"Şövkət xanımın "Lay-lay" mahnısına görə Rusiyadan mənə müraciət ediblər"-sənətkarın gəlini-FOTO

"Şövkət xanımın "Lay-lay" mahnısına görə Rusiyadan mənə müraciət ediblər"-sənətkarın gəlini-FOTO"Şövkət xanımın mahnılarını çoxu oxuyur. Oxuyanlar bizdən icazə almır. Biz buna önəm də vermirik. Təkcə Şövkət xanımın deyil, bəstəkarın da orada müəllif hüququ var. Onu mən dəqiq sizə deyə bilərəm ki, bunu mənim həyat yoldaşım Bəşir müəllim bilir. Bu problemlə heç vaxt qarşılaşmamışam, bilmirəm. Amma yoldaşım Şövkət xanımın yeganə oğlu, varisidir. Ona müraciət edəndə həmişə razılıq verir. Problem etmir"

Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar Şövkət Ələkbərovanın gəlini, musiqişünas Gülnarə Səfərova deyib. O daha sonra əlavə edib.

"Bütün müğənnilərimiz özləri etiraf edirlər ki, "Şövkət xanımın mahnıları bizim üçün böyük bir məktəbdir" Çoxu heç Şövkət xanımı həyatda görməyib, tələbəsi olmayıb. Bir dəfə şəxsən mənə Şövkət xanımın "Lay-lay" nəğməsinə görə Rusiyadan müraciət etdilər. Belə bir layihə idi ki, dünyada nə qədər uşaqlar üçün beşik nəğmələri var, hamısını yığırdılar. Azərbaycandan da Şövkət xanımın ifasında Səid Rüstəmovun "Lay-lay" mahnısı seçilmişdi. İcazəni ona görə istədilər ki, sabah müəllif hüquqları problemi yaşamasınlar. Mən də böyük məmnuniyyətlə razılıq verdim. Mənə bir müqavilə yolladılar və ona imza atdım" deyə sənətkarın gəlini bildirib.

Gülnarə Səfərova Şövkət xanımla bağlı xatirələrini də bölüşüb.
"Şövkət xanımın "Lay-lay" mahnısına görə Rusiyadan mənə müraciət ediblər"-sənətkarın gəlini-FOTO"İnsanlar mənim Şövkət xanımın gəlini olduğumu biləndə o qədər gözəl sözlər deyirlər ki.. Bu sözlər məni xoşbəxt edir. Məni də Şövkət xanıma bənzədirlər. Şövkət xanım özü də məni gəncliyinə bənzədirdi..Şövkət xanım qayğıkeş, mehriban bir insan idi. O insanları, vətənini çox sevirdi. Bu sevgi onun mahnılarında da öz əksini tapıb. Ən əsası da odur ki, gənc nəsil də onu sevir, orta nəsil də, yaşlı nəsil də. O Azərbaycan musiqi mədəniyyətinin zirvəsində dayanan xanım müğənnidir" deyə gəlini bildirib.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1087   Tarix: 08 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Pirşağıda dənizdə qadın batıb

Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır

29 iyun
.

Azərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi

Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb. xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədəki diplomati

22 iyun
.

Rusiya ordusu Ukraynanın bir qəsəbəsini nəzarətə götürüb

Rusiya Silahlı Qüvvələri Ukraynada bir yaşayış məntəqəsini öz nəzarəti altına alıb. xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində Boqodarovka yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər

29 iyun
.

Şuşada TDT-nin dini qurum rəhbərlərinin ilk görüşü keçiriləcək

İyunun 30-da Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşü keçiriləcək. xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, tədbirdə TDT Baş katibinin, eləcə də üzv ölkələri

24 iyun
.

Kasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı

"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba

24 iyun
.

Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi

5 sentyabr
.

Türkiyədə sursat anbarında PARTLAYIŞ: Ölənlər var

Türkiyənin Kırıkkale bölgəsində özəl bir şirkətə məxsus sursat anbarı və utilizasiya müəssisəsində baş verən partlayış nəticəsində iki nəfər həlak olub. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Kırıkkale valiliyindən verilən məlumata görə, hadisədən dərhal sonra müvafiq qurumla

23 iyun
.

Binəqədidə İÇMƏLİ SU PROBLEMİ: "Üç gündür susuz qalmışıq, cavab verən də yoxdur"

"Binəqədi rayonunda içməli suyun verilişində fasiləyə səbəb ərazini qidalandıran içməli su xəttində baş verən qəza olub. Bu məlumat -a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilib. "Ərazidə təmir işləri görülərək xətt bərpa edilib. Axşam saatlarına qədər bütün ərazilər üzrə suyu

16 iyun
.

34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi

Naxçıvan Muxtar Respbulikasının Kəngərli rayonunda Vətən müharibəsi iştirakçısı ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Pənahov iş yerində idman edərkən dünyasını dəyişib. Qeyd edək ki, 34 yaşlı mərhum E.Pənahov ailəli olub, üç övlad

26 iyun