Göyçə və Zəngəzur ətrafında vacib gəlişmə: Ermənilərin taleyi burada həll olunur
"Azərbaycanla Ermənistan arasında sülh gündəliyində konstitusiya dəyişikliyi ilə bağlı Bakının tələbi fonunda qarşı tərəfin davranışları diqqət çəkir. Ermənistanın baş naziri Nikol Paşinyan indi diqqəti başqa istiqamətə yönəltməyə çalışır. Onun sonuncu dəfə "Azərbaycanla yeni sərhəd formalşdırmırıq, keçmiş sovet dövrünə aid sərhədləri təyin edirik" açıqlaması da məntiqdən tamamilə uzaqdır".
Moderator.az bildirir ki, bunu Teleqraf.com-a "Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov deyib.
O qeyd edib ki, keçmiş SSRİ-nin sərhədləri ilə bağlı yanaşmalara konkret fikir bildirmək olmaz:
"Onun hansı illərə aid olması məsələsinə baxılmalıdır. Paşinyan 1970-90-cı illərin xəritələrinə istinad edir. Keçmiş SSRİ dövründə respublikalar arasında qeyri-legitim, qeyri-qanuni sərhədlər olub. Bu sərhədlərə heç kəs əsas nümunə kimi yanaşmaz. Respublikalar arasında əsas sərhədlər 1918-20-ci illərdə mövcud olub. 1918-ci ildə Milli Şura qeyri-legitim olaraq İrəvanı ermənilərə güzəştə gedib. Lakin bundan sonra ermənilər Zəngəzura, Göyçəyə, Qarabağa və bütün Azərbaycan torpaqlarına iddialarını davam etdiriblər. 1920-ci ildən başlayaraq 30-cu illərin birinci yarısına qədər Zəngəzur, Göyçə və Naxçıvan torpaqları Ermənistan SSR-yə verilib".
Politoloq bildirib ki, Azərbaycan cəmiyyətində vaxtaşırı olaraq məhz tarixi torpaqların geri qaytarılması məsələsi gündəmə gətirilir:
"Ona görə də, bu gün ermənilərin müqəddəratı Zəngəzurda, Göyçədə həll olunur. Fakt odur ki, Sırbızyan, Köçəryan, II Katolikos qismində onların iddiasında Qarabağın məsələsinin gələcəkdə olması iddia edilir. Separatçı Samvel Şahramanyan özünü hansısa "ölkənin prezidenti" adlandırır.
İndi isə Qarabağ ermənilərinin və kilsənin istəyi ilə Ermənistanda hakimiyyət dəyişikliyinin olacağı ya da daha rasional düşünən şəxslərin istəklərinin reallaşacağı məsələsi aktualdır".
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1019 Tarix: 21 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlham Əliyev Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən xəbər verir ki, müraciət mətnini Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub
29 iyunAzərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi
Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb. xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədəki diplomati
22 iyunTürkiyədə mədəndə uçqun: Ölən var
Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır
17 iyunTürkiyədə sursat anbarında PARTLAYIŞ: Ölənlər var
Türkiyənin Kırıkkale bölgəsində özəl bir şirkətə məxsus sursat anbarı və utilizasiya müəssisəsində baş verən partlayış nəticəsində iki nəfər həlak olub. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Kırıkkale valiliyindən verilən məlumata görə, hadisədən dərhal sonra müvafiq qurumla
23 iyunAvropa Azərbaycanla əməkdaşlığı genişləndirir
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind
3 iyulBakıda 19 yaşlı qız eyvandan yıxıldı
Bakıda 19 yaşlı qız binadan yıxılıb. -ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. 2007-ci il təvəllüdlü Z.Hüseynova yaşadığı binanın 3-cü mərtəbəsinin eyvanından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Z.Hüseynovanın vəziyyəti ağırdır
22 iyunNiderlandda ilk: 12 yaşdan kiçik uşaq evtanaziya edildi
Niderlandda ilk dəfə olaraq 12 yaşdan kiçik uşaq 2024-cü ildən etibarən 1 yaşdan 12 yaşa qədər olan xəstələrin həyatına aktiv şəkildə son qoyulmasına imkan verən qaydalara əsasən, evtanaziya edilib. Söhbət vəziyyətinin yüngülləşdirilməsinin qeyri-mümkün olduğu ölümcül xəstə uşaqlardan gedir. -ın xəbərin
23 iyun