Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaların hazırlanması, saxlanılması və süfrəyə təqdim olunması zamanı sanitar və gigiyenik tələblərə əməl edilməsi kütləvi zəhərlənmə riskinin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bəs, belə kütləvi qida zəhərlənmələrinə hansı amillər səbəb ola bilər və iaşə obyektlərində qidaların hazırlanması, saxlanılması və süfrəyə təqdim olunması zamanı hansı əsas qaydalara əməl edilməlidir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən qida eksperti İlkin Şirinov bildirib ki, Kürdəmirdə keçirilən tədbirdə baş verən zəhərlənmənin əsas səbəbi laborator müayinələrin nəticələrindən sonra müəyyən olunacaq.
"Konkret fakt olmadan hər hansı səbəb üzərində dayanmaq mümkün deyil. Belə kütləvi zəhərlənmələrin qarşısını almaq üçün iaşə obyektlərində qidaların düzgün saxlanılması, hazırlanması və sanitar-gigiyenik normalara əməl olunması əsas tələblərdən biridir. Amma çox təəssüf ki, bu gün şadlıq saraylarında, kafe və restoranlarda bu məsələlər bəzən arxa planda qalır. Kütləvi zəhərlənmələr dəfələrlə baş versə də, hər dəfə obyektə baxış keçirilir, müayinələr götürülür, laborator nəticələr əldə olunur və nəticələrə əsasən tədbirlər görülür. Buna baxmayaraq, zəhərlənmələr dayanmayaraq mütəmadi hal almağa başlayır. Bu kimi hallar isə insan sağlamlığı və həyatı hesabına başa gəlir".
Ekspert bildirib ki, şadlıq saraylarında mayonezli məhsulların və salatların saxlanılması ciddi problemdir:
"Çiy ətin və balıq məhsullarının soyuducularda digər məhsullarla eyni şəraitdə saxlanılması və çarpaz çirklənmə də zəhərlənməyə gətirib çıxaran amillərdən biridir. Ət və ət məhsullarının hansı şəraitdə kəsilməsi, saxlanılması və daşınması kimi məsələlərə də ciddi diqqət yetirilməlidir. Toy və məclislərdə istifadə olunan toyuq, ət, balıq, həmçinin salatlar riskli məhsullar qrupuna aiddir. Konkret olaraq zəhərlənmənin hansı məhsuldan baş verdiyini isə laborator müayinələr olmadan demək mümkün deyil. Mən təklif edərdim ki, toy və məclis sahibləri özləri də bu məsələdə son dərəcə diqqətli olsunlar. Çünki bəzi işbazların insan həyatının riskə atılmasına laqeyd yanaşması göstərir ki, onlar üçün insan həyatından daha çox pul qazanmaq önəmlidir".
Onun sözlərinə görə, əvvəllər toy sahibləri icarəyə yer götürür, məhsulları və ərzaqları özləri alıb gətirirdilər:
"Artıq gedişat onu göstərir ki, restoranlar, kafelər və şadlıq sarayları həmin icarə məsələsini ləğv edib, menyunu özləri tərtib edir və qiymətləri də özləri müəyyənləşdirirlər. Lakin menyuda göstərilən məhsulların həqiqətən də məclisdə təqdim olunan məhsullarla nə dərəcədə eyni olması şübhə doğurur. Məsələn, menyuda farel, nərə balığı və ya kənd toyuğu, kərə yağı, konkret mayonez markası göstərilə bilər. Həmçinin yeməklərin adlarının qarşısında daha cəlbedici olması üçün "kənd toyuğu", "kənd pendiri", "motal pendiri" kimi ifadələr yazılır. Amma menyuda göstərilən məhsulla məclis zamanı süfrəyə verilən qidanın eyni olub-olmadığını heç kim yoxlamır. Dəfələrlə görmüşük ki, menyuda quzu əti yazılır, amma məclisə başqa, bəlkə də yaşlı heyvan əti təqdim olunur. Bunun fərqinə yalnız toy sahibi və ya məclisdə olanlar yeməklə bağlı şikayət etdikdən sonra varırlar. Eyni vəziyyət balığın təzəliyinə də aiddir. İcarə məsələsində məhsulları və ərzaqları toy və ya məclis sahibi görmür. O, yalnız məclis başlayandan sonra süfrəyə təqdim olunan qidaları görür. Bu kimi məsələlər də mövcud icarə sistemini şübhə altına alır".
Ekspert qeyd edib ki, yaxşı olardı ki, şadlıq saraylarında və restoranlarda effektiv nəzarət mexanizmi işləsin. İnsanların həyatı bu cür təhlükələrlə üz-üzə qalmamalıdır.
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Oktyabrda hava necə olacaq?
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Fiqu "Qızıl top"un favoritlərini AÇIQLADI
Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar
"Məni silkələyən ikinci belə hadisə olmayıb"