Azərbaycanda kataloqdan "ər" seçmək: Bu biznesdən XƏBƏRİNİZ VAR? - ARAŞDIRMA

Azərbaycanda kataloqdan "ər" seçmək: Bu biznesdən XƏBƏRİNİZ VAR? - ARAŞDIRMABu gün Azərbaycanda boşanmaların artdığı, nikahların isə azaldığı zamanlara gəlib çıxmışıq. Son statistikalarda bildirilib ki, Azərbaycanda boşanmaq istəyənlərin 70 faizi qadınlardır. Kimisi zorakılığa məruz qaldığından, kimisi psixososial durumdan, kimisi isə kənar müdaxilələrdən çıxış yolunu boşanmaqda görür. Digər tərəfdən Azərbaycanda evlilik yaşı belə artıq dəyişib. Bu gün Azərbaycanda gənclər evlənmək niyyətində deyillər. Əlbəttə ki, bunun digər bir səbəbi karyeradan başqa, sosial-iqtisadi problemlərdir.

Bir çox ölkələrdə münasibəti olmayan və evlənə bilməyən şəxslər nikah agentlikləri və tanışlıq kimi qurumlara müraciət edirlər. Hətta bununla məşğul olan platformalarda var. Azərbaycanda da bu kimi qurumlar az da olsa fəaliyyət göstərir. Hətta telekanllarda da bununla bağlı şou xarakterli verilişlər hazırlanırdı. Lakin cəmiyyət arasında bu kimi qurumlara yaxud agentliklərə yanaşma birmənalı deyil. Kimisi müsbət qarşılasa, kimisi də həmin qurumların fəaliyyətini tənqid edir. Bəs bunun səbəbi nə ilə bağlıdır? Mütəxəssislər onların fəaliyyətini necə qiymətləndirir?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Mail Yaqubov deyib ki, indiki zamanda nikah agentlikləri yaxud tanışlıq şirkətlərinin fəaliyyəti müsbətdir:
Azərbaycanda kataloqdan "ər" seçmək: Bu biznesdən XƏBƏRİNİZ VAR? - ARAŞDIRMA"Belə agentliklərin olmasına müsbət baxıram. Burada pis heç bir şey yoxdur. Əgər bəy və xanım orada tanış olub, onlar deyir işə vəsilə olurlarsa, burada pis bir şey yoxdur. Əksinə bu kimi agentliklərin olması çox gözəldir. Çünki eyni şəhərdə bir-birinə uyğun olan cütlüklər var. Onlar bir-birindən xəbərsizdir və tanımırlar. Belə agentliklər olmalıdır. Bəzi televiziya proqramlarında yüngül verilişlər hazırlayırlar. Bu kimi halları agentliklərin fəaliyyəti ilə qarışdırmaq olmaz. Bunlar ayrı-ayrı məsələlərdir. Amma ümumilikdə həmin agentliklərin olması indiki boşanmaların artdığı, nikahların azaldığı bir vaxtda onların fəaliyyətlər göstərməsi gözəl bir təşəbbüsdür".

Məsələ ilə bağlı klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov saytımıza öz fikirlərini bölüşüb. Onun sözlərinə görə, insanlar şəxsi həyatları ilə bağlı qərar vermək istəyəndə, başqalarının üzərinə məsuliyyət qoymağa çalışırlar:
Azərbaycanda kataloqdan "ər" seçmək: Bu biznesdən XƏBƏRİNİZ VAR? - ARAŞDIRMA"Böyüklər də daha doğru qərar verə bilərlər deyə, bu məsuliyyəti öz üzərinə götürmüş olurlar. Formalaşmış düşüncə budur. İnsan üç anlayışı özü seçmir- doğulduğu ailə, vətən və zaman. Hər zaman bu üç anlayış üzərində yaşadığı dövr ərzində mübarizə aparır. İnsanın seçimləri isə onun öz psixologiyasından gələn qərarlar olmalıdır. Belə olmadığı halda hər zaman problemlər yaranacaq. Yaranan problemlərə münasibət bildirəndə başqalarını günahlandırırlar. Biz bu düşüncə xətasını dəyişmək üçün edəcəyimiz səhvlərdən qorxmamalıyıq. İnsan etdiyi səhvlərdən qorxmamalıdır. İnsanın şəxsi həyatında edəcəyi səhvlər həm də onun şəxsiyyət kimi formalaşmasına təsir edəcəkdir".

Psixoloqun sözlərinə görə, cütlüklərə ailə qurmamışdan əvvəl psixoloji uyğunluq testindən keçərək konsultasiya almaları tövsiyə olunur:

"Əgər psixoloji uyğunluq testində uyğunsuzluq yaranarsa, cütlüklər seanslara cəlb edilir və gələcəkdə yarana biləcək problemlər aradan qaldırılır. Bu günləri boşanmaların 99 faiz səbəbi psixoloji uyğunsuzluqdur. Yəni şəxslər arasında yaranmış problem psixoloji uçurumdur. Bütün problemlərdə dialoqun itməsidir. Dialoq o zaman itir ki, şəxslər artıq öz düşüncələrində bir-birindən ayrılmış olurlar və bərpa edə bilmirlər. Empatiya qurmur və gələcəyə baxışlarını formalaşdıra bilmirlər. Yenidən xüsusi olaraq vurğulamaq istədiyim məqam odur ki, ailə qurmamışdan əvvəl psixoloji konsultasiya üçün psixoloqlara müraciət etsinlər".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1345   Tarix: 24 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyevdən Hüseyn Quliyevlə bağlı SƏRƏNCAM

Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarınd

22 iyun
.

Ukraynada məzun qızlar müharibədə ölən atalarının məzarları önündə - VİDEO

Ukraynada məzun qızlarla ataları arasında yaşanan duyğusal anlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. xəbər verir ki, məzuniyyət günündə çəkilən görüntülər müharibənin ailələr üzərində buraxdığı izləri bir daha nümayiş etdirib. Bəzi məzunlar həyatlarının ən önəmli günlərindən birində Rusiya-Ukrayn

16 iyun
.

Niderlandda ilk: 12 yaşdan kiçik uşaq evtanaziya edildi

Niderlandda ilk dəfə olaraq 12 yaşdan kiçik uşaq 2024-cü ildən etibarən 1 yaşdan 12 yaşa qədər olan xəstələrin həyatına aktiv şəkildə son qoyulmasına imkan verən qaydalara əsasən, evtanaziya edilib. Söhbət vəziyyətinin yüngülləşdirilməsinin qeyri-mümkün olduğu ölümcül xəstə uşaqlardan gedir. -ın xəbərin

23 iyun
.

Bakıda 19 yaşlı qız eyvandan yıxıldı

Bakıda 19 yaşlı qız binadan yıxılıb. -ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. 2007-ci il təvəllüdlü Z.Hüseynova yaşadığı binanın 3-cü mərtəbəsinin eyvanından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Z.Hüseynovanın vəziyyəti ağırdır

22 iyun
.

Ağdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır

Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl

29 iyun
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

3 iyul
.

Gürcüstanda 20 yaşlı azərbaycanlı qız faciəli şəkildə öldü

Gürcüstanın Saqareco vilayətində yaşayış evində baş verən partlayış nəticəsində İlia Dövlət Universitetinin 20 yaşlı tələbəsi Lamiyə Allahverdiyeva dünyasını dəyişib. -yə istinadən xəbər verir ki, hadisə mətbəxdə qaz sızması nəticəsində baş verən partlayış zamanı qeydə alınıb. Partlayış nəticəsində gən

23 iyun
.

Bakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında

Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla

18 iyun
.

Qızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?

Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd

18 iyun