Azərbaycanda bu kollecin tələbələrinin ailəsinə hər ay 200 manat ödəniləcək
Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Hərbi Kollecinə 2024-2025-ci tədris ili üçün qəbul olunan bütün tələbələrin ailəsinə 200 manat maddi yardım ödəniləcək.
Bu barədə BAKU.WS-ə nazirlikdən məlumat verilib.
Qeyd edilib ki, Milli Müdafiə Universitetinin Hərbi Kolleci peşəkar hərbçilərin təhsilini və hazırlığını təmin etmək üçün dərin və müasir təhsil proqramı təklif edir. Yeni təhsil ocağında hərbi mütəxəssislərə öz sahələrində praktiki məşğələlər təmin etmək məqsədilə ətraflı tədris imkanları da təqdim edilir.
Tədris zamanı yeni nəsil silah və hərbi texnika modellərindən, trenajorlardan müasir standartlara cavab verən tədris komplekslərindən, laboratoriyalardan, təlim mərkəzlərindən maksimum bəhrələnməklə təlim-tədris proseslərinin səmərəli təşkil edilməsi nəticəsində qabaqcıl texnologiyanın imkanlarından yüksək səviyyədə istifadə edilməsi təmin edilir.
Müdafiə Nazirliyindən bildirilib ki, təhsil müddəti boyunca Hərbi Kollecin kursantlarına aşağıdakı aylıq ödəmələr təmin edilir:
- 100 manat məbləğində təqaüd
- 200 manat məbləğində ailə üzvlərinə maddi yardım
- 150 manat məbləğində hesabda yığılan ödəniş
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 831 Tarix: 13 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
COP29 zamanı şəhər daxilində nəqliyyat necə olacaq? - VİDEOİZAH
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb. Bu dəfə COP29 tədbiri çərçivəsində paytaxtda giriş-çıxış və ictimai nəqliyyatın hərəkətinin necə tənzimlənəcəyi barədə məlumat verilib. Bildirilib ki, "Koroğlu" stansiyasının ətrafından, konkret olaraq "Piramida"
10 noyabr 2024Blogger Samir Əliyev: YouTube-da İzlənmə Rekordları Qırır
Azərbaycanın ən məşhur blogerlərindən biri olan Samir Əliyev son illərdə sosial mediada böyük uğurlar qazanıb. O, 7 ildir ki, qısa metrajlı vine videoları çəkir və izləyicilərini güldürməyi bacarır. Lakin iki il əvvəl o, YouTube platformasına keçid etmək qərarına gəldi və bu qərar onun üçün inanılma
24 fevralTürkiyədə təhsil alan Azərbaycanlı tələbələrdən təqdirə layiq çıxış
29 noyabr tarixində Türkiyənin Sivas şəhərində təhsil alan Azərbaycanlı tələbələrin Sivas FM 88.2 radyosunda Azərbaycanın tanıtımı ilə bağlı program keçirilib . Bu programda Sivasdaki Sultan Şehir Uluslararası öğrenci derneklerinde (UDEF) Azərbaycanlı tələbələrin təmsilcisi ,başkanı olan Diş Həkimliy
10 dekabr 2024Çinlilərin zəka artıran səhər YEMƏYİ - Sirri bu imiş
Tanınmış daxili xəstəliklər və kardiologiya mütəxəssisi Prof. Dr. Canan Karatay zəka inkişafını dəstəkləyən səhər yeməyi ilə bağlı yeni açıqlaması ilə gündəmə gəlib. xəbər verir ki, onun sözlərinə görə, zəkanın açarı "yumurtadır" və bu, qədimdən həm Türk mədəniyyətində, həm də Çin ənənələrind
1 iyul