"Elə üz qoymayıb ki, onu Bakıya dəvət edim"
"Bu ilin sonunda Bakıda dini rəhbərlərin görüşü keçiriləcək".
"Qafqazinfo" xəbər verir ki, bunu bu gün Təzəpir məscidində bayram namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
O bildirib ki, görüşə ermənilərin Katolikosu II Qareginin dəvət olunması məsələsinə baxılacaq: "O elə üz qoymayıb ki, onu Bakıya dəvət edim. Vaxtı ikən onu Azərbaycana dəvət etmişəm, o da bura gələrək dini konfransda iştirak edib. Bu gün erməni katolikosu başda olmaqla erməni kilsəsi bütün dünyada revanşizmi təbliğ edir. Bu gün heç cürə razılaşmır ki, Azərbaycan öz torpaqlarını azad edib. Onlar hələ də razılaşmır ki, Qarabağ Azərbaycan torpaqlarıdır. Biz ona təklif etdik ki, bunu qəbul eləsin, biz onu qəbul edək. Həyat davam edir, bir gün gələcək, o bunu başa düşəcək".
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1801 Tarix: 10 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İranda etirazçılar 2 şəhərdə nəzarəti ələ keçirdi - VİDEO
İranın Abdanan şəhərində xalqın nəzarəti altına keçib. Melekşahda bütün rejim qüvvələrinin xalq tərəfindən şəhərdən qovulduğu bildirilib. xarici mediaya istinadla xəbər verir ki, İranın İlam əyalətinin Abdanan şəhərində başlayan kütləvi etirazlar sürətlə bütün şəhərə yayılıb. On minlərlə insan Abdana
7 yanvarSabah çimərliklərdə hava necə olacaq?
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, iyulun 2-də mülayim şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) +2
1 iyul 2025Milli Məclisin plenar iclası başlayıb, Baş nazir hesabat verəcək
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb. " xəbər verir ki, xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyində bir məsələ - Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabat yer alıb. Hesabatı Baş nazir Əli Əsədovun təqdim etməs
13 martMilli inkişaf modeli: Dayanıqlı inkişaf və yeni hədəflər
Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibə dövlətimizin 2024-cü ildə əldə etdiyi nailiyyətləri və qarşıdakı dövr üçün perspektivləri geniş şəkildə əks etdirir. Müsahibədə vurğulanan məqamlar həm iqtisadi inkişafın dayanıqlılığını, həm də regional siyasətdə Azərbaycanı
9 yanvar 2025ALİANS "Metro Park Bakikhanov" Yaşayış kompleksini Təqdim edir
Alians Development inşaat sektorundə bir neçə uğurlu iri layihələrə imza atan bir şirkət olaraq, artıq yerli və xarici tikinti sektorunda özünü dəfələrlə sübut etmişdir. Keyfiyyət, etibarlılıq və müştəri məmnunluğu prinsiplərini deviz olaraq, Bakı şəhərində analoqu olmayan qeyri-adi memarlıq üslübund
27 yanvar 2025Polis əməkdaşı həmkarına xərçəng xəstəsi olduğunu deyib özünü vurdu
Sakaryanın Erenler rayonunda polis əməkdaşı həmkarına 4-cü mərhələ xərçəng xəstəsi olduğunu bildirdikdən sonra xidməti silahı ilə özünü vurub. türk mediasına istinadən xəbər verir ki, hadisə zamanı ağır yaralanan polis əməkdaşı əraziyə çağırılan təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb
13 fevral