Əmir Teymur erməni olub? "DNT testi aparılıb, məlum olub ki…" – Tarixçi faktları açdı

Əmir Teymur erməni olub? "DNT testi aparılıb, məlum olub ki…" – Tarixçi faktları açdıGaqik Artsruni adlı erməni müəllif rus tarixçi Sergey Qlinkaya istinadən Teymurilər dövlətinin banisi, türk və dünya tarixinin ən qüdrətli hökmdarlarından Əmir Teymurun erməni olduğunu iddia edib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan tarixçi alim Zaur Əliyev deyib ki, bunlar cəmiyyəti çaşdırmağa yönələn fikirlərdir:

"Əmir Teymur 1336-cı ilin 9 aprelində Səmərqənd yaxınlığında yerləşən Keş şəhərində anadan olub. 6 yaşı olanda atası ailəsini monqollar yaşayan ərazidən Keş şəhəri yaxınlığındakı Hoca-İlqar kəndinə köçürdü. Ərəb mənbələrində tam adı Teymur ibn Tarağay Barlas, türk mənbələrində Barlaslı Tarağayın oğlu Teymur kimi yazılır. Barlaslar Çingiz xanın dövründə mühüm rol oynamış türklər idi".

Tarixçi deyib ki, çağatay və monqol dilində Teymur sözü "dəmir" mənasını verir:

"Uzun illər və çox təəssüf ki, indinin özündə də ona gah Teymurləng, gah da Topal Teymur deyirlər. Bu adı orta əsrlərdən sonra ruslar ona verib və bu günə qədər də bəzi ağılsız Azərbaycan alimləri və tədqiqatçıları onu belə adlandırırlar. Əslində isə o, Əmir Teymur Gürkan adlanmalıdır. Bunu biz Mir Möhsün Nəvvabın çəkdiyi portretdə də görə bilərik. Əmir Teymurun əks olunduğu bu rəsm əsərinin altında Mir Möhsün Nəvvab tərəfindən aşağıdakı sözlər qeyd edilib:

"Xeyirxah zat, böyük şahənşah, İran və Turanın sultanı Əmir Teymur Gürganinin (Allahın rəhməti və razılığı onun üzərinə olsun) şərafətli surəti".

Zaur Əliyevin sözlərinə görə, Çingizlilər sülaləsindən olmadığı üçün Teymur formal olaraq böyük xan titulu daşıya bilməzdi:

"Elə buna görə də özünə "əmir" titulunu götürür. 1370-ci ildə Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur özünə Gürkan titulunu götürüb. Gürkan monqol dilində "kuruqen" və ya "xurqen" sözünün fars dilində olan variantıdır və tərcüməsi "kürəkən" deməkdir. Bu o demək idi ki, Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur onların evlərində azad şəkildə yaşaya və hərəkət edə bilərdi. Teymurun siyasi fəaliyyətinin başlanğıcı Çingiz xanın fəaliyyətinə bənzəyir: onlar şəxsən özləri ardıcılları tərəfindən təşkil olunmuş dəstələrin başçıları idilər, hansılar ki, sonralar da onların hərbi qüdrətində əsas təməl rolunu oynayıblar".

Z.Əliyev deyib ki, Əmir Teymurun türk olmasını elə onun yanında olmuş səlnaməçilər təsdiq edir:

"Onlar yazırlar ki, Əmir Teymur 1381-ci ildə Tus şəhərini fəth etdiyi zaman "Şahnamə"nin müəllifi, iranlı şair Firdovsinin məzarının yerini soruşur. Məzarın olduğu yeri Əmir Teymura işarə verirlər. Əmir Teymur Firdovsinin dağılmış məzarı qarşısında deyir:

– "Ey Firdovsi, qalx! Qalx da, hər sətrində pislədiyin məğlub TÜRKÜ indi gör!

Qalx, şərəfsiz fars!

Qalx da, söydüyün, kiçik hesab etdiyin TÜRKÜ gör!

Qalx, qalx da, bax, İsfahanmı gözəl, yoxsa Səmərqəndmi?!

Bağdaddan bu yatdığın yerə qədər fars buraxmadım!

