Qəbul imtahanlarında olan bu fənlər LƏĞV OLUNUR?- VACİB AÇIQLAMA

Qəbul imtahanlarında olan bu fənlər LƏĞV OLUNUR?- VACİB AÇIQLAMABu gün Azərbaycanda tətbiq edilən imtahan modeli ilə bağlı ciddi narazılıqlar var. Bu baxımdan şagirdlər və abituriyentlər bütün vaxtlarını həmin imtahanlara hazırlaşmaqla keçirirlər. Bu bu baxımdan ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında hansı fənlər ləğv oluna bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib ki, Azərbaycan müstəqilliyi əldə etdikdən sonra, ali təhsil müəssisələrinə qəbul imtahanları test üsulu vasitəsilə həyata keçirilir:

"Etiraf edək ki, son illər dünyada, elm və texnologiyada əldə edilən irəliləyişlər onu göstərir ki, imtahanlar sadələşməlidir. Ümumiyyətlə Azərbaycan ali təhsil müəssisələrinə qəbul olmaq çox çətindir. Bizim abituriyentlərimiz, şagirdlərimiz bütün güclərini ali təhsil müəssisələrinin qəbul imtahanlarına sərf etdiyinə görə, universitetə daxil olduqdan sonra oxumaqda maraqlı olmurlar. Bu ciddi bir problemdir. Bu gün Azərbaycanda minimum kənd təsərrüfatı yaxud mühəndislik ixtisaslarına qəbul olmaq üçün ağır fizikanı, kimyanı, riyaziyyatı oxumalıdır. İmtahanlar sadələşdirilməlidir".

Ekspertin sözlərinə görə, xüsusən ikinci ixtisas qrupunda tarix fənninə ehtiyac yoxdur. İkinci ixtisas qrupunda yalnız riyaziyyat və coğrafiya fənləri qalmalıdır:

"Üçüncü ixtisas qrupunda fənlər istiqamətlənib. Buna da davam edilməlidir. Ümumiyyətlə imtahan modelləri ağırdır. İlk olaraq iki mərhələli imtahanlar dönəmindəyik. Dördüncü ixtisas qrupunda imtahan verən şəxslər riyaziyyat, Azərbaycan dili və xarici dil, ikinci mərhələdə isə üç fərqli fənlərdən imtahan verirlər. Hesab edirəm ki, dördüncü ixtisas qrupuna gedənlər yalnız fizika, kimya və biologiyadan imtahan verməlidir. Onların birinci mərhələdə verdikləri imtahana birmənalı şəkildə ehtiyac yoxdur. İkinci ixtisas qrupunda bir-birinə əks olan kifayət qədər ixtisaslar var. O ixtisaslar üçün bu qədər fəndən imtahan verməyə ehtiyac yoxdur. Kimsə kimya mühəndisi olmaq istəyirsə, ancaq kimyadan versin. Onun fizikadan imtahan verməyinə ehtiyac yoxdur. Orta məktəblərdə həmin fənlər tədris olunur. Ümumiyyətlə mövcud imtahan qaydalarımız çox çətindir. Yəni biz qaydaları sadələşdirməli, əlçatanlığı təmin etməliyik. Hal-hazırda olan imtahanlar birmənalı şəkildə çətindir".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 6090   Tarix: 24 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyevdən Hüseyn Quliyevlə bağlı SƏRƏNCAM

Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarınd

22 iyun
.

Ukraynada məzun qızlar müharibədə ölən atalarının məzarları önündə - VİDEO

Ukraynada məzun qızlarla ataları arasında yaşanan duyğusal anlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. xəbər verir ki, məzuniyyət günündə çəkilən görüntülər müharibənin ailələr üzərində buraxdığı izləri bir daha nümayiş etdirib. Bəzi məzunlar həyatlarının ən önəmli günlərindən birində Rusiya-Ukrayn

16 iyun
.

Niderlandda ilk: 12 yaşdan kiçik uşaq evtanaziya edildi

Niderlandda ilk dəfə olaraq 12 yaşdan kiçik uşaq 2024-cü ildən etibarən 1 yaşdan 12 yaşa qədər olan xəstələrin həyatına aktiv şəkildə son qoyulmasına imkan verən qaydalara əsasən, evtanaziya edilib. Söhbət vəziyyətinin yüngülləşdirilməsinin qeyri-mümkün olduğu ölümcül xəstə uşaqlardan gedir. -ın xəbərin

23 iyun
.

Bakıda 19 yaşlı qız eyvandan yıxıldı

Bakıda 19 yaşlı qız binadan yıxılıb. -ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. 2007-ci il təvəllüdlü Z.Hüseynova yaşadığı binanın 3-cü mərtəbəsinin eyvanından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Z.Hüseynovanın vəziyyəti ağırdır

22 iyun
.

Ağdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır

Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl

29 iyun
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

3 iyul
.

Gürcüstanda 20 yaşlı azərbaycanlı qız faciəli şəkildə öldü

Gürcüstanın Saqareco vilayətində yaşayış evində baş verən partlayış nəticəsində İlia Dövlət Universitetinin 20 yaşlı tələbəsi Lamiyə Allahverdiyeva dünyasını dəyişib. -yə istinadən xəbər verir ki, hadisə mətbəxdə qaz sızması nəticəsində baş verən partlayış zamanı qeydə alınıb. Partlayış nəticəsində gən

23 iyun
.

Bakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında

Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla

18 iyun
.

Qızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?

Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd

18 iyun