Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur

Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budurOksford Universiteti təxminən 1 milyon şəxsin məlumatlarını tədqiq edib. Çay və qəhvə istehlakının özündən əlavə, içkilərin içilmə tərzinə dair ortaya çıxan təəccüblü detal qida borusu xərçəngi riskinə birbaşa təsir edir.

Milli.Az xəbər verir ki, tədqiqatçılar hədsiz isti çay və qəhvə istehlakı ilə qida borusu xərçənginin müəyyən bir növü arasında diqqətçəkən əlaqə aşkar ediblər. Çay və qəhvə istehlakından çox, içkinin nə qədər isti olması xərçəng araşdırmalarının yeni gündəm mövzularından birinə çevrilib. Oksford Universitetində aparılan və təxminən 1 milyon şəxsin məlumatlarının incələndiyi genişmiqyaslı araşdırmada çox isti çay və ya qəhvə içən şəxslərdə qida borusunun skuamöz hüceyrəli karsinoması (SCC) riskinin daha yüksək olduğu müəyyən edilib.

Araşdırmaya görə, içkilərini ilıq qəbul etdiyini bildirən şəxslərlə müqayisədə isti içki içənlərdə SCC riski təxminən 1,7 dəfə, içkilərini "çox isti" içənlərdə isə təxminən 3 dəfə daha çox olub. Araşdırma "International Journal of Cancer" jurnalında dərc edilib.

Gündə 6 və ya daha çox isti içki diqqət çəkdi
Araşdırmada gündə 6 və ya daha çox isti içki qəbul etməyin qida borusu skuamöz hüceyrəli karsinoması riskində 78 faizlik (orijinal mətndə 71%) artımla əlaqəli olduğu müşahidə edilib. Buna qarşılıq, qida borusunun aşağı hissəsində inkişaf edən adenokarsinoma (AK) ilə isti içki istehlakı arasında oxşar əlaqə aşkar edilməyib.

Tədqiqatçılar müşahidə olunan əlaqənin birbaşa səbəb-nəticə əlaqəsini əks etdirdiyi təqdirdə, insanların "çox isti" əvəzinə "isti" içkilərə üstünlük verməsi ilə SCC hallarının təxminən 14 faizinin qarşısının alına biləcəyini ehtimal ediblər. Lakin tədqiqatçılar nəticələrin diqqətlə şərh edilməli olduğunu da vurğulayıblar.

İçkilərin temperaturu ölçülmədi
Araşdırmanın ən mühüm məhdudiyyətlərindən biri iştirakçıların içdikləri içkilərin əsl temperaturunun ölçülməməsi olub. İştirakçılardan yalnız içkilərini "ılıq", "isti" və ya "çox isti" olaraq təsvir etmələri istənilib. Buna görə də eyni temperaturdakı bir içki fərqli insanlar tərəfindən fərqli şəkildə təsnif edilmiş ola bilər.

Tədqiqatın əsas müəllifi və Oksford Universitetində qidalanma epidemioloqu olan Keren Papier əldə edilən tapıntıların insanların çay və ya qəhvəni tamamilə tərgitməli olduğu mənasına gəlmədiyini bildirib. Papier çox isti içkilər qəbul edən şəxslərin içməzdən əvvəl içkilərini bir müddət gözlədərək bir az soyutmağa üstünlük verə biləcəyini söyləyib.

Nyu-Yorkdakı Stoni Bruk Xərçəng Mərkəzindən cərrahi onkologiya mütəxəssisi Dr. Aaron Sasson isti içkilərlə qida borusu xərçəngi arasındakı əlaqənin biologiya baxımından mümkün olduğunu qeyd edib. Sassonun fikrincə, hədsiz isti mayelər qida borusunda təkrarlanan termiki zədələnməyə səbəb ola bilər. Bu vəziyyətin uzunmüddətli dövrdə hüceyrə zədələnməsi ilə əlaqəli ola biləcəyi ehtimal edilir.

Mütəxəssis isti içkilərin qida borusu xərçəngi baxımından ən vacib risk faktoru olmadığını xüsusi vurğulayıb. Xüsusilə siqaret, həddindən artıq spirtli içki istehlakı, mədə turşuluğu (ürək yanması) və piylənmə qida borusu xərçəngi ilə daha güclü şəkildə əlaqələndirilən risk faktorları sırasındadır. Buna görə də mütəxəssislərə görə çay və ya qəhvəni tamamilə tərgitmək əvəzinə, xüsusilə çox isti istehlak edilən içkilərin bir az soyumasını gözləmək daha məqsədəmüvafiq yanaşma ola bilər.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1403   Tarix: 13 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?

Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb

13 oktyabr
.

Valideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır

Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqları

23 oktyabr
.

Su qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan

Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun

26 oktyabr
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

24 oktyabr
.

Hamiləlikdə ürəkbulanma və qanaxma nə zaman təhlükəyə işarədir? - Video

"Baku Med" verilişinin yeni buraxılışında hamiləlikdə ən çox rast gəlinən problemlərdən danışılıb. Davamlı ürəkbulanma nə zaman problem sayılır?. Hamiləlik zamanı qanaxma nə vaxt ciddi siqnal hesab olunur?. Hamiləlik zamanı infeksiyalar hansı fəsadlara səbəb ola bilər?. Hamiləlikdə ağrıkəsiciləri

4 oktyabr
.

İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?

Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav

5 oktyabr
.

Diabet xəstələri bal yeyərkən ehtiyatlı olmalıdır: Səbəbləri açıqlandı

Bal uzun illərdir sağlamlıq üçün faydalı xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir. Lakin şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu qəbul edərkən xüsusilə ehtiyatlı olmalıdırlar. Bunun səbəbi balın tərkibində qanda qlükozanın səviyyəsinə təsir edən sadə şəkərlərin çox olmasıdır. Qaynarinf

13 oktyabr
.

Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video

"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl

17 oktyabr
.

Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə

Günortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur. Qaynarinfo xəbər veri

7 oktyabr