"İnsan, özü də hərbçi, qazi intihar etmək əvəzinə mübarizə aparmalı, öz haqqını tələb etməlidir..."-General-mayor

"İnsan, özü də hərbçi, qazi intihar etmək əvəzinə mübarizə aparmalı, öz haqqını tələb etməlidir..."-General-mayor"Əgər hər hansı qazi hansısa məmura, icra başçısına-filana dəfələrlə ona kömək edilməsi, iş verilməsi üçün müraciət edibsə və onlar Vətən uğrunda qan tökmüş, əzasını itirmiş döyüşçünün xahiş və tələblərini qulaq ardına vurublarsa, həmin qazinin özünü yandırması da, o məmurların, üzr istəyirəm, vecinə olmayacaq. Odur ki, intihar heç cür çıxış yolu deyil..."

"Müharibədən çıxmış digər müasir, inkişaf etmiş ölkələrdə qazilərə, veteranlara hansı güzəştləri tətbiq edirlərsə, onların reabilitasiyası, müalicəsini hansı üsullarla edirlərsə, biz də mütləq onları tərbiq etməliyik. Bizim qalib Azərbaycan ordusunun veteranlarına vur-tut 80 manat müavinət vermək, vallah, gülüncdür..."

"Bir dəfə də sizin sayta açıqlamamda bu məsələyə toxunaraq göstərmişdim ki, istənilən çətinliklərə, sıxıntılara baxmayaraq insanın, özü də hərbçi, döyüşçü adamın dinc şəraitdə həyatına qəsd etməsi, özünü yandırması və ya güllələməsi qətiyyən doğru deyil və bu, acizlik əlamətidir. Əlbəttə, müharibədə, döyüş şəraitində elə gərgin, ekstremal situasiyalar yaranır ki, düşmənə təslim olmamaq və ya daha çox döyüşçü yoldaşının, yaxud dinc, mülki insanların həyatını xilas etmək üçün özünü bu və ya digər formada öldürməkdən savayı əlac qalmır. Təbii ki, bu anlaşılan, təqdir edilən haldır və müharibə şəraitində qəhrəmanlıq kimi dəyərləndirilir. Azərbaycan ordusunda da həm I Qarabağ müharibəsində, həm də 44 günlük savaşda da belə hallar çox olub. Amma bir də var, iqtisadi, maddi, sosial sıxıntılar ucbatından öz həyatına qəsd etmək, intihar etmək- bu, qəbul edilməzdir və heç Allah tərəfindən də bağışlanmaz".

Bu fikirləri Moderator.az-a açıqlamasında sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev ifadə edib.

"İnsan, özü də hərbçi, döyüşçü, veteran, qazi həyatına qəsd etmək əvəzinə, çətinliklərə sinə gərməli, mübarizə aparmalı, öz haqqını-hüququnu tələb etməlidir. Özü də əgər hər hansı qazi hansısa məmura, icra başçısına-filana dəfələrlə ona kömək edilməsi, iş verilməsi üçün müraciət edibsə və onlar Vətən uğrunda qan tökmüş, əzasını itirmiş döyüşçünün xahiş və tələblərini qulaq ardına vurublarsa, həmin qazinin özünü yandırması da, o məmurların, üzr istəyirəm, vecinə olmayacaq. Odur ki, intihar heç cür çıxış yolu deyil. Qazinin özünü öldürməsi ilə yalnız özü həyatdan gedir, ailəsi bədbəxt olur, anaları ağlar qalır, övladları varsa, onlar yetim qalır. Bu, yaxşıdırmı? Amma bir məsələ də var ki, bəzi döyüş iştirakçıları, qazilər keçirdikləri psixoloji sarsıntılar səbəbindən psixi xəstəliklərə düşar olurlar və onlar müalicə edilmədikdə sonda intihara əl atırlar. Belə hallar müharibədən çıxmış bütün ölkələrdə olur. Bu halda yenə də məsuliyyət müvafiq dövlət qurumlarının üzərinə düşür. Yəni həmin qurumlar qazilərin fizioloji müıalicəsi ilə yanaşı, psixoloji reabilitasiyası ilə də ciddi məşğul olmalıdırlar. Güman edirəm ki, heç olmasa, bundan sonra dövlət qurumları qazilərin intiharları problemiylə ciddi məşğul olacaqlar. Parlamentdə bəzi deputatlar da bu mövzularda çıxışlarını eşidirəm. Dövlət Vətən uğrunda can qoymuş keçmiş döyüşçülərə qayğısını artırmalıdır. Mən qazilərin sağlamlığı, sosial durumuna cavabdeh olan qurum rəhbərlərinə, onların məmurlarına müraciət edirəm; sizin kabinetlərdə əyləşib rahat işləməyiniz üçün canını vermiş, qanını tökmüş, əzalarını itirmiş insanların ailələrinə, özlərinə qayğını artırın... Müharibədən çıxmış digər müasir, inkişaf etmiş ölkələrdə qazilərə, veteranlara hansı güzəştləri tətbiq edirlərsə, onların reabilitasiyası, müalicəsini hansı üsullarla edirlərsə, biz də mütləq onları tərbiq etməliyik. Bizim qalib Azərbaycan ordusunun veteranlarına vur-tut 80 manat müavinət vermək, vallah, gülüncdür", -deyə general-mayor vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 976   Tarix: 26 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd

16 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista

12 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021