Separatçılar Qazaxda təxribatı genişləndirir: Azərbaycan antiterror əməliyyatı KEÇİRƏCƏK? - AÇIQLAMA

Separatçılar Qazaxda təxribatı genişləndirir: Azərbaycan antiterror əməliyyatı KEÇİRƏCƏK? - AÇIQLAMAXəbər verdiymiz kimi, Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Qazaxın kəndlərinin qaytarılmasına görə, orada yaşayan erməni sakinləri aksiyaya başlayıb. Bu təxribata səbəb olanların isə "Yerkrapan" terror təşkilatının üzvləri olduğu bildirilir. Buna cavab olaraq Ermənistan höküməti onlara qarşı bölgəyə xüsusi təyinatlıları cəlb edib. Bu terror təşkilatı isə bir neç ay əvvəl sərhəddə təxribat törətmiş və sərhədçimizin yaranlanmasına səbəb olmuşdu. Əgər bu terror qrupunun üzvləri iğtişaşları genişləndirərsə və Qazaxda təxribat törətməyə cəhd göstərərsə, Azərbaycan onlara qarşı tədbirlər həyata keçirə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Tərlan Eyvazov deyib ki, baş verənlərdən aydın görünür ki, təxribat törətmək və camaatı aksiyaya qaldırmaq istəyənlər elə də güclü deyillər:

"İstər İrəvanda, istərsə də həmin bölgədə onların arxasınca gedən yoxdur. Çox az bir qisim mövcuddur. Çünki həmin revanşist qüvvələr əsasən "Daşnaksütyun" partiyasına bağlıdır. Hazırda o partiyanın isə 2 faizdən yuxarı reytinqi yoxdur. Ara-sıra kiminsə çıxış etməyi onlara bağlı olan şəxslər tərəfindən sosial şəbəkələr vasitəsilə şişirdilir. Açığı elə güclü aksiyada keçirilmir. Adətən oranın öz camaatı Paşinyanın ikinci səfəri zamanı hamısı razı salınıb və tələblərinin yerinə yetiriləcəyinə söz verilib. Ümumən 4 kənd deyil, 4 kəndin elə Qızılhacılının özü bizim nəzarətimizdə idi. Ən əsas problem burada o postları geriyə çəkməkdir. Çünki insanların yığışmasi və yaşaması üçün mütləq şəkildə hərbçilər oradan çıxarılır və arxaya çəkilir. Bizim sərhədçimiz isə öz sərhədlərimizdə yerləşdirilir. Sərhədçilərin nəzarəti altında atəşkəs və inam yaranır".

Ekspertin sözlərinə görə, bizim əhalimizin oraya köçürülməsi üçün aidiyyəti orqanlar tərəfindən tədbirlər görülməyə başlayır:

"Bu vaxta qədər Paşinyanın dövründə əsasən onların çıxışları olub. Hiss olunur ki, camaat artıq bundan yorulub. İrəli sürülən "Alma-Ata" deklarasiyasına görə, onlar Azərbaycanın BMT bütün dünya ictimaiyyətinə və institutları tərəfindən tanınmış əzəli torpaqlarıdır. Onların heç birinin bu qərara etiraz etməyə hüquqları yoxdur. Onların dediyi o, idi ki, guya ərazidən yol keçirdi. Paşinyanda söz verdi ki, həmin yol öz ərazilərindən olmaqla yenidən çəkiləcək və insanların lazım olan ehtiyacları ödəniləcək. Ona görə də Azərbaycanın həmin birləşmələrə qarşı hər hansı əməliyyat keçirməyinə ehtiyac yoxdur. Çünki o kəslər Ermənistanın daxilində erməni hakimiyyətinə qarşı edirlər. Buna görə də o təxribatçılara qarşı Ermənistan hakimiyyəti özü tədbir görməlidir. Sözsüz ki, təxribatçılar silahlarını bizə tərəf yönləndirsələr, layiqincə cavablarını alacaqlar".

Qeyd edək ki, Ermənistanın "Döyüş Qardaşlığı" təşkilatının 5 üzvü saxlanılıb. Bu barədə təşkilatın Teleqram kanalı məlumat yayıb. Məlumatda bildirilib ki, təşkilatın üzvləri Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan, Aramais Ağabekyan Noyemberyan polis bölməsinə gətirilib. "Döyüş qardaşlığı" Qazaxın işğalda olan rayonlarının geri qaytarılmasına qarşı çıxan qurumdur. Bu qruplaşma faktiki olaraq muzdluların toplaşdığı terror təşkilatıdır. Bir müddət əvvəl onlar Qazaxın işğaldakı kəndlərinə girmişdilər.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1379   Tarix: 22 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında

Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla

18 iyun
.

XİN: "İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur"

"İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur". Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb:. "1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslarda

29 iyun
.

Çörək almağa gedən gənc qız itkin düşdü

Sumqayıtda 20 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Aysel Rüstəmli iyunun 28-i saat 17:00 radələrində yaşadığı evdən çörək almaq məqsədilə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Yaxınları onun itki

30 iyun
.

Pirşağıda dənizdə qadın batıb

Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır

29 iyun
.

Ebola virusu Avropa və Asiyaya yayıla bilər - Yaxın bir ayda risk altında olan ölkələr

Ebola virusuna yoluxmuş Afrika sakinlərinin 30 gün ərzində Avropa və Asiyanın əsas tranzit hava limanlarında olması ehtimalı yüksəkdir. -ın xəbərinə görə, bu barədə yapon alimlərinin - Ryo Kinosita, Motoi Sudzuki və Daysuke Yoneokinin "medRxiv" portalında dərc olunmuş riyazi modelləşdirməsind

16 iyun
.

Zakir Həsənov yeni generallara rütbələrini təqdim etdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor"

26 iyun
.

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. Oxu.Az "Reuters" agentliyinə ist

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 896-ya yüksəlib. Son hesabata əsasən, ölkədə sutka ərzində infeksiyaya 21 yeni yoluxma hal

19 iyun
.

"Focus": "Madyarın qərarı Ukrayna üçün zərbə olacaq"

Macarıstanın Baş naziri Peter Madyarın Ukraynanın Avropa İttifaqına (Aİ) sürətləndirilmiş şəkildə qoşulması ilə bağlı bəndi Aİ sammitinin ilk gününün yekun sənədindən çıxarması Kiyevə zərbə olacaq. xəbər verir ki, bu barədə Almaniyanın "Focus" jurnalında məqalə dərc edilib. Yazının müəllif

20 iyun
.

Gəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu - FOTO

Gəncədə orta məktəbin qarşısında şagirdi qətlə yetirən yeniyetməyə hökm oxunub. -ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Fərid Şabanovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə F.Şabanov 10 il azadlıqdan məhru

29 iyun