Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib.
"Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqında geniş paylaşımlar edərək minlərlə istifadəçinin diqqətini çəkib.
Olqa səfərdən öncə böyük narahatlıq keçirdiyini və müxtəlif rəsmi qurumlara müraciət etdiyini bildirib:
"Ən əsası onu demək istəyirəm ki, başlanğıcda bu səfərə maksimum dərəcədə hazırlaşmışdım. Mümkün olan bütün xidmətlərə yazmaq qərarına gəldim və hamısı mənə cavab verdi: əlbəttə ki, sizi gözləyirik, gəlin, heç bir problem yaşanmayacaq".
Sərhəd keçidi zamanı gözlədiyindən də rahat qarşılandığını deyən Tamazyan təəssüratlarını bölüşüb:
"Hava limanına çatanda şokda idim. Sərhədçilər bizi çağırdılar, baş zabiti dəvət etdilər. O, sadəcə harada qalacağımızı soruşdu və vəssalam. Bu, cəmi beş dəqiqə vaxtımızı aldı".
Tamazyan vurğulayıb ki, Bakıda olduqları müddətdə mehmanxanada, taksidə və şəhərin müxtəlif yerlərində erməni soyadlarını görmələrinə baxmayaraq, bir nəfərdən belə mənfi münasibət və ya mənfi söz eşitməyiblər. Bakıda Zəfər Parkını da ziyarət edən turist qeyd edib ki, onun şəxsi təcrübəsi əvvəllər onda olan qorxuları tamamilə alt-üst edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Rəşid Mahmudovun evində partlayış baş verib?
Rusiyalı milyarderlər Putindən sonrakı dövrə hazırlaşır: Kremldə hakimiyyət dəyişikliyi ssenariləri müzakirə olunur
Güclü küləklə bağlı xəbərdarlıq
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri
Prezident İlham Əliyevdən milli teleradioya mühüm mesaj: Azərbaycan həqiqətlərinin təbliği strateji vəzifədir
Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri
Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
Kadir İnanırın mirasının məbləği açıqlandı
1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan-Böyük Britaniya arasında əməkdaşliq perspektivləri