"Məzarına gedirəm, amma torpağına toxuna bilmirəm"
"518 gün oldu, az müddət deyil, lakin mənim üçün zaman heç keçmir. Əvvəl deyirdim ki, sabah açılan kimi axşam nə tez olur. Amma indi günlər keçmir. Mən də Tünzaləyə qovuşacağım günün tez gəlməsini istəyirəm, günlər keçmir".
Axşam.az xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial şəbəkədə yazıb. O, aktrisa üçün darıxmağından, onun məzarını ziyarət etməsindən bəhs edib:
"Tünzalə ilə görüşdüm, vidalaşdım. İnsan sevdiyini öz əlləri ilə necə torpağa qoya bilər ki? Üstünə torpaq atıb, oradan uzaqlaşmaq məni məhv edərdi. Əlbəttə ki, biri bunu etməli idi, amma mən edə bilməzdim.
Evdə darıxıram, deyirəm ki, gedim, Tünzalə ilə danışım. Gedirəm, amma hiss edə bilmirəm, torpağına toxuna bilmirəm. Hər şey daş, daşa danışıb qayıdıram. Baş daşları heç bir işə yaramır, torpağına toxuna bilmirsən. Tünzalə ilə çox danışırdıq, indi hər şeyi bura yazıram. Çünki tanımadığım insanlar var, sanki sakit dayanıb məni dinləyirlərmiş kimi. Bu da mənə bəs edir. Həyat yoldaşım üçün çox darıxram, müəyyən olunmuş vaxta kimi səbr edəcəyəm. Dünyanı sevən və amandır heç ölməyim deyənləri də anlamıram. Dünya seviləcək yer deyil. Hər birimiz imtahandayıq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanlı musiqiçi dənizdə boğuldu
Azərbaycanlı gənc musiqiçi Məmmədbağır Misiroğlu dünyasını dəyişib. Axşam.az xəbər verir ki, klarnet ifaçısı dənizdə batıb. Bu haqda sənət adamları məlumat yayıb. Bildirilib ki, Məmmədbağır ötən gün vəfat edib. Qeyd edək ki, Məmmədbağır bir çox müğənninin ansamblında çalışıb
2 sentyabr 2021Ağır vəziyyətdə olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülür?
Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır. Bu barədə -a müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, sənətçini Mərkəzi Gömrük Hospitalına köçürmək istəyirlər:. "Hazırda S.Əlizadə süni koma vəziyyətində saxlanılır. Vəziyyətində heç bir irəliləyiş yoxdur
16 sentyabr 2021Onlar artıq bu kanalda olacaq
"Space" telekanalı bu mövsüm bir çox yeniliklər etməyi planlaşdırır. Axşam.az-a istinadən xəbər verir ki, bir çox yeni simalarla anlaşan kanal əvvəlki əməkdaşları ilə sağollaşıb. ATV-nin simaları olan İlkin Həsəni, Nicat Rəhimov və İlkin Misgərli bundan sonra "Space"də çalışacaq
7 sentyabr 2021Britni Spirs bu şəxslə nişanlandı - FOTO
Amerikalı məşhur ifaçı Britni Spirs 27 yaşlı fitnes məşqçisi Sem Asqari ilə nişanlandığını açıqlayıb. Pop janrın ən məşhur simalarından biri olan 39 yaşlı müğənni öz "Instagram" səhifəsində barmağında üzüklə video paylaşıb. Britni Spirs paylaşımında qeyd edib ki, baş verənlərə hələ də inan
13 sentyabr 2021Flora Kərimova küçədə mahnı oxudu – VİDEO
Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:
8 sentyabr 2021Aygün Kazımova koronavirusa yoluxub
Xalq artisti Aygün Kazımova koronavirusa yoluxub. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi İnstaqram hesabında məlumat verib. Müğənni xəstəliyi ağır keçirdiyini bildirib:. "Mən də bir çoxlarınız kimi koronavirusa yoluxdum. Son 3 günü ağır keçirdim. Hərarətim 37-38,5 idi. Bədənim ço
8 sentyabr 2021Könül Xasıyeva bundan sonra bu işlə məşğul olacaq
Xalq artisti Könül Xasıyeva bundan sonra pedaqoq kimi fəaliyyət göstərəcək. xəbər verir ki, xanəndə olmaq istəyənlər Xasıyevanın onlayn dərslərinə qoşulacaq:. "Oktyabrın 1-dən onlayn muğam dərslərinə başlayıram. Yaş fərqi olmadan, tələbəm olmaq istəyənlərə dərs açıqdır. Dərslərin həftədə neçə dəfə
10 sentyabr 2021Bu Əməkdar artisti TANIDINIZ? - 37 il əvvəl...
Əməkdar artist Sevda Ələkbərzadə sosial şəbəkədə uşaqlıq fotosunu paylaşıb. -ın məlumatına görə, müğənni paylaşımına "Birinci sinifə gedəcəkdim deyə anam uzun saçlarımı bu formada kəsdirdi. 1994-cü il", - şərhini qeyd edib. İfaçının 37 il öncə çəkilmiş şəkli maraqla qarşılanıb
2 sentyabr 2021