Sahibkarın 60 manata aldığı "Zaporojets" avtomobillərə yuxarıdan aşağı "baxır" - FOTO
Xaçmazlı sahibkarın avtoservisin tanıdılması üçün istifadə etdiyi kreativ üsul insanların diqqətini çəkir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz şəhərinin Rəşid Behbudov küçəsində yerləşən təmir sexinin sahibi köhnə "Zaporojets" markalı avtomobili dayaqlar üzərinə qaldırmaqla avtoservisini reklam edir. İyirmi ildən çoxdur, dayaqlar üzərində dayanan bu "Zaporojets" şəhərin qonaqlarının da marağına səbəb olur.
Sexin sahibi bu "Zaporojets"i 2002-ci ildə həmin vaxtın pulu ilə 300 min manata (indiki 60 AZN - red.) alıb. Elə o vaxtdan da avtomobil təmir sexinin reklamı üçün istifadə edilir.
Avtoservisdə işləyən ustalar bildirirlər ki, artıq 22 ildir, hamı bu təmir sexinin yerini köhnə "Zaporojets"ə görə tanıyır.
"Ərazini tanımayan müştəri olur. Zəng edəndə deyirik ki, "Zapı"nın yanına gəl. Dərhal bilirlər ki, söhbət hansı sexdən gedir. Avtoservis bəzi naviqasiya proqramlarında da "Zaporojets" adı ilə qeyd olunub. Uzaqdan göründüyünə görə müştərilər üçün də ərazini tapmaq asan olur. Yolun kənarında olduğundan rayona gələn qonaqların da diqqətini çəkir. Videosunu və fotosunu çəkib sosial şəbəkələrdə paylaşırlar. Ustalar zarafatlaşarkən köhnə "Zaporojets"in bütün avtomobillərə yuxarıdan aşağı "baxdığını" söyləyirlər", - deyə avtomobil ustası Aydın Şahbazov bildirib.
Avtomobil indi tam köhnəlsə də, tanıtım məqsədi üçün istifadə edilənədək işlək vəziyyətdə olub. Amma dayaqlar üzərinə qaldırılan zaman çəkisi yüngül olsun deyə mühərriki və digər ehtiyat hissələri çıxarılıb. Maşın dəmir konstruksiyaya qaynaq vasitəsilə bərkidilib. "Zaporojets" dayaqlar üzərinə bərkidilərkən təhlükəsizlik qaydaları nəzərə alınıb.
Avtoservisdəki ustalar köhnə "Zaporojets"in sayəsində bütün regionda tanındıqlarını və müştəri sarıdan korluq çəkmədiklərini bildirirlər.





Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1607 Tarix: 10 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Focus": "Madyarın qərarı Ukrayna üçün zərbə olacaq"
Macarıstanın Baş naziri Peter Madyarın Ukraynanın Avropa İttifaqına (Aİ) sürətləndirilmiş şəkildə qoşulması ilə bağlı bəndi Aİ sammitinin ilk gününün yekun sənədindən çıxarması Kiyevə zərbə olacaq. xəbər verir ki, bu barədə Almaniyanın "Focus" jurnalında məqalə dərc edilib. Yazının müəllif
20 iyunQızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?
Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd
18 iyunAzərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?
2026-cı ilin yanvar-may ayları üzrə ölkədə ən yüksək maaş mədənçıxarma sənayesində olub. Qaynarinfo xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 4 327,8 manat təşkil edib. Belə ki, mədənçıxarma sənayesində dövlət işçilərinin orta aylıq maaş
18 iyunZakir Həsənov yeni generallara rütbələrini təqdim etdi
Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor"
26 iyunKafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi
Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo
19 iyunPirşağıda dənizdə qadın batıb
Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır
29 iyun