Müzakirələr qızışdı: Milli Məclisə iki seçki keçiriləcək? – Kritik səbəb
Son günlər ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müzakirələr gedir. Milli Məclisin deputatı Qüdrət Həsənquliyev müvəqqəti parlamentin formalaşdırılması versiyasını irəli sürüb. Məlumata görə, bundan bir qədər sonra referendum, ardınca isə yenidən MM-ə seçkilər ola bilər.
Milli Məclisin deputatı Zahid Oruc Globalinfo.az-a açıqlamasında deyib ki, referendumun bu il keçiriləcəyi ilə bağlı dəqiq məlumat yoxdur:
"Deputat Qüdrət Həsənquliyev uzun illər siyasi həyatda aktivliyi ilə seçilən, dövlət ideallarına malik, parlamentdə konstitusion xarakterli məsələlərə qiymət verən, dərin hüquqi analizlər aparan şəxsdir. O, həmkarlarından bir çox parametrlərinə görə fərqlənir. Bu baxımdan dediyi fikirlər də diqqətçəkəndir.
Ümumiyyətlə, seçkilərin nə zaman keçiriləcəyinin konstitusiya ilə müəyyən edilməsi doğru deyil. Dünyanın onlarla ölkəsində bu məsələ yalnız məcəllənin predmentidir. Məcəlləyə uyğun olaraq təyin edilir".
Deputatın fikrincə, Azərbaycanda müəyyən çoxluq COP29, bələdiyyə və parlament seçkilərinin eyni anda sinxronluğunun necə aparılacağı ətrafında düşünür:
"Milli Məclisin keçid forması 1990-cı illərin əvvəllərində gerçəkləşə bilərdi. O dövrdə ölkəmizin müstəqilliyi həddindən artıq kövrək dövrünü yaşayırdı. Prezident üsul-idarəsi yeni tətbiq olunmuşdu. Yəni Sovet idarəçilik sistemi tamamilə dəyişdirilirdi. Hazırda isə hər üç hakimiyyət qolunun dəqiq sərhədləri konstitusiyamızda müəyyənləşdirilib".
Z.Orucun sözlərinə görə, Azərbaycan dövlət institutları tam şəkildə fəaliyyəti göstərir:
"Növbəti parlament öz siyasi və hüquqi səlahiyyətlərini növbəti dövr ərzində yerinə yetirməyə qadir səviyyədə formalaşacaq".
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1090 Tarix: 23 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
KDR-də Eboladan bir gündə 13 nəfər öldü: Yoluxma sayı ARTIR
Konqo Demokratik Respublikasında (KDR) Ebola xəstəliyi səbəbindən həyatını itirənlərin təsdiqlənmiş sayı son sutka ərzində 13 nəfər artaraq 267-ə yüksəlib. xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb. Məlumata görə, virusuna yoluxan şəxslərin ümumi sayı 1 048 nəfə
23 iyunPirşağıda dənizdə qadın batıb
Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır
29 iyunİlham Əliyev Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən xəbər verir ki, müraciət mətnini Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub
29 iyunNiderlandda ilk: 12 yaşdan kiçik uşaq evtanaziya edildi
Niderlandda ilk dəfə olaraq 12 yaşdan kiçik uşaq 2024-cü ildən etibarən 1 yaşdan 12 yaşa qədər olan xəstələrin həyatına aktiv şəkildə son qoyulmasına imkan verən qaydalara əsasən, evtanaziya edilib. Söhbət vəziyyətinin yüngülləşdirilməsinin qeyri-mümkün olduğu ölümcül xəstə uşaqlardan gedir. -ın xəbərin
23 iyunTovuzda gənc oğlan çayda batdı
Tovuz rayonunda gənc oğlan çayda çimərkən batıb. -ın məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb. Ağdam rayon sakini - 2004-cü il təvəllüdlü İlham Şirinov Tovuz çayında çimərkən boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəl
16 iyunŞuşada TDT-nin dini qurum rəhbərlərinin ilk görüşü keçiriləcək
İyunun 30-da Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşü keçiriləcək. xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, tədbirdə TDT Baş katibinin, eləcə də üzv ölkələri
24 iyun