam əvəzsiz şəkildə edilmir. Mənzilin azda olsa müəyyən ödənişi tələb edilir. Qalan hissəsini isə dövlət qurumu özü həyata keçirir. Belə məsələlər var. Amma qanunvericilikdə sözügedən məsələnin həlli istiqamətində hər hansı bir müddəa mövcud və gündəmdə müzakirə olunmur".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1192 Tarix: 03 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?
Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd
18 iyunGürcüstanda 20 yaşlı azərbaycanlı qız faciəli şəkildə öldü
Gürcüstanın Saqareco vilayətində yaşayış evində baş verən partlayış nəticəsində İlia Dövlət Universitetinin 20 yaşlı tələbəsi Lamiyə Allahverdiyeva dünyasını dəyişib. -yə istinadən xəbər verir ki, hadisə mətbəxdə qaz sızması nəticəsində baş verən partlayış zamanı qeydə alınıb. Partlayış nəticəsində gən
23 iyunKasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı
"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba
24 iyunÇörək almağa gedən gənc qız itkin düşdü
Sumqayıtda 20 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Aysel Rüstəmli iyunun 28-i saat 17:00 radələrində yaşadığı evdən çörək almaq məqsədilə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Yaxınları onun itki
30 iyunBakıda 19 yaşlı qız eyvandan yıxıldı
Bakıda 19 yaşlı qız binadan yıxılıb. -ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. 2007-ci il təvəllüdlü Z.Hüseynova yaşadığı binanın 3-cü mərtəbəsinin eyvanından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Z.Hüseynovanın vəziyyəti ağırdır
22 iyunBakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında
Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla
18 iyun