Ermənistana ayrılan maliyyə vəsaiti hansı məqsələr üçün istifadə olunacaq? - AÇIQLAMA
Məlum olduğu kimi, Brüsseldə Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşü keçirilib. Görüşdə bildirilib ki, Avropa İttifaqı və ABŞ Ermənistan hökumətinin islahatlarını dəstəkləyir. Bu baxımdan Aİ Ermənistana 270 milyon avro, ABŞ isə 65 milyon dollar yardım ayıracaq. Xüsusilə ABŞ-nin Ermənistana ayırdığı vəsait iki il əvvəllə müqayisədə daha çoxdur. Ermənistana ayrılan bu qədər maliyyə vəsaiti hansı məqsədlər üçün istifadə ediləcək?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Emin Həsənli bildirib ki, bir çox dövlətlər bəzən hərbi silah-sursat alanda onu gizlədir. Bunu maksimum məxfi surətdə saxlayırlar:
"Silaha yardım edən ölkələr onu iqtisadi-humanitar yardım və islahatlar adı altında maliyyəni göndərirlər. Yəni birbaşa hərbi avadanlıq almaq üçün göndərdiklərini demirlər. Bu gün Ermənistana verilən bu qədər vəsaitə kim nəzarət edəcək? Maliyyəni ayıran ölkə və təşkilat hərbi məqsəd üçün veribsə, buna göz yumacaq. Alan ölkə isə məlum məqsədlər üçün xərcləyəcək. Ermənistan 44 günlük Vətən müharibəsində itirdiklərini qaytarmaq üçün müxtəlif variantlardan istifadə edir. Rusiyadan çox Amerika, Fransa, Hindistan və Avropa silahlarına meyl edir. Artıq bu ölkələrdən yardımlar dilənir. Bu gün Ermənistan vaxtilə Rusiyadan aldığı Avropadan alır. Azərbaycan dövləti prosesləri yaxından izləyir və təhlillər aparır. Ölkəmizin güclü ordusu var. Bu gün ordunun gücləndirilməsinə olan vəsait günü-gündən artır. Ordumuz hər keçən gün güclənir və bunu heç kim gizlətmir".
Xatırladaq ki, görüşdən iki gün öncə bu görüşün iştirakçısı, ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Dövlət katibi 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını iddia edərək, sözügedən görüşün əsas mahiyyətinin Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini bildirib.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 893 Tarix: 06 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind
3 iyulTürkiyədə mədəndə uçqun: Ölən var
Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır
17 iyunAzərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi
Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb. xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədəki diplomati
22 iyunQızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?
Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd
18 iyunMoldova səfiri Rusiya XİN-ə çağırılıb
Moldova səfiri Lilian Dariy bu gün Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" xəbər verir ki, bu barədə Rusiya mediası XİN-ə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiya diplomatik kuryerlərinin saxlanılmasına görə ona qəti etiraz bildirilib. "Rusiya XİN-ə çağırılan Moldov
26 iyunKasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı
"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba
24 iyunKDR-də Eboladan bir gündə 13 nəfər öldü: Yoluxma sayı ARTIR
Konqo Demokratik Respublikasında (KDR) Ebola xəstəliyi səbəbindən həyatını itirənlərin təsdiqlənmiş sayı son sutka ərzində 13 nəfər artaraq 267-ə yüksəlib. xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb. Məlumata görə, virusuna yoluxan şəxslərin ümumi sayı 1 048 nəfə
23 iyun