Arvadından ayrılmış gənc xalası qızı tək olanda evinə gəldi: "Qapını bağladı..." - TƏFƏRRÜAT

Arvadından ayrılmış gənc xalası qızı tək olanda evinə gəldi: "Qapını bağladı..." - TƏFƏRRÜATAbşeron rayonunda 1992-ci il təvəllüdlü Nicat xalasının yetkinlik yaşına çatmayan qızı Ləmana (adlar şərti verilib – red.) təcavüz edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Nicat cinsi ehtirasını təmin etmək niyyəti ilə 6 iyul 2021-ci ildə saat 16 radələrində Ləmanı qardaşına məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən evə dəvət edib.

Orada yalandan onunla ailə quracağın deyib, evdə heç kimin olmadığından istifadə edərək onu soyundurub. Sonra onunla cinsi əlaqədə olub, digər seksual xarakterli hərəkətlər edib.

Bundan başqa Nicat təkrarən cinsi ehtirasını təmin etmək niyyəti ilə 21 sentyabr 2021-ci ildə saat 15 radələrində Ləmanı eyni vədlə aldadaraq onunla yenidən cinsi əlaqəyə girib.

İstintaq orqanı tərəfindən Nicatın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nicat ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, arvadından ayrıldığına görə 2020-2021-ci illərdə Atyalı yaşayış massivində xalası Mahirənin evində onlarla birlikdə yaşayıb: "Ləman xalam Mahirənin qızıdır. Həmin vaxtı Ləman 9-cu sinifdə oxuyurdu. Xalam arvadımdan ayrıldığına görə qızı Ləman ilə ailə qurmağımı təklif etdi. Mən razı olmadım. Ləmanın azyaşlı olduğunu, onu istəmədiyimi bildirdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra xalasının evindən çıxıb və başqa ünvanda yaşamağa başlayıb: "Ləmanla ailə qurmağı rədd etdiyimə görə həm xalam özü, həm də qızı mənə qarşı qərəzli olublar. Buna görə mənə şər atıblar. Ləman ilə heç vaxt təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olmamışam. Ona qarşı heç bir əxlaqsız hərəkətlər etməmişəm".

İş üzrə zərərçəkmiş Ləmanın sözlərinə görə, Atyalında valideyinlərinin himayəsində yaşayır: "2021-ci ildə Qobu qəsəbəsində orta məktəbin 9-cu sinfində oxumuşam. Nicat vəfat etmiş xalam Xumarın oğludur. O mənim 9-cu sinifdə oxuduğumu bilib. Ad günlərimdə gələrək qohum kimi iştirak edib. Hökməli qəsəbəsində qardaşı Mahirin evində yaşayıb. Evlidir, bir uşağı var. Lakin arvadı ondan ayrı yaşayıb.

Nicat xalam oğlu kimi bizə tez-tez gəlib-gedib. Nicatın evi ilə bizim ev arasında təxminən 50-60 metr məsafə var. Buna görə də gününün çox hissəsini bizim evimizdə keçirib".

Ləman qeyd edib ki, 6 iyul 2021-ci ildə saat 16 radələrində evdə tək olduğu zaman xalası oğlu onlara gəlib və qapını bağlayıb: "Evdən çölə çıxmaq istədim, Nicat məni çıxmağa qoymadı. Nə üçün belə etdiyini başa düşmədim. Sonra məni qucaqladı. Mənimlə evlənəcəyini və məni sevdiyini bildirdi. Boş olan yataq otaqlarında paltarlarımı əynimdən çıxardaraq, məni soyundurdu, döşəməyə uzatdı.

Razılığım əsasında mənimlə cinsi əlaqədə oldu, seksual xarakterli hərəkətlər etdi. Sonra paltarlarımızı geyindik. Nicat mənə bu barədə heç kimə deməməyi tapşırdı. Yaxın günlərdə mənimlə evlənəcəyini, məni sevdiyini bildirdi. Valideyinlərimdən qorxduğuma görə bu barədə onlara və başqalarına heç nə demədim".

Ləman bildirib ki, 21 sentyabr 2021-ci ildə Nicat onlara gəlib: "Həmin gün saat 15 radələrində Nicat yaşadığım evdə mənimlə yenə də təbii və qeyri-təbii yolla cinsi əlaqədə oldu. Anam məni həyəcanlı gördükdə, nə baş verdiyini soruşdu. Anama Nicatın mənə evlilik təklif etdiyini dedim. Anam mənə iradını bildirdi, bunun heç zaman mümkün olmadığını bildirdi. Valideyinlərimdən qorxduğum üçün həmin gün onlara və başqalarına heç nə demədim.

Anam dəfələrlə məndən Nicatla nə kimi münasibətimin olduğunu soruşdu. Buna görə də anama sentyabrın 22-də Nicatla cinsi əlaqədə olmağımı dedim".

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nicat 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 2063   Tarix: 09 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi

Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb. xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədəki diplomati

22 iyun
.

Gürcüstanda 20 yaşlı azərbaycanlı qız faciəli şəkildə öldü

Gürcüstanın Saqareco vilayətində yaşayış evində baş verən partlayış nəticəsində İlia Dövlət Universitetinin 20 yaşlı tələbəsi Lamiyə Allahverdiyeva dünyasını dəyişib. -yə istinadən xəbər verir ki, hadisə mətbəxdə qaz sızması nəticəsində baş verən partlayış zamanı qeydə alınıb. Partlayış nəticəsində gən

23 iyun
.

Binəqədidə İÇMƏLİ SU PROBLEMİ: "Üç gündür susuz qalmışıq, cavab verən də yoxdur"

"Binəqədi rayonunda içməli suyun verilişində fasiləyə səbəb ərazini qidalandıran içməli su xəttində baş verən qəza olub. Bu məlumat -a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilib. "Ərazidə təmir işləri görülərək xətt bərpa edilib. Axşam saatlarına qədər bütün ərazilər üzrə suyu

16 iyun
.

100 Manatlıq Kredit Qərarı Gündəlik Büdcə ilə Birlikdə Dəyərləndirilir

Azərbaycan Mərkəzi Bankının 2025-ci il "Rəqəmsal Ödənişlər İcmalı" hesabatına görə, ölkədə nağdsız ödənişlərin həcmi 99,1 milyard manata, elektron ticarət əməliyyatlarının sayı isə 1,5 milyard ədədə çatıb. Hər iki göstəricidə qeydə alınan artım rəqəmsal ödəniş davranışının gündəlik iqtisad

8 iyul
.

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

2026-cı ilin yanvar-may ayları üzrə ölkədə ən yüksək maaş mədənçıxarma sənayesində olub. Qaynarinfo xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 4 327,8 manat təşkil edib. Belə ki, mədənçıxarma sənayesində dövlət işçilərinin orta aylıq maaş

18 iyun
.

Kafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi

Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo

19 iyun
.

Pirşağıda dənizdə qadın batıb

Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır

29 iyun
.

Moldova səfiri Rusiya XİN-ə çağırılıb

Moldova səfiri Lilian Dariy bu gün Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" xəbər verir ki, bu barədə Rusiya mediası XİN-ə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiya diplomatik kuryerlərinin saxlanılmasına görə ona qəti etiraz bildirilib. "Rusiya XİN-ə çağırılan Moldov

26 iyun
.

İlham Əliyevdən Hüseyn Quliyevlə bağlı SƏRƏNCAM

Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarınd

22 iyun