Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Məbləğ açıqlandı
Son günlər müzakirə olunan məsələlərdən biri də müharibə veteranlarının müavinətinin 80 manat olmasıdır. İstər ictimaiyyət, istərsə də veteranlar hazırda ödənilən 80 manatın az olduğunu bildirirlər.
Görəsən, müharibə iştirakçılarının aldığı müavinət artırılacaqmı?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Siyavuş Novruzov deyib ki, bəzən bir çoxları təqaüdlə müavinəti qarışdırır.
O, veteranların aldığı 80 manatın təqaüd deyil, müavinət olduğunu qeyd edib:
"Keçmişdə müharibə iştirakçıları ictimai nəqliyyatdan ödənişsiz istifadə edirdilər, işıqpulu ödəmirdilər. Sonra özəl sektorların inkişafı ilə əlaqədar dövlət veteranlara müəyyən miqdarda vəsait ayırdı ki, onlar özləri ödəniş etsinlər. Ona görə də təxminən 200 minə yaxın müharibə iştirakçısı 80 manat müavinət alır. Hətta onlar haradasa çalışsa, əlavə gəliri olsa belə, yenə həmin pulu alırlar. İnsanlar birdəfəlik bilməlidirlər ki, o məbləğ veteranlara yaşayış üçün deyil, kommunal və nəqliyyat xərcləri üçün verilir. Amma buna baxmayaraq, biz yenə də bu məbləğin artırılmasının tərəfdarıyıq".
Deputat deyib ki, nəqliyyat və kommunal xərclər artdığı üçün veteranların da müavinətləri artırılacaq:
"Fikrimcə, müharibə iştirakçılarının müavinətləri 130-150 manat aralığında olacaq. "Veteranam" deyib, sui-istifadə etmək də olmaz. Bu gün elə veteran var ki, həkim, müəllim, sürücü, hansısa müəssisədə mütəxəssis olaraq çalışır. Lakin yenə də 80 manat müavinətini alır və almalıdır. Qeyd edim ki, əlillik dərəcəsi olan şəxslər dövlətdən təqaüd alırlar. Bəziləri qəsdən veteranların aldığı 80 manatı təqaüd kimi qələmə verib, araya narazılıq salırlar".
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 5042 Tarix: 16 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi
Naxçıvan Muxtar Respbulikasının Kəngərli rayonunda Vətən müharibəsi iştirakçısı ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Pənahov iş yerində idman edərkən dünyasını dəyişib. Qeyd edək ki, 34 yaşlı mərhum E.Pənahov ailəli olub, üç övlad
26 iyunAzərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi
Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb. xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədəki diplomati
22 iyunTürkiyədə sursat anbarında PARTLAYIŞ: Ölənlər var
Türkiyənin Kırıkkale bölgəsində özəl bir şirkətə məxsus sursat anbarı və utilizasiya müəssisəsində baş verən partlayış nəticəsində iki nəfər həlak olub. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Kırıkkale valiliyindən verilən məlumata görə, hadisədən dərhal sonra müvafiq qurumla
23 iyunÇörək almağa gedən gənc qız itkin düşdü
Sumqayıtda 20 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Aysel Rüstəmli iyunun 28-i saat 17:00 radələrində yaşadığı evdən çörək almaq məqsədilə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Yaxınları onun itki
30 iyunKasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı
"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba
24 iyun