İrəvanın 4 kəndin əvəzinə nə istədiyi ortaya çıxdı – Hərbi ssenari gündəmdə

İrəvanın 4 kəndin əvəzinə nə istədiyi ortaya çıxdı – Hərbi ssenari gündəmdəErmənistan Qazaxın anklav olmayan 4 kəndinin (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) qaytarılması və sülh sazişinin imzalanması məsələsi ətrafında "sürüşkən" mövqeyinə qayıdıb. Ermənistanın baş naziri Nikol Paşinyan ötən ay Tavuşa səfəri zamanı "kəndləri qaytarmasaq, müharibə olacaq" və "delimitasiyanı Tavuşdan başlaya bilərik" desə də, onun müavini, delimitasiya üzrə komissiyanın sədri Mher Qriqoryan dünən parlamentin qapalı iclasında bundan imtina edib.

Qriqoryan bildirib ki, delimitasiyanın Tavuşdan başlanması ilə bağlı yekun qərar yoxdur: "Həmin bölgədə delimitasiyaya başlamaq qərarı fundamental məsələlər üzrə konsensus əldə ediləcəyi təqdirdə verilə bilər. Bunlar təhlükəsizlik, sosial-məişət və hüquqi məsələlərdir".

Bu açıqlama erməni ictimi rəyindəki gərginliyi azaltmağa hesablanmış kimi görünsə də, İrəvanın Bakıdan zəmanət istədiyi məsələlərin olduğunu Paşinyan da açıqlamışdı. İrəli sürülən hər üç məsələnin hədəfi var:

- 4 kənd qaytarıldıqdan sonra sərhəd bölgəsində ermənilərin yaşadığı bir sıra məntəqə ordumuzun nəzarət zonasına düşə bilər, "təhlükəsizlik" istəyinin bununla bağlı olduğu istisna deyil;
- Ermənisanın şimal hissəsində bir sıra yol infrastrukturunun, eləcə də ermənilərin otlaq və əkin sahəsi kimi istifadə etdiyi bölgələrin Azərbaycan ordusunun nəzarətinə düşməsi gözlənilir: "sosial-məişət" istəyi bununla bağlı ola bilər;
- "Hüquqi məsələ" isə İrəvanın "güzgü prinsipi" – qoşunların geri çəkilməsini legitimləşdirmək və delimitasiya prinsiplərini sülh sazişinə daxil etmək məqsədindən qaynaqlanr: sərhədin bu istiqamətində delimitasiya rəsmiləşərsə, digər hissələrində də eyni prinsip tətbiq ediləcək. Ki, bu xəritələr məsələsini arxa plana keçirir; eyni zamanda, anklavlarla bağlı məsələ sual altına düşür; və İrəvan 4 kənd qarşılığında qoşunların geri çəkilməsi prinsipini qəbul etdirmək istəyir ki, bu da ordumuzun strateji yüksəklikləri itirməsi ilə nəticələnə bilər;

Görünür, Bakı İrəvanın bu "istəklərini" qəbul etmədiyi üçün erməni rəsmilər məsələni "dalana salır". Ermənistan parlamentinin spikeri Alen Simonyanın "delimitasiya məsələləri ilə bağlı razılığa gəlinməsə, Azərbaycanla heç bir sənəd imzalanmayacaq" açıqlaması da bundan xəbər verir. Və Ermənistanın "delimitasiyanın hansı prinsiplərə uyğun aparılacağı sülh sazişinə daxil edilsin" mövqeyinə qayıtdığını göstərir.

İrəvanın mövqeyini sərtləşdirməsinin Brüsseldə keçirilən görüşdən qaynaqlandığı istisna edilməməlidir. Mümkündür ki, Ermənistan həmin görüşdə şifahi də olsa, təhlükəsizlik və siyasi dəstəklə bağlı müəyyən zəmanətlər alıb və bundan Azərbaycanla danışıqlarda "əlini gücləndirmək" məqsədilə istifadə etməyə çalışır.

Belə yanaşma isə təkcə sülh sazişini arxa plana keçirmir, həm də anklav olmayan 4 kənd ətrafında hərbi eskalasiya ssenarisini ön plana çıxarır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1563   Tarix: 10 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Nazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində

5 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Mobil operatorlara tətbiq ediləcək cərimələr yetərlidirmi? Milyonluq dövriyyə qarşısında 2 min manat - VƏKİLDƏN AÇIQLAMA

Mobil operatorlar və internet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin sərtləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şirkətlərin məsuliyyətinin artırılması gündəmə gəlib. Təklif olunan qanun dəyişikliyinə əsasən, müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etməyən telekommunikasiy

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr