Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaqAzərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır.

Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqqı nə qədər olacaq? Azərbaycanda minimum əməkhaqqının da qarşıdakı illərdə artırılması gözlənilirmi?

Globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı Vüqar Oruc deyib ki, hazırda minimum əməkhaqqı 400 manatdır:

"Bu məbləğin təxminən 70 faiz artırılması minimum əməkhaqqının 680 manata çatdırılması deməkdir. Yəni 650-700 manat aralığında məbləğin müəyyənləşdirilməsi minimum əməkhaqqının əhəmiyyətli dərəcədə artırılması anlamına gəlir. Minimum əməkhaqqının hazırkı səviyyədən 50-70 faiz artırılması vacibdir. Bu artım qiymətlərin yüksəlməsi fonunda real gəlirlərin qorunmasına və əhalinin istehlak imkanlarının yaxşılaşdırılmasına xidmət edə bilər. Eyni zamanda, artımın təmin edilməsi üçün müvafiq maliyyə imkanları da nəzərə alınmalıdır".

İqtisadçı bildirib ki, indiki şəraitdə bir çox müəssisələrdə işçiyə 700-800 manat maaş verildiyi halda müqavilədə rəsmi olaraq minimum əməkhaqqı məbləği göstərilir:

"Əməkhaqqının digər hissəsi isə qeyri-rəsmi şəkildə ödənilir. Bu baxımdan minimum maaşın artırılması ilə yanaşı, qərarın icrasına da ciddi nəzarət edilməlidir ki, əmək münasibətləri daha şəffaf olsun. Əgər minimum əməkhaqqı 600, 660 və ya 700 manat səviyyəsində müəyyənləşdiriləcəksə, işəgötürənlərin bundan aşağı rəqəm göstərməsinə yol verilməməlidir. Əks halda, minimum əməkhaqqının artırılması formal xarakter daşıya və işçilərin real gəlirlərinə təsiri məhdud qala bilər".

Ekspert qeyd edib ki, minimum maaşın növbəti illərə saxlanılmadan məhz indiki mərhələdə artırılması daha məqsədəuyğundur:

"Konkret məbləğ müəyyən edilərkən orta aylıq əməkhaqqının səviyyəsi, əhalinin gündəlik ehtiyacları, bazarda qiymət artımları və ölkədəki ümumi iqtisadi proseslər nəzərə alınmalıdır. Bu amillərin nəzərə alınması əmək bazarının daha sabit və şəffaf fəaliyyət göstərməsi baxımından da əhəmiyyətlidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 68   Tarix: 27 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr