Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?
Qazaxın anklav olmayan 4 kəndinin (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) Azərbaycana qaytarılması Ermənistanın siyasi-ictimai gündəmini alt-üst edib.
Publika.az xəbər verir ki, Ermənistan müxalifəti və mövcud hakimiyyəti qəbul etməyənlər Paşinyana qarşı ittihamlar irəli sürür.
Bu kontekstdə erməni ekspert Naxri Xoxikyanın açıqlaması xüsusilə diqqət çəkir. Xoxikyan iddia edir ki, kəndlərin təhvil verilməsi 23-24 aprelə - (qomdarma) "erməni soyqırımı"nın ildönümünə hesablanıb. Onun iddiasına görə, bu, məhz rəsmi Bakının tələbi ilə baş verir.
"Simvolik günlərə diqqət edin, bunlar azərbaycanlılar üçün önəmlidir. 2020-ci ilin 27 sentyabrında müharibə başladı. Düz 100 il əvvəl – 1920-ci ilin 27 sentyabrında Türkiyə Qarsı ələ keçirmişdi (ermənilər Qarsı qondarma "Qərbi Ermənistana" aid edirlər-red). Ermənistanın kapitulyasiya imzaladığı 2020-ci ilin 9 noyabrında (9-10 noyabr razılaşması-red) Azərbaycanın bayraq günü idi. Kəlbəcərin Azərbaycana təhvil verildiyi 25 noyabr tarixi "Avo"nun (terrorçu Monte Melkonyan-red) doğum günüdür. 2021-ci ilin 12 may tarixində Azərbaycan Qaragöl sahilini nəzarətə götürdü, 12 may 1994-cü ildə Azərbaycanın məğlubiyyət sənədi (atəşkəs razılaşması-red) imzalandığı gündür. 2023-cü ilin 19-20 sentyabrında Qarabağda hər şey bitdi, bir gün sonra – 21 sentyabrında ermənilər oranı tərk etdi. Həmin gün Ermənistanın müstəqillik günü idi. 2024-cü ilin 19 aprelində Ermənistan 4 kəndi Azərbaycana qaytarmağa razılaşdı. Bu ərazilər Tavuş vilayətinin ən azı 10 kəndinin təhlükəsizliyini və Gürcüstanla dövlətlərarası yolu təmin edən bölgədir. Hökumət mənbələrinin məlumatına görə, Azərbaycan bu kəndlərin 23-24 aprel tarixində verilməsini tələb edib. Hər kəs 24 aprelin nəyin simvolu (qondarma "erməni soyqırımı" - red) olduğunu bilir", - o deyib.
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 999 Tarix: 23 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyədə mədəndə uçqun: Ölən var
Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır
17 iyunUkraynada məzun qızlar müharibədə ölən atalarının məzarları önündə - VİDEO
Ukraynada məzun qızlarla ataları arasında yaşanan duyğusal anlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. xəbər verir ki, məzuniyyət günündə çəkilən görüntülər müharibənin ailələr üzərində buraxdığı izləri bir daha nümayiş etdirib. Bəzi məzunlar həyatlarının ən önəmli günlərindən birində Rusiya-Ukrayn
16 iyunKafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi
Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo
19 iyunİmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI
I və IV ixtisas qrupları (o cümlədən II qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun tarixində keçirilən imtahanda 7 nəfər ən yüksək bal toplayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında qeyd edilib. I ixtisas qrupu üzrə ən yüksə
24 iyunAzərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi
Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb. xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədəki diplomati
22 iyunGəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...
Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili
18 iyunBakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında
Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla
18 iyun