Topal ayağımın basdığı yerdə ot bitməz oldu…"

Alimin dediklərinə görə, Jak du Fay adlı fransız və bavariyalı İohann Şiltberqer Tamerlana ( Əmir Teymura – red.) sədaqətlə xidmət etmiş avropalılar olublar:

"Onların Teymurun türk olması barədə qeydlərinə Avropa arxivlərində sənədlərdə rast gəlmək olar. 1391-ci ildə Toxtamışa qarşı yürüş zamanı Teymur Altın Şoki dağında türk çağatay dilində daşa yazı yazdırıb və özünü "Turonning sultoni" – "Turanın sultanı" deyə adlandırıb. Hazırda üzərində Teymur yazısı olan daş Sankt-Peterburqdakı Ermitajda saxlanılır və sərgilənir. 1941-ci ilin may-iyun aylarında Teymurilər sülaləsinin türbəsi olan Qur-Əmir məqbərəsində qazıntı işləri aparılıb. Ekspedisiyada beş məzar aşkar edilib: Teymur (Tamerlan), oğulları Şahrux və Miranşah, nəvələri Uluqbek və Məhəmməd Sultan. Onların DNT testi aparılıb. C2-F4002 haploqrupuna aiddir. Bu isə prototürklərin varisləri olan tayfaların DNT kodudur.

Qeyd edim ki, böyük Əfşar hökmdarı Nadir şah Çingizxanla Teymurun soyundan olduğu ilə fəxr edər, "Mən qılınc övladıyam, qılıncdan yaranmışam", – deyərdi".

Z.Əliyevin fikrincə, Əmir Teymur barədə ermənilərin dedikləri onların xəstəliklərinin yenidən şiddətlənməsi ilə bağlıdır:

"Bu xəstəlik şiddətlənəndə onlar iddia edirlər ki, dünyada ilk insan erməni olub, ilk xristianlar ermənilər olublar, İsa peyğəmbərin atası erməni olub və s. Belə xəstələrə fikir vermək lazım deyil".


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 2255   Tarix: 09 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. Oxu.Az "Reuters" agentliyinə ist

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 896-ya yüksəlib. Son hesabata əsasən, ölkədə sutka ərzində infeksiyaya 21 yeni yoluxma hal

19 iyun
.

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...

Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili

18 iyun
.

Niderlandda ilk: 12 yaşdan kiçik uşaq evtanaziya edildi

Niderlandda ilk dəfə olaraq 12 yaşdan kiçik uşaq 2024-cü ildən etibarən 1 yaşdan 12 yaşa qədər olan xəstələrin həyatına aktiv şəkildə son qoyulmasına imkan verən qaydalara əsasən, evtanaziya edilib. Söhbət vəziyyətinin yüngülləşdirilməsinin qeyri-mümkün olduğu ölümcül xəstə uşaqlardan gedir. -ın xəbərin

23 iyun
.

Zakir Həsənov yeni generallara rütbələrini təqdim etdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor"

26 iyun
.

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar. AZƏRTAC xəbər verir ki, Türkmənistan Prezidentinə işğal dövründ

23 iyun
.

Pirşağıda dənizdə qadın batıb

Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır

29 iyun
.

Şuşada TDT-nin dini qurum rəhbərlərinin ilk görüşü keçiriləcək

İyunun 30-da Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşü keçiriləcək. xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, tədbirdə TDT Baş katibinin, eləcə də üzv ölkələri

24 iyun
.

100 Manatlıq Kredit Qərarı Gündəlik Büdcə ilə Birlikdə Dəyərləndirilir

Azərbaycan Mərkəzi Bankının 2025-ci il "Rəqəmsal Ödənişlər İcmalı" hesabatına görə, ölkədə nağdsız ödənişlərin həcmi 99,1 milyard manata, elektron ticarət əməliyyatlarının sayı isə 1,5 milyard ədədə çatıb. Hər iki göstəricidə qeydə alınan artım rəqəmsal ödəniş davranışının gündəlik iqtisad

8 iyul
.

Rusiya ordusu Ukraynanın bir qəsəbəsini nəzarətə götürüb

Rusiya Silahlı Qüvvələri Ukraynada bir yaşayış məntəqəsini öz nəzarəti altına alıb. xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində Boqodarovka yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər

29 iyun