ABŞ-a vergi ödətdirən, hər yerə şiri ilə gedən türk paşası: Onun taleyini nə dəyişdi?

ABŞ-a vergi ödətdirən, hər yerə şiri ilə gedən türk paşası: Onun taleyini nə dəyişdi?Türk tarixinin ən qüdrətli dövləti olan Osmanlı İmperiyası tarixdə dərin izlər buraxıb. Osmanlı İmperiyasının da dünyaca məşhur sultanları kimi güclü paşaları var idi. Onlardan biri də " Aslanlı Paşa " kimi tanınan Əlcəzairli Həsən Paşadır.

Publika.az xatırladır ki, dünya tarixində ABŞ-ı vergiyə cəlb edən yeganə şəxs məhz Osmanlı idarəçiliyində olan Əlcəzairli Həsən Paşa olub. Aslanı əhliləşdirib yanında saxlayan və bu xüsusiyyəti ilə böyük şöhrət qazanan Həsən Paşanın hekayəsi böyük maraq doğurur.

"Aslanlı Paşa" kimi tanınan Əlcəzairli Həsən Paşa kimdir?

Onun arzusu hərbçi, daha doğrusu döyüş gəmisinin kapitanı olmaq idi. 1738-ci ildə yeniçəri korpusuna daxil olaraq Belqradın mühasirəsində iştirak edir. Hələ sadəlövh tələbə olmasına baxmayaraq, böyük uğurlar qazanırdı. İstədiyi kimi orduya qatıldı, amma dənizlərdən uzaq qaldı və quruda döyüşdü.

Onun taleyini dəyişən hadisə isə qazandığı pulla aldığı gəmi ilə İstanbuldan Əlcəzairə yola düşmək qərarı olub. Səyahət zamanı onun gəmisi Aralıq dənizi sahillərində İspaniya hərbi gəmisinin hücumuna məruz qalıb. Bu münaqişənin qalibi Həsən Paşa olub.

İstanbuldan tək gəmi ilə yola çıxan Həsən Paşa iki gəmi ilə Əlcəzair limanına yaxınlaşıb. Bu uğuruna görə ona "Əlcəzairin əmisi" titulu verilir və Tilemsen sancağına başçı təyin edilir. İstanbuldan adi bir yeniçəri kimi yola çıxan Həsən Paşa, Əlcəzairə çatanda ən hörmətli gəmi kapitanlarından birinə çevrilir.

Şimali Afrikada olarkən erkək aslan balasını bəsləməyə başlayıb. Aslan böyüdükcə aralarındakı bağ güclənir və Həsən Paşanın ləqəbi "Aslanlı Paşa" olur. O, aslanı ilə hər yerə gedirdi.

Aslanlı Paşa əfsanəsi tezliklə bütün Avropaya səs salıb, Avropa rəssamlarının əsərlərinin mövzusuna çevrilib. Əlcəzairdə 20 il uğur qazandıqdan sonra 1761-ci ildə yenidən İstanbula çağırılır. Qısa müddətdə dövlət idarəçiliyində mühüm vəzifələrə təyin olunur.

1770-ci ildə Çeşmədə Osmanlı donanmasında olan bütün gəmilər ruslar tərəfindən yandırıldıqdan və Limni adası mühasirəyə alındıqdan sonra, 3000 əsgərlə yola çıxır. Qalaya nəzarəti ələ keçirib, rusları bölgədən qovur. Bu müvəffəqiyyətdən sonra ona Qazi rütbəsi verilib. "Kapitan-ı Dərya" rütbəsi ilə mükafatlandırılıb və Osmanlı Donanmasının başçısı təyin edilir.

Ancaq donanma yox idi. Həsən Paşa üç il ərzində yandırılmış donanmanın yerinə müasir donanma hazırlayır. Üstəlik, gəmilərin tikintisinin böyük hissəsini öz cibindən qarşılayırdı. Donanmanın rəisi olduqdan sonra çoxsaylı üsyanları yatırıb və dənizdə döyüşlərini davam etdirib. Bu dövrdə Həsən Paşa Aralıq dənizi sahillərində bir-birinin ardınca çoxlu Amerika gəmilərini ələ keçirdi.

O dövrdə yeni bir ölkə olan ABŞ-ın donanması Osmanlı İmperiyası ilə rəqabət aparacaq vəziyyətdə deyildi. Buna görə də Amerika dənizlərdə Osmanlı hökmranlığına tabe oldu və "Trablus müqaviləsi" imzalandı. Osmanlı türkcəsində yazılmış və 22 maddədən ibarət müqavilə ilə Amerika Osmanlı İmperatorluğuna hər il 12 min qızıl sikkə verməyi qəbul etdi. Bu müqavilə Amerika tarixində xarici dildə bağlanmış yeganə müqavilə, eləcə də xarici dövlətə vergi ödəməyə razılıq verən yeganə Amerika sənədidir.

Osmanlı dənizçiliyini inkişaf etdirən, bugünkü Dəniz Döyüş Akademiyasının təməlini qoyan, məktəblər quran, öz cibindən tikdirdiyi gəmiqayırma zavodları, kazarma və məscidləri olan Əlcəzairli Qazi Həsən Paşa özündən sonra nə övlad, nə də sərvət qoydu.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 709   Tarix: 09 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Rusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü

Şəki Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini döyməkdə təqsirləndirilən Bünyad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Məmmədov 3 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. İttiham

20 iyun
.

Bakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında

Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla

18 iyun
.

Moldova səfiri Rusiya XİN-ə çağırılıb

Moldova səfiri Lilian Dariy bu gün Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" xəbər verir ki, bu barədə Rusiya mediası XİN-ə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiya diplomatik kuryerlərinin saxlanılmasına görə ona qəti etiraz bildirilib. "Rusiya XİN-ə çağırılan Moldov

26 iyun
.

Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı

Türkiyədə məşhur simalara qarşı aparılan narkotik istintaqı çərçivəsində daha əvvəl saxlanılmış Kenan Doğulu və Enis Arıkan da daxil olmaqla səkkiz nəfərin narkotik testlərinin nəticələrinin müsbət çıxdığı bildirilir. xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb. İstanbul Respublika Baş Prokurorluğunu

18 iyun
.

Ağdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır

Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl

29 iyun
.

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

2026-cı ilin yanvar-may ayları üzrə ölkədə ən yüksək maaş mədənçıxarma sənayesində olub. Qaynarinfo xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 4 327,8 manat təşkil edib. Belə ki, mədənçıxarma sənayesində dövlət işçilərinin orta aylıq maaş

18 iyun
.

Nirezo Official Azərbaycanın tanınmış endirim bloq səhifəsi

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin

17 iyun
.

İlham Əliyevdən Hüseyn Quliyevlə bağlı SƏRƏNCAM

Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarınd

22 iyun
.

"Müasir dövrdə yaşıl enerji də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının əsas istiqamətlərindən birinə çevrilmişdir" - DEPUTAT

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin strateji tərəfdaşlığını müəyyən edən əsas amillər sırasında siyasi etimad, iqtisadi qarşılıqlı asılılıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları və regional sabitlik xüsusi yer tutur. Son illər bu istiqamətlər üzrə həyata keçirdiyi ardıcı

4 iyul