1990-cı illərdə doğulanları niyə "psixi sağlamlığı pis olan NƏSİL" adlandırırlar? - Maraqlı AÇIQLAMA
Sidney Universitetinin tədqiqatçılarının 1950-ci ildən bəri ardıcıl nəsillər üzərində apardıqları araşdırma diqqəti cəlb edib. 27 min 500-dən çox şəxsin psixi sağlamlığındakı dəyişiklikləri izləyən elm adamları, 1990-1999-cu il nəslinin özlərindən əvvəlki dövr arasında ən pis psixi sağlamlıq vəziyyətinə sahib olduqlarını aşkar ediblər.
Doğrudanmı, 1990-1999-cu il nəsli ən pis psixi sağlamlığa malikdirlər? Qeyd olunan araşdırmanın Azərbaycana aidiyyəti varmı?
Məsələ ilə Bizim.Media-nın sorğusuna cavab olaraq psixoloq Elmir Əkbər bildirib ki, bu araşdırmanı Azərbaycana şamil etmək olar:
"Mən bilmirəm, doğurdan da Sidney Universiteti bu istiqamətdə akademik araşdırma edibmi? Bu, random meta-analizlərin nəticəsidirmi? Bunlar məndə sual doğurur. Bəli, possovet məkanından söhbət gedirsə, doğrudan da, 90-cı illərdə böyük kataklizm yaşandı, SSRİ dağıldı, Azərbaycan 20 Yanvar, Qarabağ problemi kimi dəhşətli faciələrin girdabına düşdü. Beləliklə, hamilə qadınlar dəhşətli streslər yaşadılar, dünyaya gəlmiş uşaqlara kifayət qədər qayğı göstərilmədi.
Bəli, Azərbaycan üçün 1990-1999-cu il uşaqlarının ən pis psixi sağlamlığa malik olduqları fikrini demək olar. Amma Yeni Zelandiyada, İsveçrədə, Yaponiya və s. kimi ölkələrdə vəziyyət başqa olub axı... Yəni Sidney Universitetinin bu araşdırmasını bütün dünyaya necə aid etmək olar?!
Hər ölkənin vəziyyəti fərqlidir. Lakin yenə qeyd edirəm, bu araşdırmanı Azərbaycana şamil etmək olar. Çünki 90-cı illər Azərbaycan üçün çox məşəqqətli dövr olub. Bu nəsil uşaqlığını sözün həqiqi mənasında yaşaya bilməyib" – deyə Elmir Əkbər bildirib.
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1500 Tarix: 10 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Focus": "Madyarın qərarı Ukrayna üçün zərbə olacaq"
Macarıstanın Baş naziri Peter Madyarın Ukraynanın Avropa İttifaqına (Aİ) sürətləndirilmiş şəkildə qoşulması ilə bağlı bəndi Aİ sammitinin ilk gününün yekun sənədindən çıxarması Kiyevə zərbə olacaq. xəbər verir ki, bu barədə Almaniyanın "Focus" jurnalında məqalə dərc edilib. Yazının müəllif
20 iyunQızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?
Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd
18 iyunAzərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?
2026-cı ilin yanvar-may ayları üzrə ölkədə ən yüksək maaş mədənçıxarma sənayesində olub. Qaynarinfo xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 4 327,8 manat təşkil edib. Belə ki, mədənçıxarma sənayesində dövlət işçilərinin orta aylıq maaş
18 iyunZakir Həsənov yeni generallara rütbələrini təqdim etdi
Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor"
26 iyunKafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi
Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo
19 iyunPirşağıda dənizdə qadın batıb
Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır
29 iyun