Ermənistandan qaçdığı deyilən Xocalı qatili Robert Köçəryan Azərbaycana təhvil verilə bilər? - AÇIQLAMA

Ermənistandan qaçdığı deyilən Xocalı qatili Robert Köçəryan Azərbaycana təhvil verilə bilər? - AÇIQLAMAErmənistan mətbuatında Robert Köçəryanın ölkəni tərk etdiyinə dair məlumatlar yayılıb. Yayılan informasiyalarda bildirilir ki, Robert Köçəryan Ermənistanı tərk edib və Almaniyada yaşayır. Bəs sözügedən iddialar nə dərəcədə doğrudur. Robert Köçəryan ölkəni tərk edibsə Azərbaycana təhvil veriləcək?

Mövzu ilə bağlı danışan siyasi şərhçi Asif Nərimanlı Sonxeber.az-a deyib ki, Robert Köçəryanın Erməni tərk etməsi ilə bağlı məlumat öz təsdiqini tapmadı. Belə bir informasiya gedib. Amma Köçəryanın siyasi karyerasının tədricən başa çatdığını və buna hazırlaşdığının proqnozunu vermək olar:

"Çünki Robert Köçəryan oğlu Levon Köçəryanı siyasi lider kimi önə çəkməyə çalışır. Hansı ki, özünün rəhbəri olduğu fraksiyasının rəhbəri təyin etmək bağlı addımlar atır. Köçəryanın həbs edilməməsi üçün onu parlamentə gətirdilər. Bu həmin ona toxunulmazlıq hüququna verilməsi və həbs edilməsinin qarşısının alınmasına hesablanmışdı. Levonun atasının siyasətini davam etdirəcəyi və siyasi lider olacağı ilə bağlı gözləntilər var. Levon Köçəryanın siyasi aktivliyi və açıqlamalarına diqqət yetirsək, görünür atası arxa plana keçib və oğlu bu isə namizəd seçilib. Bu baxımdan Robert Köçəryanın Avropaya səfər etməsi siyasi baxımdan əhəmiyyət daşımır. İstisna olaraq buna ölkəni tərk edəcəyi və müvəqqəti uzaqlaşması daxildir".

Siyasi şərhçi bildirib ki, bizi maraqlandıran məsələ isə Robert Köçəryan ölkəni tərk edəcəyi təqdirdə onun həbs edilməsidir. Digər tərəfdən olduğu ölkədə bu şəxsin Azərbaycana təhvil verilməsini bizə zaman göstərəcək. Burada ilk olaraq Köçəryanın səfər edəcəyi ölkəyə baxmaq lazımdır:

" Köçəryan və Sarkisyan digər aşağı fiqurlardan biri olaraq Ermənistanın prezidenti olublar. Bu şəxslərin həbs edilməsi və təhvil verilməsi regionda siyasi rezonans doğuran bir məsələdir. Ona görə burada bir sıra məqama baxmaq lazımdır. Onların səfər edəcək ölkələr hansı olacaq və kimlər təhvil verə bilər. Bunlar əsas məsələlərdir. Rusiya böyük ehtimalla bunu etməyəcək. O cümlədən Avropa ölkələrində bilirik ki, erməni diasporu var. Oradakı erməni daşnaklar buna qarşı çıxacaqlar. Fikrimcə Azərbaycan tərəfi bu hədəfi dəyişmir. Əslində biz heç vaxt düşünməzdik ki, bu gün təcridxanada olan separatçılar nə vaxtsa həbs olunacaq. Proses göstərir ki, bunu etmək mümkündür və rəsmi Bakı buna nail olub. Bunu edə bilmişiksə nə vaxtsa Köçəryan və Sarkisyan, o cümlədən digər Xocalı qatilləri həbs edilməsi, Azərbaycana gətirilməsi mümkün variantdır. Bunu əsla istisna etmək olmaz. Bu o deməkdir ki, Azərbaycanın hədəfi var və bu hədəfdən yayınmayacaq. İndiki halda çətin görünsə belə, nə vaxtsa bu mütləq baş verəcək".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1334   Tarix: 04 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Kafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi

Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo

19 iyun
.

Rusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü

Şəki Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini döyməkdə təqsirləndirilən Bünyad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Məmmədov 3 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. İttiham

20 iyun
.

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...

Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili

18 iyun
.

Bakıda 19 yaşlı qız eyvandan yıxıldı

Bakıda 19 yaşlı qız binadan yıxılıb. -ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. 2007-ci il təvəllüdlü Z.Hüseynova yaşadığı binanın 3-cü mərtəbəsinin eyvanından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Z.Hüseynovanın vəziyyəti ağırdır

22 iyun
.

Filippində 6.4 bal gücündə zəlzələ baş verib

Filippində 6.4 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Almaniya Geofizika Tədqiqatları Mərkəzi (GFZ) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar arxipelaqın böyüklüyünə görə ikinci adası olan Mindanaoda hiss edilib. Mütəxəssislər seysmik hadisənin episentrinin yer səthindən 29 kilomet

26 iyun
.

Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı

Ötən ilin iyulunda Yevlaxın Malbinəsi kəndində 1985-ci il təvəllüdlü Ruslan Mustafayevi güllələyərək öldürən şəxsin məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhumun 1957-ci il təvəllüdlü həmkəndlisi Əli Rəsulova hökm oxunub. Bildirili

23 iyun
.

Ukraynada məzun qızlar müharibədə ölən atalarının məzarları önündə - VİDEO

Ukraynada məzun qızlarla ataları arasında yaşanan duyğusal anlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. xəbər verir ki, məzuniyyət günündə çəkilən görüntülər müharibənin ailələr üzərində buraxdığı izləri bir daha nümayiş etdirib. Bəzi məzunlar həyatlarının ən önəmli günlərindən birində Rusiya-Ukrayn

16 iyun
.

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. Oxu.Az "Reuters" agentliyinə ist

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 896-ya yüksəlib. Son hesabata əsasən, ölkədə sutka ərzində infeksiyaya 21 yeni yoluxma hal

19 iyun
.

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar. AZƏRTAC xəbər verir ki, Türkmənistan Prezidentinə işğal dövründ

23 iyun