ABŞ Hikmət Mirzəyevi və Azərbaycan rəsmilərini niyə HƏDƏFƏ ALIB? - ŞƏRH

ABŞ Hikmət Mirzəyevi və Azərbaycan rəsmilərini niyə HƏDƏFƏ ALIB? - ŞƏRHXəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nda fəal rol oynadığı iddia edilən 40-dan çox dövlət adamının, hərbçinin, hakimin və nazirin adı yer alıb.Təqdim edilən siyahıda əsasən hərbiçilərdir. Bu ölkədə hazırda xalq arasında ən sevilən qurumların başında Azərbaycan Ordusu gəlir. Onun da ən sevilən zabitini - general Hikmət Mirzəyevin adını siyahıda xüsusi vurğulayıblar. Bəs ABŞ niyə Hikmət Mirzəyevi və 40 Azərbaycan rəsmisini hədəfə alıb?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev deyib ki, ABŞ-də müzakirəyə çıxarılacaq sanksiyalar məsələsi Azərbaycana qarşı elan edilmiş hibrid müharibənin bir elementi kimi qiymətləndirilir:

" Xüsusilə 44 günlük müharibədə ölkəmizin Vətən müharibəsi qəhrəmanı Hikmət Mirzəyevin və digər məmurlarımızın adının olması ərazilərimizi işğaldan azad etməsinə qarşı qisas xarakteri daşıyır. Onlar heç cürə bunu həzm edə bilmirlər. Azərbaycan torpaqlarını işğaldan azad etdi və antiterror əməliyyatı ilə separatizmin kökünü birdəfəlik kəsdi. Ərazilərimiz tamamilə nəzarətə götürüldü və Rusiya sülhməramlılari regionu artıq tərk edir. 2020-ci ilin sentyabrın 27-dən bu günə qədər baş verən hadisələrin əsas səbəbkarlarını bu yaxud digər formada beynəlxalq sanksiyalara bağlamaqla insanları cəzalandırmağa çalışırlar. Belə bir görüntü yaratmaq, Azərbaycan üçün çox bir şeyi dəyişməyəcək".

Ekspertin sözlərinə görə, Hikmət Mirzəyevin Azərbaycan dövləti və xalqı üçün etdikləri bir tarixdir.

"Adətən deyirlər ki, sərkərdələr xalqların taleyidir. Eyni dönəmdə bizim 44 günlük müharibədə qələbəmizin səbəbkarlarından biri də Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyev idi: Bunu bilərəkdən, yəni şüurlu şəkildə edirlər. Onlar sahədə olan məğlubiyyətlərini indi masada bu kimi tədbirlərdə, beynəlxalq məhkəmələrdə əvəz kimi çıxmağa çalışırlar. Biz ilə müharibəni artıq o mərhələyə daşıyacaqlar. Müharibənin davamını bizimlə bu kimi sanksiyalar və həmin sanksiyalara daxil edilən şəxslərin cəzalandırılması ilə aparacaqlar. Cənab Prezident bu halları andiçmə mərasimində bildirmişdi. İndi bu da onun tərkib hissəsidir. Yavaş-yavaş bu hibrid müharibənin izləri üzə çıxır. Hazırda bu sanksiyalar qəbul edilməyib və irəli sürülmüş təkliflərdir. Bunu ABŞ bir şantaj vasitəsi kimidə istifadə edə bilər. Hətta bunun baş tutmaması ehtimalı belə var. Amma onların bu sanksiyaları qəbul etməyi ölkəmiz və xalqımız üçün çox bir şeyi dəyişməyəcək".

Qeyd edək ki, General Hikmət Mirzəyev müdafiə nazirinin müavinidir. ABŞ ilə NATO-nun Azərbaycanla müdafiə sahəsində əməkdaşlıq etmək istədiyi bilinən məqamdır. Qanun layihəsində isə Bayden administrasiyasına ABŞ qanunvericiliyi, o cümlədən Qlobal Maqnitski Qanunu çərçivəsində 180 gün ərzində qeyd edilən şəxslərə qarşı sanksiyalar haqqında qərar qəbul etmək çağırışı yer alacaq.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1745   Tarix: 23 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Moldova səfiri Rusiya XİN-ə çağırılıb

Moldova səfiri Lilian Dariy bu gün Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" xəbər verir ki, bu barədə Rusiya mediası XİN-ə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiya diplomatik kuryerlərinin saxlanılmasına görə ona qəti etiraz bildirilib. "Rusiya XİN-ə çağırılan Moldov

26 iyun
.

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə "Ford" markalı nəqliyyat vasitəsinin sürücüsü E.Həsənov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı müvafi

29 iyun
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

3 iyul
.

KDR-də Eboladan bir gündə 13 nəfər öldü: Yoluxma sayı ARTIR

Konqo Demokratik Respublikasında (KDR) Ebola xəstəliyi səbəbindən həyatını itirənlərin təsdiqlənmiş sayı son sutka ərzində 13 nəfər artaraq 267-ə yüksəlib. xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb. Məlumata görə, virusuna yoluxan şəxslərin ümumi sayı 1 048 nəfə

23 iyun
.

Türkiyədə mədəndə uçqun: Ölən var

Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır

17 iyun
.

Zakir Həsənov yeni generallara rütbələrini təqdim etdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor"

26 iyun
.

"Focus": "Madyarın qərarı Ukrayna üçün zərbə olacaq"

Macarıstanın Baş naziri Peter Madyarın Ukraynanın Avropa İttifaqına (Aİ) sürətləndirilmiş şəkildə qoşulması ilə bağlı bəndi Aİ sammitinin ilk gününün yekun sənədindən çıxarması Kiyevə zərbə olacaq. xəbər verir ki, bu barədə Almaniyanın "Focus" jurnalında məqalə dərc edilib. Yazının müəllif

20 iyun
.

Filippində 6.4 bal gücündə zəlzələ baş verib

Filippində 6.4 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Almaniya Geofizika Tədqiqatları Mərkəzi (GFZ) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar arxipelaqın böyüklüyünə görə ikinci adası olan Mindanaoda hiss edilib. Mütəxəssislər seysmik hadisənin episentrinin yer səthindən 29 kilomet

26 iyun
.

Bakıda 19 yaşlı qız eyvandan yıxıldı

Bakıda 19 yaşlı qız binadan yıxılıb. -ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. 2007-ci il təvəllüdlü Z.Hüseynova yaşadığı binanın 3-cü mərtəbəsinin eyvanından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Z.Hüseynovanın vəziyyəti ağırdır

22 iyun