David Seliverstov "YouTube" kanalı ilə bağlı açıqlama yaydı: "Bizim üçün əsas rəqəm deyil, etimad idi"
Monitorinq TV-nin təsisçisi olaraq mənim üçün onun ən böyük dəyəri heç vaxt rəqəmləri, baxış sayı və ya reytinq göstəriciləri olmayıb. Ən böyük dəyər burada çalışan insanların mənəvi və peşəkar bütövlüyü, gördükləri işə məsuliyyətlə yanaşmaları və vahid bir məqsəd ətrafında birləşmələri olub.
Bu kanalda rejissordan operatora, yaradıcı heyətdən rəhbərliyə qədər hər kəs özünü sadəcə bir kollektivin deyil, vahid bir ailənin üzvü kimi hiss edirdi. Bizim üçün media fəaliyyəti şəxsi reytinq qazanmaq, səs-küylü başlıqlarla auditoriya toplamaq və ya gündəmin arxasınca qaçmaqdan ibarət deyildi.
Bizim əsas məqsədimiz Azərbaycan mədəniyyətini və incəsənətini layiqincə təqdim etmək, cəmiyyətə yoxlanılmış və etibarlı informasiya çatdırmaq, maarifləndirici media mühiti formalaşdırmaq, ölkəmizin zəngin tarixini, multikultural dəyərlərini və tolerantlıq ənənələrini yaşatmaq idi.
Təxminən 9 minə yaxın izləyicimizin olması, bəlkə də, böyük media platformalarının göstəriciləri ilə müqayisədə yüksək rəqəm hesab olunmaya bilər. Lakin bizim üçün həmin 9 min insan sadəcə statistika deyildi. Hər bir izləyici bir insan, bir düşüncə və bizə göstərilən bir etimad idi.
Biz kütləni cəlb etmək naminə zövqləri ucuzlaşdırmağı, sensasiya yaratmağı və informasiya məsuliyyətindən geri çəkilməyi doğru hesab etmirdik. Əksinə, çalışırdıq ki, cəmiyyətin heç olmasa müəyyən bir hissəsində estetik zövq, milli-mənəvi dəyərlərə hörmət və sağlam informasiya mədəniyyəti formalaşsın.
Çünki biz inanırdıq və bu gün də inanırıq ki, medianın həqiqi gücü yalnız onun reytinqi ilə ölçülmür. Medianın əsl gücü onun cəmiyyətə verdiyi dəyərdə, insanların düşüncəsinə təsirində və etimadı doğrultmaq bacarığındadır.
Azərbaycanın mədəniyyəti, tarixi, multikulturalizm və tolerantlıq ənənələri bizim üçün sadəcə efir mövzusu deyildi. Bunlar bizim mənəvi məsuliyyətimiz idi. Çünki öz tarixini, mədəni irsini və mənəvi dəyərlərini qoruyan cəmiyyət gələcəyini də daha sağlam və daha inamlı şəkildə qurur.
Axı köksüz ağac bitməz.Öz kökünü unutmayan, tarixini qoruyan, mədəniyyətinə sahib çıxan və mənəvi dəyərlərini gələcək nəsillərə ötürən cəmiyyət isə heç vaxt öz kimliyini itirməz.
Bu kanal da məhz həmin köklərə xidmət etmək, Azərbaycan həqiqətlərini, mədəniyyətini və dəyərlərini layiqincə təqdim etmək niyyəti ilə fəaliyyət göstərirdi.
Bizim üçün əsas olan rəqəmlər deyil, etimad idi. Əsas olan səs-küy deyil, dəyər idi. Əsas olan reytinq deyil, gördüyümüz işin cəmiyyət üçün faydalı olması idi.
David Seliverstov
"Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Professor Adilə Abbasova vəfat etdi
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Prezident onları təltif etdi - Adlar
Ən faydalı və ən zərərli balıq növləri
Məktəblərdə mühafizəçi ştatı niyə yaradılmır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA
WhatsApp hesabları necə ələ keçirilə bilər və vətəndaşlar özlərini necə qorumalıdırlar? - AÇIQLAMA