Bakı-Quba yolunda "Shacman"ın körpüyə çırpılması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO

Bakı-Quba yolunda "Shacman"ın körpüyə çırpılması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO"Bakı-Quba yolunda baş verən qəzada xəsarət alan yoxdur".

Bununla bağlı, Oxu.Az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev məlumat verib.

Məlumatda qeyd olunur ki, hadisə Bakı-Quba yolunun 46-cı kilometrdə qeydə alınıb:

"Sürücü Həsən Muxtar oğlu Həziyevin idarə etdiyi 10-ZF-699 dövlət nömrə nişanlı "Shachman" markalı nəqliyyat vasitəsi körpüyə çırpılıb və üst hissəsi (kabinə) yerindən çıxıb. Hadisə yük maşınında yaranan nasazlıq səbəbindən baş verib. Hadisə nəticəsində xəsarət alan yoxdur.

Baş Dövlət Yol Polis İdarəsi tərəfindən bu istiqamətdə mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilməsinə baxmayaraq, bəzi sürücülərin hələ də nəqliyyat vasitələrini nasaz vəziyyətdə idarə etməsinin və nəticədə bu cür arzuolunmaz hadisələrin baş verməsinin şahidi oluruq.

Bir daha bildirmək istəyirik ki, yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər yükdaşıma qaydalarına əsasən apardıqları yükün xüsusi şəkildə qablaşdırılmasına xüsusi diqqət göstərməli və nəqliyyat vasitələrini tam saz formada idarə etməlidirlər ki, sonda bu cür hadisələr baş verməsin".

09:00
Bakı-Quba yolunun Yaşma qəsəbəsindən keçən hissəsində "Shacman" markalı yük maşını qəza törədib.

Oxu.Az xəbər verir ki, bununla bağlı video sosial şəbəkədə yayımlanıb.

Qəza zamanı yük maşını körpüyə çırpılıb. Hadisəyə səbəb kimi sürücünün maşını yük yeri yuxarı vəziyyətdə idarə etməsi göstərilir.

Qəza nəticəsində körpüyə və yük avtomobilinə ciddi ziyan dəyib.
Videonu təqdim edirik:


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 500   Tarix: 25 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıdan Amerikaya köçməyin asan yolları hansılardır? - AĞILASIĞMAZ FAKTLAR - VİDEO

Fürsətlər və arzular ölkəsi kimi tanıdılan ABŞ-yə getmək istəyən azərbaycanlıların sayı az deyil. Hər kəs bu ölkəyə rəsmi qayda da gedə bilmir. Bu zaman isə qaçaq yola üz tutulur. İddia edilir ki, qaçaq yolla insanların ABŞ-yə aparılması ilə məşğul olan şəxslər bunu minlərlə dollar müqabilində həyat

2 may
.

Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO/VİDEO

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində işğaldan azad olunmuş ərazilərə səfər edən dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar. AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Xankəndi şəhərinin mərkəzi meydanına gəlib. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəs

3 may
.

Bakıda azyaşlı ölümdən son anda xilas oldu - ANBAAN VİDEO

Bakıda azyaşlı özünü maşının altına atıb. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb. Bildirilib ki, sözügedən hadisə metronun "İnşaatçılar" stansiyası yaxınlığında baş verib. Belə ki, yolu keçmək istəyən azyaşlı son anda xilas olub. Həmin görüntüləri təqdim edirik:

3 may
.

Bakının bir yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa olunaraq, əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib

4 may
.

Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO

İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin Muradxanlı kəndində keçirilən qəbulundan sonra iştirakçılardan biri saxlanılıb. "Qaynarinfo"nun məlumatına görə, həmin şəxs kəndin 1961-ci il təvəllüdlü sakinidir və fermerdir. İkinci dərəcəli əlil olan həmin şəxs Elçin Rzayev çıxış edərkə

3 may
.

Siqaret çəkən zaman saçları yanan qadın faciəvi şəkildə ÖLDÜ

ABŞ-də hər kəsi şoka salan hadisə baş verib. xarici mənbəyə istinadən xəbər verir ki, 46 yaşlı Treysi Enn Qardiner mətbəxdə siqaret çəkərkən parikini yandırıb. O, nə edəcəyini bilmədiyi üçün əvvəlcə yataq otağına doğru qaçıb. Çarpayısına və paltarına sintetik saç parçaları düşməsi nəticəsində evdə yanğı

4 may
.

3 uşağı olan analar 51 yaşında PENSİYAYA ÇIXSIN - TƏKLİF

Bidiyimiz kimi, vaxtilə Azərbaycanda 3 uşağı olanlar analar vaxtından əvvəl - 51 yaşında pensiyaya çıxırdı . Bu məsələ zaman-zaman sosioloqlar tərəfindən də dəstəklənir. Eyni zamanda Milli Məclisdə 3 uşağı olan anaların vaxtından əvvəl pensiyaya çıxması ilə bağlı müzakirələr gedir. Bəs Azərbaycanda

3 may
.

Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO

Ermənistanın Tavuş rayonunun Kirants (Günən - red.) kəndi istiqamətində sərhəd xəttinin haradan keçəcəyinə dair xəritə yayılıb. Məlumata görə, Ermənistan Parlamentinin deputatı Qarnik Danielyan xəritədə Kirantsdakı sərhədin razılaşdırılmış koordinatlara uyğun olaraq dəqiq harada olacağını göstərib. Qey

3 may
.

Qarabağdan çıxıb, Zəngəzura girdilər… – "Yerləri dəqiq bilinmir"

Ötən ay Qarabağı tərk edən Rusiya sülhməramlıları Ermənistana yerləşdirildi. Rəsmi İrəvan sülhməramlı karvanının Ermənistanın Sünik (Zəngəzur – red.) rayonunun Gorus və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə yollandığını açıqladı. Ermənistan rəsmiləri sülhməramlıların ölkəni tərk edəcəyini bildirsələ

3 may