İşçinin maaşı gecikdiyi üçün ona əlavə VƏSAİT ödənilməlidirmi? – MÜHÜM AÇIQLAMA
Bildiyimiz kimi, işçi və işəgötürən arasında əmək müqaviləsi bağlanır. Fərdi qaydada bağlanan müqavilə əsasında işçiyə ayda bir dəfədən az olmayan müddətdə əməkhaqqı verilir.
Lakin işçiyə ödənilən əməkhaqqının bir neçə gün və ya daha çox gecikməsi hallarına rast gəlinir.
Bəs işçinin maaşı gecikdiyi üçün ona əlavə vəsait ödənilirmi və bu necə hesablanır?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov deyib ki, hər gün üçün işçiyə əməkhaqqının ən azı bir faizi ödənməlidir:
"Əgər işə götürənin günahına görə əməkhaqqı gecikirsə və bu hal fərdi əmək mübahisəsi yaratmırsa, hər gecikmiş günə görə əməkhaqqının azı 1 faizi əlavə ödənməlidir".
O qeyd edib ki, bu hal əmək mübahisəsi yaratdıqda da işçiyə müəyyən edilmiş məbləğ ödənməlidir.
"Mübahisə yarananda işəgötürən o faizi ödəmir. Ötən il Konstitusiya Məhkəməsinin qərarı oldu ki, hər gecikmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizinin ödənilməsi müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil olunsun. Yəni məhkəmə hər gecikən gün üçün əməkhaqqının ən azı bir faizini müəyyən edə bilər. Təcrübə göstərir ki, çox vaxt işəgötürən bununla razılaşmır, ödəmir, iş əksər hallarda məhkəməyə gedib çıxmır. Belə şikayətlər tez-tez, adətən, işçi işdən çıxanda olur. İşləyə-işləyə mübahisəyə başlayanda işçi sonra təqib olunur".
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1544 Tarix: 10 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Focus": "Madyarın qərarı Ukrayna üçün zərbə olacaq"
Macarıstanın Baş naziri Peter Madyarın Ukraynanın Avropa İttifaqına (Aİ) sürətləndirilmiş şəkildə qoşulması ilə bağlı bəndi Aİ sammitinin ilk gününün yekun sənədindən çıxarması Kiyevə zərbə olacaq. xəbər verir ki, bu barədə Almaniyanın "Focus" jurnalında məqalə dərc edilib. Yazının müəllif
20 iyunQızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?
Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd
18 iyunAzərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?
2026-cı ilin yanvar-may ayları üzrə ölkədə ən yüksək maaş mədənçıxarma sənayesində olub. Qaynarinfo xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 4 327,8 manat təşkil edib. Belə ki, mədənçıxarma sənayesində dövlət işçilərinin orta aylıq maaş
18 iyunZakir Həsənov yeni generallara rütbələrini təqdim etdi
Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor"
26 iyunKafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi
Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo
19 iyunPirşağıda dənizdə qadın batıb
Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır
29 iyun